Sosial immunitet və xəstəliyə sosial meyillilik
Moosun "biososial rezonasiya" nəzəriyyənin başlanğıc nöqtəsi başqa sosial-elmi yanaşmalarla əsaslandırılmış xəstəliklərin yaranmasında sosial aspektlərin rol amili oldu. Sosial və biofiziki tipin spesifik amillərinin müafiq olaraq spesifik xəstəliklərə səbəb olması haqda tezisi o kifayət edəcək hesab etmədi. Moos hesab edir ki, ümumi sosial şərtlər əhəmiyyətlidir, amma müəyyənedici deyil. O xəstəliyi ümumi kateqoriyalardan birinə aid edir və bununla əlaqədar olaraq xəstəlik törədəciləri və xəstəliklərin amillərini səbəb yox, simptom kimi qəbul edir.
Moos xəstəliklərinin miqyasını və növünü ictimai sistemin şərtləri ilə qarşılıqlı əlaqədə təsəvvür edir, "onlar da sosial immunitetin" və ya "sosial xəstəliyə meylin"nisbi dərəcəsini müəyyən edirlər. İctimai proseslər bu halda daimi məlumat kanalı kimi təqdim edilmişdir: mərkəzi sinir sistemi və neyroendokrin proseslər səviyyəsində həyata keçirilən bu rabitə əlaqələrində iştirak öz fizioloji korrelyatına ("biososial rezonasiyaya") malikdir.
Konsepsiya stres üzrə fizioloji və psixoloji tədqiqatların nəticələri ilə əlaqələndirilir. Onda bu nəzəriyyənin xidməti ondadır ki, fiziki yanaşmalara eksterritorial sahə kimi baxan başqa sosial elmi yanaşmalardan fərqli olaraq sosio-bioloji model layihələşdirmişdir. Ancaq konsepsiyanın dəyəri onunla məhdudlaşdırılır ki, o insanları və sosial sistemləri yalnız informasiyanın və kommunikasiyaların mənimsənilməsi aspektində qiymətləndirir. İnsanın ictimai mövcudluğu yalnız simvollar vasitəsi ilə mübadiləni yox, həm də mövcud dünya ilə real mübadiləni özündə birləşdirir.
Dostları ilə paylaş: |