Xəstəlik nəzəriyyəsinə sosial-elmi yanaşma
Sağlamlıq və xəstəlik anlayışlarının sosial-elmi analizinin iki əsas iş sahəsi var. Onlardan biri xəstəliyin yaranmasının ictimai əsaslı ilkin şərtləri ilə, digər isə xəstəliklərin psixi, psixososial və bütovlükdə cəmiyyətə aid olan nəticələri ilə məşğul olur.
Xəstəliklərin sosial ilkin şərtlərinin öyrənilməsində bir çox yanaşmalar sosial epidemiologiya metodikasından istifadə edir. Xəstəlik (yaranma, yayılma, xəstəliyin axışı və s.) məzmunu, təcrid etmə və yayılma dərəcələri müxtəlif ola bilən sosial fenomenlərlə bağlıdır. Məsələn: əhalinin müəyyən qrupuna aidlik, urbanizasiya dərəcəsi, mobillik, ailə strukturu, ictimai-mədəni dəyişikliklər, etnik mənşə, yəni təcridin nisbətən yüksək dərəcəsiylə dəyişən ölçülər, statusun dəyişkənliyi kimi spesifik dəyişən ölçülər, neqativ xarakterli hadisələr, peşəkar fəaliyyətlə bağlı narazılığı şəxsiyyət strukturu, rol münaqişələri və s.
Tədqiqatlar bir çox xəstəliklərin və ya xəstəlik yaradıcı aspektlərin sosial şərtli olmasını göstərmişdir.: uşaq və anaların ölüm faizi, həyat perspektivləri, erkən əlillik, fizioloji proseslər, stress vəziyyətləri, fiziki və psixi əlillik, yoluxucu, psixi xəstəliklər, ürək-damar və onkoloji xəstəliklər və s.
Dostları ilə paylaş: |