Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə208/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   204   205   206   207   208   209   210   211   ...   294
Xəstəliyə biotibbi yanaşmalar

Biotibb məntiqinə görə xəstəliklər obyektiv, orqanik, struktur və funksional dəyişikliklər ilə izah olunan və spesifik səbəblərə malik olan substansiyalardır. Bu gün də məna kəsb edən əsas yönümlər XIX-də əsr təbiət elmləri mövqelərindən götürülmüş və sonra biotibb nəzəriyyəsinə daxil edilən konsepsiyalardır. Anatomiya sahəsində biliklər xəstəlikləri orqanların, toxumaların, hüceyrələrin dəyişiklikləri kimi müəyyən edən və onların orqanik substratlarının ifadələri vasitəsilə xəstəliklərin ontoloji qavranılmasına, elmin morfoloji formalaşmasına imkan yaradırdı. Təbii elmlərdə eksperimantal əsasların inkişafı xəstəliyi fiziki və orqanik funksiyaların tənzimləmə nasazlıqları kimi nəzərdən keçirən fizioloji tədqiqatlarla kifayətləndi. İnfeksion xəstəlikləri yoluxduran kimi spesifik mikroorqanizmlər kəşf olunan zamandan biotibb daha çox xəstəliklərin səbəbinin və qanunauyğunluqlarının tədqiqinə istiqamətləndi.

Aşağıda göstərilmiş ziddiyyətlərdən yayınaraq, təbii-elmi tibbin diaqnostika sistemini aşağıdakı qaydada təsnif etmək olar:

■ xəstəliklər — bu morfoloji dəyişiklik (orqanların və toxumalar səviyyəsində) və nasazlığın fizioloji funksional pozuntular, normadan kənara çıxmalardır;

■ spesifik xəstəlik növlərinə uyğun olan spesifik endogen və ekzogen səbəblərə vardır (xəstəliklərin ontoloji dərki) ;

■ xəstəliyin fizioloji və kimyəvi proseslər əsasında izah oluna bilən sırf bioloji və fiziki fenomen kimi müzakirə etməyə icazə verir;

■ özün təbiətən şərtli olduğuna görə orqanizm separat fenomen kimi anlaşıla bilər. Xəstəlik fenomeni üçün cəmiyyət, təbiət və fərd arasında kompleks münasibətlər konstitutiv deyil. Mühit yalnız xəstəliyin ekzogen səbəbi olaraq məna kəsb edir.

Biotibb insanların texnoloji resurslarının ekspansiv inkişafıyla səciyyələnən münasibətləri çərçivəsində öz postulatlarını və metodik strategiyalarını əsaslandırırdı. Bir tərəfdən kapitalist istehsalat üsulu və ictimai təşkilat, digər tərəfdən təbii elmlərin dərkinin analitik forması bu dəyişikliklərin əsası və nəticəsi oldu. Tibb tədqiqatın istiqamətlərini müvəffəqiyyətlə sistem kimi nəzərdən keçirilən insan orqanizminə keçirtdi. Bu sistem:

a)hüceyrə səviyyəsində toxuma strukturları və funksiyalar;

b) mexaniki və hidravlik proseslər;

c)energetik mübadilə proseslərinin və toxuma dəyişikliləri;

q) elektrokimyəvi və biokimyəvi tənzimləmə proseslərindən ibarətdir.

Bununla yanaşı fizioloji proseslərin təsirinin texnoloji konsepsiyası kimi tətbiqi tibb də inkişaf edir.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin