QARŞILIQLI YARDIM – oxşar problemləri olan insanların bir-birinə kömək etməyə yönəlik cəhdləri.
Qrupla sosial işdən ənənəvi olaraq mikrososiumda, uşaqlarla iş təcrübəsində və sosial agentliklərin işində istifadə edilir. Qrupla sosial işdə inkişaf reabilitasiyası və təşkilati-inkişaf yanaşmalarından istifadə edilir. Həmçinin sosial-psixoloji treninqlər və sosial kompetensiya treninqlərindən də istifadə edilir.
İnkişaf yanaşmaları ekzistensial konsepsiyaya əsalandırılmışdır və fərdi inkişafda stres və böhranların dəf edilməsinə yönəldilib.
Reabilitasiya yanaşmaları davranış nəzəriyyəsinə yönəlik eqo-psixologiya əsaslarında yaradılıb. Onun əsas məğzi fərdi problemlərin həll edilməsi üçün terapiya məqsədilə kiçik qrupların dinamikasından istifadə etməkdədir.
SOSİAL – PSİXOLOJİ TRENİNQ – insanın ünsiyyətdə səriştəli olmasını inkişaf etdirmək məqsədilə qrupla psixoloji işin fəal metodlarından istifadə etməyə yönəlik praktiki psixologiya sahəsidir.
EQO – PSİXOLOGİYA – “Mən” nisbi müstəqilliyini davranış və düşüncənin qeyri-şüuri motivasiyasına qarşı postulat kimi əsas götürən psixoanaliz cərəyanının əsas istiqaməti.
|
Təşkilati - inkişaf yanaşmaları qrup prosesində fərdlər arasındakı sistemli qarşılıqlı fəaliyyətə yönəldilib.
Dostları ilə paylaş: |