Operasional prinsiplər (əməliyyat prinsipləri)
Operasional (Əməliyyat) prinsipləri əməliyyat anlayışları ilə ifadə edilir. Bir və ya digər peşə mədəniyyətində qəbul olunan fərdi semantik kateqoriyalar vasitəsilə ortaya çıxır. Əməliyyat prinsipləri müştəri ilə qarşılıqlı əlaqələr prosesində sosial işçinin fərdi təcrübəsi əsasında qurulur.
Müştəri ilə qarşələqlı münasibət təcrübəsi müəyyən yanaşmalar yaratmışdır, məsələn:
müştəri hər şeyin başlanğıcıdır;
müştəri ilə təmasın başlanması - müalicənin başlanğıcıdır;
müştəri ilə birlikdə hərəkət etmək və s.
Bununla belə, müştəri ilə qarşılıqlı əlaqə müalicə və ya dəstək təcrübəsi ilə məhdudlaşmır, o həm də, sosiallaşma və ya təlim prosesi kimi daha mürəkkəb formalara malik ola bilər. Bu halda, əməliyyat prinsipləri qarşılıqlı əlaqə zamanı fərqli bir məzmuna və başqa bir quruluşa malikdir.
Ancaq müştəriylə qarşılıqlı təsir prosesi yalnız müalicə və ya dəstək təcrübəsiylə məhdudlaşdırılmır, belə ictimailəşdirmə və ya təlimin prosesi kimi o daha çox mürəkkəb formalara malik ola bilər. Bu halda operasional prinsiplər qarşılıqlı təsirin başqa məzmuna və ustanovkasına malikdir. Operasional prinsiplərdə dəyişiklik zamanı sosial iş təcrübəsində qarşılıqlı təsirin spesifik komponentləri ayrılır, belə kommunikasiyanın komponentlər, qrup müzakirələri, problemin həlli prosedurları və müştərinin "problemi həll edən" dəstək prosesiylə bağlıdır. Bununla birlikdə kömək prosesi onun müxtəlif səviyyələrində və təzahürlərdə — mühitin proqram tədqiqatından dövlət dəstəyi sistemlərinə qədər yeni prinsiplərin yaranmasını apriori stimullaşdırır . Başqa sözlə, "modelləşdirilən reallıq", sosial iş təcrübəsi "sosial dünyaların" modelləşdirilən reallığını təşkil edir, hansılar ki, hər biri öz qanunauyğunluqlarının və operasional prinsiplərin məntiqində mövcud olacaq.
4 .Sosial işin etik prinsipləri
Sosial işin etik prinsipləri sosial işçilərin normal davranışını müəyyənləşdirir. Bir tərəfdən, yardım prosesində “ehtiyacı olan insan” dəstəyinin bir növü kimi çıxış edir. Digər tərəfdən, etik prinsiplər, sosial işçinin özlərinə aid olan peşəkar mədəniyyət dünyası ilə əlaqələrinin ortaya çıxdıqları dəyərlərin davamlılığıdır. Beləliklə, Amerika Birləşmiş Ştatlarının Milli Sosial İşçilər Assosiasiyasının (NASW) hazırladığı etik prinsiplər peşəkar qarşılıqlı təsir prosesində sosial işçi qarşılıqlı fəaliyyətinin müxtəlif aspektlərini əhatə edir: müştərilərlə peşəkar davranış və qarşılıqlı münasibət, müştəri və işə götürənlərlə (sahibkarlarla) rəftar, peşə və cəmiyyətə münasibət. Hər bir peşəkar əlaqələrin öz prinsipləri və imperativləri var.
Belə ki, NASW standartları səhiyyə sistemində çalışan sosial işçilər üçün, ümumi prinsiplərə əlavə olaraq, onların bacarıq sahəsi ilə bağlı prinsiplərə malikdir. Onların arasında ən vacib xüsusiyyəti qeyd etmək lazımdır:
• fiziki və psixoloji sağlamlığı təmin etmək;
• fiziki və ruhi xəstəliklərin qarşısını almaq;
• fiziki və psixoloji xidmətlərin təşviqi;
• xəstəliyə və əlilliyə səbəb olan sosial və emosional problemlərə diqqət yetirmək;
Sosial işçilərin peşə fəaliyyətinin etik prinsiplərini əhatə edən xüsusi peşə standartları, sosial işçilərin digər təşkilatlarına da malikdir.
1994-cü ildə Rusiya Federasiyasında, Sosial İşçilər Regionlar Birliyi üzvlərinin konfransında, aşağıdakı prinsiplərə əsasən sosial işçi kodeksi təsdiqləndi:
kompetentlik prinsipi;
kliyentə qarşı mənəvi məsuliyyət prinsipi;
cəmiyyətə qarşə mənəvi məsuliyyət prinsipi;
peşə və həmkarlarına qarşı mənəvi məsuliyyət prinsipi.
5. Sosial işin nəzəriyyəsində bilik yolları
Sosial işdə idrak yolları müştərilərə kömək praktikası ilə , onların mövcudluğunun dəstək strategiyalarının ən vacib fenomenlərini anlamaq təcrübəsi ilə bağlıdır. Sosial iş üçün idrak yolları bir çox sahələrə xas olan ənənnəvi proseslərlə əlaqəlidir, lakin burada həmçinin tədqiqat üsullarına aid özünəməxsus xüsusiyyətlər də var.
Deduktiv, induktiv-empirik, dialektik-materializm və psixososial diaqnoz sosial işin əsas idrak yolları kimi çıxış edir.
Dostları ilə paylaş: |