Keçid dövrü modeli. 6
Keçid dövrü modeli sosial, siyasi və iqtisadi əlaqə və münasibətlərin yenidən strukturlaşdırılması vəziyyətində realizə olunur.
1990-cı illərdə dövlət sosial siyasət konsepsiyasının xüsusiyyəti onun “vətəndaşların həyat səviyyəsinin sabitləşdirilməsinə” istiqamətlənməsindən ibarət idi, halbuki əvvəlki illərdə o, istehlakın ictimai fondlarının paylanma və yenidən paylanma strategiyası üzərində qurulmuşdu.
Yeni sosial-siyasi reallıqlar aşağıdakı əsas məsələləri irəli sürdü:
əhalinin zəif müdafiə olunan qruplarına sosial dəstəyin ünvanlılığının gücləndirilməsi;
əsas sosial zəmanətlərin təminatı;
kütləvi işsizliyin qarşısının alınması;
məcburi miqrantların adaptasiyası və sosial dəstəyi.
Dövlət paternalizmininin xüsusi sahəsi kimi çıxış edən sosial sahədə səhiyyə, təhsil, mədəniyyət, yaşayış sahəsi, elm, fiziki tərbiyə və idmana aid bir sıra prioritetlər və strategiyalar nəzərdə tutulub.
Aparılan siyasətin çoxsaylı səhvləri və uğursuzluqları nəticəsində ictimai həyatın bir çox hadisələri vaxt keçdikcə durğunluq vəziyyətinə keçirlər, “sosial problemlər gərginləşir və cəmiyyətdə sosial-iqtisadiyyatın sabitlik və əmin-amanlıq üçün ciddi təhlükə yaradırlar”. Bununla bağlı əhalinin sosial xidmət sistemində artıq ümumi və dövlət tərəfindən təmin olunan sosial müdafiənin səviyyəsinin prinsiplərindən uzaqlaşma baş verir. Vətəndaşların əmək qabiliyyətindən və maddi təminatından asılı olaraq onlara differensial dəstək və sosial xidmət nəzərdə tutulur. Sosial xidmətin prioritet müəssisələri qeyri stasionar müəssisələr olmalıdır ( evdə təqdim olunan sosial yardımın xüsusiləşdirilmiş bölmələri, ailə və uşaqlara sosial xidmət müəssisələri və s.). Ödənişsiz sosial xidmət təsdiq olunmuş siyahıya uyğun olaraq ancaq əhalinin ayrı-ayrı qrupları üçün qorunub saxlanılır, əsas vurğu isə vətəndaşların vəsaitlərinin cəlb olunmasına istiqamətlənir.
SOSİAL QULLUQ – sosial xidmət qurumlarının və ayrı-ayrı mütəxəssislərin sosial dəstək üzrə, sosial-məişət, sosial-tibbi, psixoloji-pedaqoji, sosial-hüquqi xidmətlərin göstərilməsi, çətin həyat şəraitində olan vətəndaşların sosial adaptasiya və reabilitasiyası üzrə fəaliyyətidir.
Sosial ödəmələrlə bağlı islahatlar sahəsində bu ödəmələrin təqdim olunmasında vahid prinsiplərin və meyarların işlənib hazırlanması, müavinətin təyin edilməsində adam başına düşən ortalama ailə gəliri və s. nəzərdə tutulur.
Titmus tərəfindən təklif olunan sosial siyasət modellərinə yanaşmalara əsaslanaraq sosial siyasətin əsas yerli modellərini əks etdirən cədvəli təqdim etmək olar və bu cədvəldə həmin modellərin ən vacib xüsusiyyətləri də qeyd olunub.
|
Model 1
|
Model 2
|
Model3
|
Model 4
|
Model 5
|
Model 6
|
Siyasi məzmunu
| |
Radikal
|
Mühavizəkar
|
Liberal
|
Sosialist
|
Demokratik
|
Əsas subyekt
|
Knyaz
|
Dövlət, kilsə
|
Yerli hakimiyyət, mesenatlar
|
Yerli hakimiyyət, sahibkarlar, xeyriyyəçilər
|
Dövlət
|
Dövlət, ailə
|
Təşkilatçı prinsip
|
Qalıq
|
Qalıq
|
Qarışıq
|
Qarışıq
|
Ümumi
|
Qarışıq
|
Yardım meyarları
|
Öz-özünə əmələ gələn, kult təsəvvürləri əsasında
|
Yaşamaq üçün vəsaitlərin qismən nəzərə alınması əsasında
|
Məşğulluq
|
Yaşamaq üçün vəsaitlərin nəzərə alınması əsasında
|
Əmək iştirakı və vətəndaşlıq əsasında
|
Əmək qabiliyyəti, maddi
təminat və vətəndaşlıq
əsasında
|
Maliyyə məsuliyyəti
|
Knyaz
|
Kilsə, dövlət
|
Yerli hakimiyyət, xeyriyyəçilər
|
Yerli hakimiyyət, xeyriyyəçilər, xeyriyyəçi təşkilatlar
|
Dövlət, müəssisələr
|
Dövlət, yerli hakimiyyət
|
Kompensasiyaların səviyyəsi
|
Aşağı
|
Aşağı
|
Aşağı
|
Orta
|
Yüksək
|
Orta
|
Əmək bazarında münasibətlər
|
Ənənəçilik
|
Xristian dövlət ənənəçiliyi
|
Məşğul olanlara və məşğul
olmayanlara bölgü
|
Ödənilməyən ictimai işlər
|
Ortalama
|
Məşğul olanlara,
məşğul olmayanlara və qismən
məşğul olanlara bölgü
|
Məqsəd
| | |
Peşəkar dilənçiliklə mübarizə
|
Pauperizmin ləvğ olunması
|
Gəlirlərin yenidən paylanılması
|
Gəlirlərin yenidən paylanılması,
yoxsulluqda bərabərsizlik
|
Variantlar
| | | | |
Məqsədyönlülük
|
Gəlirlərin dəstəyi
|
Dostları ilə paylaş: |