Penitensiar sistemdədə sosial işin hüquqi-normativ aspektləri
Rusiyada məhbuslarla sosial iş yenicə yaranmağa başlamışdır.1996-cı ilin yanvarından qüvvədə olan və yeni qəbul edilmiş Rusiya Federasiyası Cinayət Məcəlləsində cəzalandırmanın üç məqsədi müəyyənləşdirilmişdir.
Sosial ədalətin bərpası.
Məhkumun islah olunması.
Yeni cinayətlərin törədilməməsi üçün xəbərdarlıq edilməsi.
Rusiya Federasiyası DİN-nin 1995-ci il tarixli əmri ilə istintaq təcridxanalarının yeni daxili rejim qaydaları təsdiq olunmuşdur. Bu sənədə əsasən, məhbusların hüquqları nəzərə çarpacaq dərəcədə genişlənmişdir, məsələn, yazışmalarla bağlı bütün qadağalar aradan qaldırılmış,istintaq təcridxanasında oturan məhbuslara müəyyən əşyalara malik olma imkanı verilmiş, hüquqi-vətəndaş sövdələşmələrində (vəsiyyətnamə, bağışlama, etibarnamə, vəkalətnamə, ilə mülkiyyətini başqasına vermək və s.) iştirak etmə, nikah kəsdirmə imkanı verilmişdir. Təcridxanalarda məhbusların məişət şəraitlərinin yaxşılaşdırılması üçün pullu xidmətə icazə verilmişdir.
Bundan başqa yeni qaydalara əsasən təcridxanalarda məhbuslara hər hansı dini ayinləri icra etmək üçün xüsusi təchizata malik yer, otaq ayrılmışdır. Rus Provaslav Kilsəsindən başqa Rusiya penitensiar müəssisələrində digər dinlərin məhbusları da aktiv fəaliyyət göstərirlər.
Penitensiar müəssisələrdə dini fəaliyyət üç formada təşkil olunur: mənəviyyat işi, dini-maariffçilik fəaliyyəti, psixoterapevtik və psixokorrektiv fəaliyyət formaları kimi.
Əmək-islah qanunvericiliyinə görə əmək islah koloniyalarında yetkinlik yaşına çatmayanlar üçün ümumi orta təhsil də həyata keçirilir. Son dövrlərdə bir çox ƏİK-də ali təhsil müəssisələrinin tədris qrupları da açılmışdır (əyani və axşam şöbələri formasında). Təhsil almaq məhkumlar üçün, şübhəsiz ki, mühüm sosial əhəmiyyət kəsb edir:
Onların sosial statusu yüksəlir.
Məhbus həyatı yaşayanların özlərinin təsdiq etdiyi kimi intellektual və mənəvi deqredasiyanın qarşısını alır.
Məhkumların daxili imkanlarının reallaşması üçün böyük imkanlar yaradır, gələcək davranışlarının nizamlanmasına təkan verir.
Özünüqiymətləndirmə qabiliyyətinin formalaşmasına kömək edir.
Penitensiar müəssisələrin normativ sənədlərində sosial işin müstəqil fəaliyyət olması barədə xatırladılmır, ştat cədvəlində də sosial işçi vəzifəsi yazılmamışdır. Lakin sosial iş bu müəssisələrin öz işçiləri tərəfindən aparılır və bu da öz spesifik xüsusiyyətləri ilə fərqlənir:
Bu, qapalı və izolyasiya edilmiş sosial müəssisələrdə həyata keçirilir.
Onun obyekti yüksək stress yönümlü və yüksək sosial bədbəxtçilik indeksinə malik olan şəxsdir.
Bu, “həbsxana personalı” və “həbsxana dünyası” mentaliteti ilə şərtlənən əxlaqi-hüquqi konsepsiyaların qarşıdurması şəraitində həyata keçirilir.
Bu, cinayət cəzasının həyata keçirilməsi ilə sıx bağlıdır;
Lakin bu, cəzanın başa çatması ilə məhdudlaşmır, eyni zamanda keçmiş məhbus azadlığa çıxdıqdan sonra ətraf aləmə adaptasiyaya və resosiallığa ehtiyac duyur.
Sosial işçi (yaxud penitensiar müəssisədə sosial iş aparan əməkdaş) yalnız dövlət hakimiyyəti ilə vətəndaş arasında vasitəçi qismində deyil, həm də fəlsəfi cəza ilə ona barışmaz olan cinayətkar aləmin fəlsəfəsi arasında vasitəçi rolunu oynayır. O, bu antoqonist münasibətlər arasında ortaq bir nöqtə axtarmaqda vasitəçilik edir.
İnsan hüquqlarının Ümumi Deklarasiyasının tələblərinə uyğun olaraq sosial işçi məhkumlara qarşı sərt və insan ləyaqətini alçaldan münasibətlərə də qarşı çıxır. Onların olduqları yerdə sanitar-gigienik şəraitin yaxşılaşdırılması və səhhətlərinin qorunması üçün müəyyən işlər görür.
Sosial işçinin məhkumlarla əlaqədar əsas vəzifələri bunlardır:
Öz taleyində dəyişiklik etməsinə kömək etməsinə kömək məqsədi ilə məhbusla ( klientlə) faydalı və məzmunlu münasibət yaranması üçün diaqnostik hazırıq işləri;
Qanunsuz hərəkət və tələblərin analizi;
Həbsxana mühitində problemlərlə bağlı davranışın korreksiyası;
Davranışda və digər həyat şəraitində, xüsusən məsul qərar qəbul edərkən privativ hərəkətlər;
Adminstrativ və maliyyə məsələlərinin həll edilməsi. Məhkumlara təsir etmədə sosial iş digər işlərlə müqayisədə çox mühüm yer tutur. Məhkumların islah olunması və yenidən tərbiyə olunmasında Əmək İslah Məcəlləsinin 6-cı maddəsi 5 əsas istiqamətdə əks olunur.
Cəzaçəkmə rejimi cəzanın uğurlu nəticələri üçün məhkumun üzərinə düşən hüquq məhdudlaşdırılması kimi və əlavə vəzifələr.
Ictimai-faydalı əmək məhbusun vəzifələrindən biri kimi;
Tərbiyəvi iş: biuraya mədəni-tərbiyəvi, dini-tərbiyəvi və eləcə də özünütərbiyə daxildir.;
Ümumtəhsil hazırlığı;
Peşəkar hazırlıq;
Baş vermiş cinayətin açılması, yaxud da hazırlanmış cinayətin qarşısının alınması üçün operativ fəaliyyət.
Bütün bunların hamısı sosial işin komponentləri hesab olunur.
Dostları ilə paylaş: |