Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Məhkum olunmuş azyaşlılarla aparılan sosial işin spesifikliyi



Yüklə 0,73 Mb.
səhifə150/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   146   147   148   149   150   151   152   153   ...   294
Məhkum olunmuş azyaşlılarla aparılan sosial işin spesifikliyi

Hazırda bütün dünyada cinayətkarlığın “gəncləşməsi”-yeniyetmələrin cinayətkarlığı getdikcə ciddi və kəskin şəkil almaqdadır.

1997-ci ildə Moskvada “küçə uşaqları”proqramı üzrə məhkəmələrin nəzdində eksperiment kimi sosial işçi vəzifəsi müəyyənləşdirilmiş və bu vəzifə onlara yeniyetmələr və onların ailələri ilə iş aparmaq üçün verilmişdir. Bu cür xüsusi işçinin aşağıdakı vəzifələri vardır:


  • Azyaşlı dezadaptantların reabilitasiyası prosesi zamanı qanunlara əməl etmək;

  • reabilitasiya prosesində iştirak edənlərin hamısı ilə münasibətdə qanunlar çərçivəsində azyaşlıların hüquqlarını qorumaq;

  • məhkəmənin qərarını icra etmək;

  • azyaşlının şəxsi işini qəbul edilmiş normativlərə əməl etməklə məhkəmədə baxılması üçün hazırlamaq;

Bu proqramın tərəfdarları Rusiyada yeniyetmələrlə bağlı dövlət sistemi üzrə “yuvenal” məhkəmə yaradıcılığı institutunun yaradılması fikri ilə çıxış edirlər.Yuvenal məhkəmə üçün aşağıdakı müddəaları təklif edirlər:

1.Əksər hallarda yeniyetmə cinayətkarlığında günahkar ətrafdakılar və yeniyetmənin yaşadığı ailənin üzvləridirlər.

2. Demək olar ki, həmişə cəmiyyət üçün vacib olan ailədaxili ziddiyyətlərin normallaşması (ailə üzvləri və yeniyetmə-uşaq), ailənin qorunub saxlanmasıdır. Onu qeyd edək ki, ailədaxili ziddiyyət yeniyetmənin həyatı, sağlamlığı üçün təhlükə törədirsə və ailəni saxlamaq mümkün deyilsə, bunu istisna kimi qəbul etmək lazımdır.

3.Bilavasitə, cinayət cəzası yeniyetmənin fövqəladə cəzalandırılması üsulu olmalıdır.

Yuvenal məhkəmə yaradıcılığı institutu reabilitasiya sahəsinin ayrılmaz hissəsi olmalı, özündə sosial-psixoloji və hüquqi mahiyyəti əks etdirməli, yeniyetmə üçün optimal olan ahəngdarlığı tapmalı və nəticədə cəmiyyətin ən ciddi problemləri ilə məşğul olmalıdır. Rusiyada penitensiar sistem daxilində sosial işçilərin hüquqmüdafiə fəaliyyətləri daha yenicə formalaşmaqdadır. Lakin onun perspektivləri sosial xidmətin ümumi tendensiyaları ilə sıx əlaqədardır və məhkumların özünüislah fəaliyyətlərində yardım göstərmək, onları azadlığa hazırlamaq, sonrakı resosiallaşma prosesinin uğurlu keçməsini təmin etməkdir.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin