Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Problemin həlli metodu paradiqmasında - klient



Yüklə 0,73 Mb.
səhifə164/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   160   161   162   163   164   165   166   167   ...   294
Problemin həlli metodu paradiqmasında - klient

X. Perlmana görə klient, maddi vəziyyəti və emosional gərginliklə bağlı məsləhətlərə ehtiyacı olan və onları yerinə yetirə bilməyən hər hansı bir şəxsdir. Davranış, insanın həyatında dəyişikliklərə təsir edən; fərdi keyfiyyətlər, sosial vəziyyət, qazanılmış və ya itirilmiş sosial rollar, əsas üstün kefiyyəytlərlə klientin rolunu özününkiləşdirir.



Davranış

İnsan həyat prosesində "müəyyən davranış nümunələri"ni inkişaf etdirir. Bu davranış modelləri, ictimai mühitlə əlaqəli bir mövzunun xüsusiyyətini ifadə edir. Bu baxımdan, o, sosial iş nəzəriyyəsində - "klientin fərdiliyində" mühüm bir konsepsiya kimi təqdim edilir.

X. Perlman "klient fərdiyyəti" adı altında şəxsin subyektiv anlayışını xarakterik reaksiyalar vasitəsilə ifadə edir. Klient, fərdiyyətçi reaksiyalarını hisslər, düşüncələr, söhbətlər, davranış nümunələri ilə biruzə verir. Davranışın müxtəlif "rejimləri" insanın məqsədlərinə nail olmaq, onun təhlükəsizliyini, lazımi əməllərin daim dəyişən həyat vəziyyətinin saxlanmasına xidmət etməlidir. Lakin, X.Perlman hesab edir ki, insan rifahının əldə edilməsi yalnız adekvat davranış reaksiyalarına deyil, eyni zamanda insanın fərdi strukturasından da asılıdır.

Klientin fərdi struktur quruluşunu Perlman, Freydin şəxsiyyətin psixodinamik nəzəriyyəsinə ilə əsaslandırır. O, hesab edirdi ki, insanın fərdiyyəti aşağıdakı üç əsas funksiyada özünü göstərir:

• Hərəkətlər və əməllər üçün saxlanan həyat enerjisi;

• Şüurlu (könüllü) və şüursuz (avtomatik) münasibətlər sistemləri; insan və onun mühiti daxilində qarşılıqlı təsirlərin dəyişkən "kanalları";

• fiziki və sosial şəxsiyyət arasındakı daxili və xarici əlaqələri tənzimləyən zehni proseslər, "nə istədiyi, nə edə biləcəyi və etməsi lazım" arasında balans.

Bu funksiyaların həyata keçirilməsinə görə "id", "ego", "superego" cavab verir.Bu şəxsiyyət strukturlarının harmonik qarşılıqlı təsiri sosial mühit ehtiyacları, davranışları və normaları arasında tarazlığa, eləcədə balanssızlıq, dağıdıcı münasibətlər və təzahürlərə də gətirib çıxarır.

Həyat prosesində fərdin irsi olaraq daşıdığı xüsusiyyətlər, eləcə də həyat təcrübəsi toplamaq prosesi fiziki, psixoloji və sosial mühitlə qarşılıqlı olaraq əlaqədədirlər. X. Perlmanın fikrincə, insane daima dəyişmə prosesindədir onun həyat yolu referant qruplarla əlaqədədir və o, vətəndaş sosial, dəyər və normaları ilə formalaşır. Bu baxımdan, insan davranışının fərdi standartları onun durumunu, nailiyyətini, psixoloji təhlükəsizliyini əhatə edən insanların qiymətləndirilməsinin təsiri altında formalaşır. Bunu insan yalnız "rifahlar" ödəməsiylə deyil həmçinin öz-özünü və ətraf mühitə rahatsızlığiyla da büruzə verə bilər.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin