Seksizm (Cinsiyyətçilik)- bu subyektə fərdi və inistusional mövqedən yanaşılan cinsi ayrıseçkilik halıdır. Ayrı-seçkiliyin əsas elementləri gender sosiallaşması və gender institusional stereotiplərdir. A. Mişel bu barədə belə yazır: "Sözün daha geniş mənasında seksizm (cinsiyyətçilik)- bu bir cinsin digər cinsə xoşagəlməz mövqeyi ilə şərtlənir. Stereotip standartlaşdırmaya tendensiya kimi qəbul edilir, hansı ki, sərt və anonim model kimi fərdi keyfiyyətlərin və fərqlərin aradan qaldırması kimi təqdim etməni (təsəvvürü) və davranışı avtomatik yenidən hasil olur (canlandırır). Bu stereotip, standartlaşdırma meyli olaraq, fərdi xüsusiyyətlərin aradan qaldırılmasında kəskin bir model olaraq fərdin xarakter və davranışın avtomatik olaraq yenidən formalaşdırır."
Seksizm, cinsi ayrıseçkiliyi baxışını kişi və qadınlara münasibət sistemi kimi tətbiq olunmasına baxmayaraq, sosial praktikada cinsi əsaslı ayrı-seçkiliyə qadınlar daha çox məruz qalırlar.
"Seksizm" konsepsiyası elmi ədəbiyyatda 1960-cı illərdə meydana gəlmişdir. 1970-ci illərdən elmi lüğətlərdə, əsas mənası "qadınlara qarşı qərəz" olaraq ortaya çıxan funksional bir tip olaraq müəyyən olunur.
Dostları ilə paylaş: |