Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


Axşam növbəsində çalışan inzibatçının əsas vəzifələri


səhifə36/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   98
Mehmanxana teserrufati

Axşam növbəsində çalışan inzibatçının əsas vəzifələri:
1. Növbə jurnalını nəzarətdən keçirir və yoxlayır (Bu jurnalda 
gün ərzində baş verən hadisələr, qeydlər, qonaqların xahiş 
və tələbləri öz əksini tapır).
2. 
Mehmanxana nömrə fondunu yoxlayır (neçə nömrə dolu­
dur, neçəsi boşdur, neçəsi sifariş olunub və növbə ərzində 
neçə qonaq gələcək) təhlil edir. Bu məlumatlar əsasında 
təyin edir ki, növbə ərzində qonağa neçə nömrə satmaq 
olar. Böyük və orta mehmanxanalarda bu əməliyyatı 
avtomatlaşdırılmış sistem həyata keçirir.
3. Qonaqların qəbulu ilə məşğul olur, digər xidmət bölmələri 
ilə əlaqə saxlayaraq qonaqların xahiş və tələblərini çatdırır.
4. 
Növbə ərzində nömrə sifarişlərini qəbul edir (Saat 18.00- 
da bronlaşdırma bölməsi öz işini qurtarır).
Mehmanxana sutka ərzində 24 saat işlədiyinə görə maliyyə 
prosesi bir an da dayanmır.
83


Gecə auditoru mehmanxanada hərəkət, yəni qonaqların gediş- 
gəlişi sakitləşəndə (təxminən gecə saat 01.00-da) qalan qonaqların 
kredit borclarını yoxlamağa başlayır və yekunlaşdırır.
Gecə auditorunun vəzifələri:
Axşam növbəsi inzibatçısının başa çatdıra bilmədiyi məsrəflərin 
hesabını mühasibata göndərmək.
1. 
Səhər növbəsi inzibatçısının uyğun gəlməyən hesablan, 
məlumatlarını çatdırmaq.
2. 
Mehmanxanada paralel hesabat aparmaq (Kompüter 
sisteminin sıradan çıxmaq təhlükəsi olarsa).
3. 
Qonaq ona təqdim olunan hesabla razılaşmırsa, auditor bu 
səhvi tapıb düzəltməlidir.
4. 
Sutka ərzində otelin işi haqqında əsas məlumatlar audi­
torun hesabatında öz əksini tapır.
5. 
Oğurluğun qarşısını almaq üçün otelin müxtəlif sahə və 
bölmələrini yoxlayır.
Auditorun sutka ərzində hesabatı əsas operativ məlumatları 
verir. Otelin doldurulması faizini bilmək üçün qonaqların yaşadıqları 
bütün nömrələrin sayını otelin ümumi nömrələrinin sayına bölmək 
lazımdır. Məsələn, 622 nömrədə qonaq qalır. Otelin ümumi nöm­
rələrinin sayı 850-dir. 622:850 = 73,17 % Otelin dolma faizi 73,17 %- 
dir.
Bronlaşdırm a (mehmanxanada nömrə sifarişini qəbul edən) 
bölməsi (Reservation) - mehmanxanada əsas bölmələrdən biridir. 
Bir sıra otellərdə bu bölmənin meneceri qəbul və xidmət şöbəsinin 
direktoruna (menecerinə) tabedir və baş inzibatçı kimi eyni səlahiyyətə 
malikdir. Qonaqlarda otel haqqında təəssüratı bu bölmənin işçiləri 
yaradır. Onlar müştəri ilə telefon danışığı apararaq ilk ünsiyyət yaradır 
və nömrə sifarişlərini qəbul edirlər. Müştəri ilə telefon danışığı aparan 
işçinin telemarketinq səriştəsi və təcrübəsi olmalıdır ki, otelin üstün 
cəhətləri haqqında inandırıcı məlumat verə bilsin. Bronlaşdırma 
bölməsi adətən 09.00-dan 18.00-dək işləyir. Bölmənin əsas vəzifəsi 
boş nömrələri müştərilərə yüksək qiymətlə satmaqdır. Lakin müştəri 
bunu hiss etməməlidir. Mehmanxana nömrələrini sifariş etmək ka­
nalları müxtəlifdir:
1. 
Telefon, faks, kompüter sistemi, poçt, məktub, teleqramla:
2. 
Korporativ müştərilər üçün telefonla sifariş pulsuzdur 
(ABŞ-da bu telefonun nömrəsi 800-dür);
3. 
Səyahətləri təşkil edən agentlik və ya firma;
4. 
Mərkəzləşdirilmiş bronlaşdırma sistemi;
5. 
Konfrans və simpoziumların təşkilatçıları;
6. Turoperatorlar;
7. 
Eyni şirkətin otelinin zəmanəti ilə;
8. Aeroport telefonu ilə;
9. Sifariş edən şəxsən otelə gəlir.
Bronlaşdırma bölməsinin işindən otelin real və potensial gəliri 
asılıdır. Bir çox mehmanxana şəbəkələrində mərkəzləşdirilmiş bron- 
laşdırma sisteminin telefon nömrələri var. Müştəri pulsuz telefon 
danışığı ilə mehmanxana şəbəkəsinin hər hansı bir otelində nömrə 
sifariş edə bilər. Mərkəzləşdirilmiş bronlaşdırma sistemi operatorlara 
şəbəkənin hər hansı bir otelində boş nömrə olması məlumatını almaq 
imkanı verir. Mərkəzləşdirilmiş bron sistemi şəbəkənin otelləri ilə dialoq 
aparır.
Təsdiq olunmuş bron-otel müştəriyə xüsusi təsdiqnamə bildirişi 
göndərərək nömrənin sifarişini qəbul etdiyini təsdiqləyir. Adətən bil­
dirişdə təsdiqnamənin nömrəsi göstərilir. Qonağın gəlmə və getmə 
vaxtı, sifariş etdiyi nömrənin tipi, qonaqların, çarpayının sayı və digər 
məqamlar göstərilə bilər. Qonaq mehmanxanaya gələndə, hər ehti­
mala görə, təsdiqnamənin bildirişini özü ilə gətirməlidir.
Zəmanətli bronlaşdırma (nömrənin sifariş olunması) müştəriyə 
xüsusi təsdiqnamə ilə sifariş etdiyi nömrəni almağa zəmanət verir. 
Mehmanxana müştərisinin kredit kartının nömrəsini qeyd etməklə 
qonağın gəlib-gəlmədiyindən asılı olmayaraq, nömrənin pulunun 
alınmasını təmin edir.
Zəmanətli bronlaşdırmanın digər forması depozit (avans) 
ödəmədir.
Otelin nömrələri boş qalmasın deyə qonağa təklif olunur ki, 
avansla pulunu keçirsin (Ya bir gün, ya bütün yaşayış müddəti üçün).

Yüklə

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin