Müzəffər Mehdi oğlu AĞAKƏRİMOV Bakı şəhərində 1948-ci ildə doğulmuşdur.
Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) tarix
fakültəsini bitirmişdir. 1969-1978-ci illərdə Bakı səyahətlər və ekskursiya, müxtəlif
turbazalarda, turist qatarı, teploxod və təyyarə marşrutlarında baş təlimatçı
işləmişdir. 1978-1992-ci illərdə Ümumittifaq inturist Səhmdar Cəmiyyətinin Bakı
şəhərində yerləşən «Moskva» mehmanxanasında inzibatçı, baş inzibatçı, qəbul və
xidmət şöbəsinin müdiri işləmişdir. 1992-1993-cü illərdə Azərbaycan Nazirlər
Kabinetinin Xarici Turizm üzrə Baş İdarəsində ekspert kimi çalışmışdır.
1993-1998-ci illərdə «Azərbaycan» mehmanxanasında Baş direktorun qəbul
və xidmət üzrə müavini işləmişdir.
1998-2004-cü illərdə «LUKoyl-trans» şirkətində, «Azal-Servis» Azərbaycan
Hava Yolları Dövlət Konsernində və «İnturist» mehmanxanasında qəbul və xidmət,
servis və turizm üzrə müxtəlif vəzifələrdə çalışmışdır.
Hal-hazırda Azərbaycan Turizm Sənayesinin inkişafı ittifaqının sədr
müavinidir.
M.M.Ağakərimov Moskva şəhərində SSRİ Nazirlər Kabineti yanında Xarici
Turizm Baş idarəsi İnstitutunun (indiki Moskva Turizm, Mehmanxana və Restoran
Biznesi Akademiyası) kurslarını, Azərbaycan Pedaqoji Xarici Dillər institutunun
ingilis dili üzrə ikiillik kursunu, Antalya-Kemer şəhərində Türkiyə Turizm
Nazirliyinin mehmanxana təsərrüfatı üzrə kurslarını bitirmişdir.
Müxtəlif illərdə Moskva şəhərində dördulduzlu «İnturist», Bolqarıstanın
Sofiya şəhərində «Vitoşi-Niyu-Otani» mehmanxanalannda, Finlandiya Helsinki
şəhərindəki beşulduzlu «interkontinental» otelində, Almaniyanın Berlin şəhərində
yerləşən «Berolina» otelində təcrübə mübadiləsi keçmişdir.
1983-cü ildə Ümumittifaq inturist Səhmdar Cəmiyyəti SSRİ ərazisində
yerləşən üç yüzdən çox mehmanxana arasında M.M.Ağakərimovun rəhbərlik
etdiyi «Moskva» mehmanxanasının turistlərin qəbul və xidmət şöbəsi birinci yerə
layiq görülmüşdür. M.M.Ağakərimov bir çox tədbirlərdə, o cümlədən 1983-cü ildə
keçirilən Xalçaçılıq üzrə ilk beynəlxalq simpoziumun və 1994-cü ildə «Əsrin
müqaviləsi» adlanan neft müqaviləsinin bağlanması ilə əlaqədar respublikamıza
gələn qonaqların yüksək səviyyədə qəbulu və xidmətində fəal iştirak etmişdir.
2004/2005-ci ildən BDU-də «Turizm və sosial mədəni servis xidməti»
ixtisası üzrə bakalavr və magistr pillələrində mühazirə və təcrübə məşğələləri
aparır.
222