Onun oğlu Cey Pritsker Los-Anceles şəhərində yerləşən və kalifor-
niyalı investor Hyatt Van Dehnə məxsus oteli almaqla «Hyatt Hotels» korpo
rasiyasını yaratmışdır.
Hazırda «Hyatt Hotel Corporation» mehmanxana menecmenti
və tikinti ilə məşğul olan kompaniyadır. Bu kompaniyanın tərkibinə
ümumi dəyəri 2,5 milyard dollar olan «Hyatt international» şəbəkəsi
daxildir. Bu, hazırda 7,37% bazar payı olan iri şəbəkə strukturlarından
biridir.
Dünya liderlərindən hesab olunan «Hyatt» yüksək səviyyəli
xidmət və lüks mehmanxana nömrələri ilə təmin edən struktur kimi
şöhrət qazanmışdır.
Müxtəlif tipli müştəriləri cəlb etmək məqsədilə «Hyatt» öz
obyektlərini xidmətlər üzrə strateji olaraq diferansialaşdırır (bölür). Bu
bölgü 4 əsas növ otellərin yaranmasına səbəb olmuşdur:
1.
«Hyatt Regency Hotels» - kompaniyanın
əsas meh-
manxanalarındandır. Bu növ otelləri adətən şəhər biznes
mərkəzlərində yerləşdirirlər və beşulduz otel dərəcəsinə aid
olur;
2.
«Hyatt Resorts» - yalnız istirahət üçün nəzərdə tutulmuş
müəssisələrdir; istirahət zonalarında yerləşir və müştərilərə
əsəb gərginliyini, yorğunluğu aradan qaldırmaq üçün
müxtəlif xidmətlər təklif edir;
3.
«The Park Hyatt Hotels» - Avropa üslubunda tikilmiş kiçik,
lüks tipli mehmanxanalardır. Müştəriləri fərdi səyahətçilərdir.
Onlar xüsusi və şəxsi xidmətə üstünlük verirlər;
4.
«The Grand Hyatt Hotels»
- istirahət edənlər, konfrans və
iclas keçirilməsi üçün nüfuzlu və əlverişli sahələrdə yerləşir.
Bu mehmanxanalarda dünya standartlarına uyğun banket və
konfranslar keçirilir.
«Wall Street Journal»da «Hyatt Hotel Corporation» 1990-cı
illərdə qonaqpərvərlik sənayesində ən yaxşı 66 müəssisə sırasına daxil
edilmişdir. Həqiqətən Pritskerlər ailəsinin yaratdığı bu kompaniyanın
xarakterik xüsusiyyəti effektli idarəetmədir (menecment).
«Hyatt Hotel Corporation» kompaniyasında mərkəzləşdirilmiş
idarəetmə mövcuddur, bu da baş menecerə qərar qəbulunda geniş
imkanlar verir və şəxsi yaradıcılığı stimullaşdırır, yeniliklərə imkan
yaradır.
44
Yeni konsepsiyaların işlənib-hazırlanması «Hyatt» otellərinin
müvəffəqiyyətinin əsas səbəblərindən biridir. Məsələn, Corciya ştatının
Atlanta şəhərində 1967-ci ildə açılmış
otel ona dünya şöhrəti
qazandırmışdır. Bu otelin 21 -ci mərtəbədə geniş holl, şüşəli liftlər,
fırlanan restoran qonaqları heyran qoymuşdur. Memar Corc Portman
mehmanxana sənayesində ənənəvi dizayn üslubunu, sahələrin
bölünməsi standartlarını tamamilə dəyişmişdir.
1969-cu ildə Honkonqda «Hyatt Regency» otelinin açılışı ilə
«Hyatt» beynəlxalq şirkət kimi fəaliyyətə başlayır. «Hyatt international»
xaricdə yerləşən otelləri idarəetmək üçün yara dılan bir şirkətdir.
İdarəetmədə tətbiq edilən üsullardan bi ri də menecerin menecer
qonaqların istək və arzularını yaxından öyrənməsi, ehtiyaclarını
maksimum ödəmək məqsədilə onlara fərdi xidmətlər təklif etməlidir. Bu
isə müştərilərin istəyinin təmin olunmasının əsas şərtdir.
Bu amil
«Hyatt» otelinin hər bir menecerinin iş üslubudur. Orijinal və müxtəlif
xilmətlərin qonaqlara təklif
edilməsi «Hyatt» otellərinin imicini,
nüfuzunu artırır. Məsələn, «Hyatt» oteli işgüzar qonaqlara «Hyatt
Business Plan» təklif etmişdir. Bu plana əsasən nömrələrə faks,
surətçıxarma aparatı, printerlər qoyulur ki, bunlardan da istifadə edirlər.
Bundan başqa, ailəvi qonaqlar üçün «Camp Hyatt» proqramı təklif
olunur. Bu proqrama görə, uşaqlarla məşğələlər təklif olunur. «Hyatt»
şirkətində insan amilinə diqqətlə yanaşma
onun müvəffəqiyyətinin
səbəblərindən biridir. Şirkətin əməkdaşlarının öz işini sevməsi, peşə
karlığı qonaqlara göstərilən xidmətin keyfiyyətinə müsbət təsir göstərir.
«Hyatt»ın rəhbərliyi işçilərin seçilməsinə və peşəkar hazırlanmasına
böyük diqqət yetirir. Ən əhəmiyyətlisi isə şirkətin rəhbərliyi ilə sıravi
əməkdaşların qarşılıqlı əlaqəsidir.
1989-cu ildə şirkətin prezidenti Darrell Xartli Leonard «Əsaslarla
ünsiyyət və yanaşma günü» ideyasını irəli sürür. Bu təşəbbüsə görə,
şirkət özünün mənzil-qərargahındakı ofislərini bağlı elan edir, baş
menecerlər ABŞ, Kanada və başqa yerlərdə fəaliyyət göstərən
«Hyatt» otellərinə gedir və bir gün oteldə sıravi əməkdaş kimi çalışırlar.
Bu cür strategiya çox səmərəlidir. «Hyatt» otelinin sıravi əm ək
daşları kimi çalışan yüksək səviyyəli menecerlər, öz işçilərinin gündəlik
problemləri ilə üzləşir, ilk məlumatları
əldə edirlər ki, bu da gələcəkdə
problemlərin həllində öz müsbət nəticəsini göstərir. Bu konsepsiya
sıravi işçilər tərəfindən yüksək qarşılanır.
45
Darrel Xartli Leonardın bu üsulu uğurlu olmuşdur. O, «Hyatt»da
1964-cü ildən «Los-Anceles Hyatt» otelində qeydiyyat aparan kleri
kimi fəaliyyətə başlamışdır. Müxtəlif idarəçilik vəzifələrində çalışan
Darrel 1974-cü ildə Atlantada yerləşən «Hyatt Regency» otelinin baş
meneceri, iki ildən sonra isə region üzrə vitse-prezident təyin olunur.
1978-ci ildə o, korporasiyanın vitse-prezidenti olur. 1986-cı ildə artıq
Dorrel Xartli Leonard «Hyatt» korporasiyasının prezidenti, 1994-cü ildə
idarə heyətinin sədri idi. Hazırda
«Hyatt Hotel Corporation» idarə
heyətinin sədri Cey Pristkerdir.
Yüklə
Dostları ilə paylaş: