I HİSSƏ MÜQAVİLƏ MÜNASİBƏTLƏRİ Maddə 1. Yerləşdirmə haqqında müqavilə Yerləşdirmə müqaviləsinə uyğun olaraq mehmanxana sahibi
qonağı mehmanxanada yerləşdirməli və əlavə xidmətlərlə təmin
etməlidir.
Nəzərdə tutulur ki, mehmanxana nömrəsinin və qonaqların
ümumi tələbatlarını təmin etmək üçün adətən təklif olunan digər
rahatlıqların istifadə edilməsi daxil olmaqla, təklif olunan xidmətlər
mehmanxananın
dərəcəsindən asılı olaraq orada göstərilən adi
xidmətlərə uyğundur.
Müştəri müqavilə qiymətinə uyğun olaraq yerləşdirmə haqqının
ödənilməsinə görə məsuliyyət daşıyır.
Müqavilənin şərtləri mehmanxananın dərəcəsindən, milli qanun
vericilikdən və ya mehmanxana fəaliyyətinə dair təlimatlardan (mövcud
olduğu halda), beynəlxalq mehmanxana və qonağa təqdim olunan
mehmanxananın daxili nizam qaydalarından asılıdır.
Maddə 2. Müqavilənin forması Müqavilə hər hansı xüsusi formaya malik deyildir.
Müqavilə bir tərəfin digər tərəfə təklif etdiyi şərtlərlə ümumi
razılaşma əldə olunduğu zaman bağlanmış hesab olunur.
Maddə 3. Müqavilənin müddəti Müqavilə müəyyən olunmuş və yaxud qeyri-müəyyən müddətə
bağlana bilər.
Müqavilə təxmini müddətə bağlandığı zaman razılaşdırılmış
müddət kimi ən qısa müddət qəbui olunur.
Müqavilədə başqa cür nəzərdə tutulmayıbsa və bir gündən artıq
yerləşmə haqqında razılıq əldə olunmayıbsa, yerləşdirmə müqavi
ləsinin müddəti müştərinin mehmanxanaya gəldiyi gündən sonrakı gün
saat 12.00-da qurtarır.
İstənilən qeyri-müəyyən müddətli müqavilə bir günlük müqavilə
qismində qəbul olunur. Bu halda tərəflərdən biri ertəsi gün saat 12.00-
da qüvvəsi qurtaran müqavilənin başa çatması barədə ərizə verməlidir.
184
Mehmanxana tərəfindən bu məsələyə aid olaraq qonağa verdiyi
ərizə müştəriyə verilmiş ərizə kimi qəbul olunmalıdır.
Maddə