Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti



Yüklə 0,68 Mb.
səhifə21/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

Beynəlxalq yaxınlaşma - Beynəlxalq iqtisadi əlaqələrin, dünya inteqrasiya proseslərinin, Beynəlxalq əmək bölgüsü prinsiplərinin, dünya ölkələrinin xarici-ticarət əlaqələrinin gerçəkləşdirildiyi proseslərdə ticarət və xarici-iqtisadi əməliyyatlar üzrə fəaliyyətin tənzimlənməsi, ümumi qaydaların, normativ sənədlərin işlənib hazırlanması, Beynəlxalq Sazişlər və konvensiyalar, ticarət, gömrük, valyuta, investisiya rejimləri və s. proseslərdən ibarətdir.
Regional yaxınlaşma - ilk növbədə region ölkələrinin milli maraqları, iqtisadi inkişaf prioritetləri və coğrafi yaxınlıq amilləri nəzərə alınmaqla reallaşdırılan iqtisadi integrasiya tədbirləri sistemidir.
Dünya iqtisadi inteqrasiya proseslərində əsasən seçilən Beynəlxalq iqtisadi inteqrasiya formaları aşığıdakılardır:
sərbəst (azad, xüsusi, texnoparklar və s.) ticarət zonaları - bu tip inteqrasiya proseslərində gömrük və rüsumar, vergilər üzrə xüsusi rejimlər tətbiq edilir, sənədləşdirmələr, mal və xidmətlərin hərəkətləri asanlaşdırılır, infrastruktur problemləri əsasən dövlətlər tərəfindən həll edilir, biznesin inkişafına, kapitalın artımına münbit şərait yaradılır, müəyyən milli iqtisadiyyat sahələrində, ayrı-ayrı geri qalmış milli ərazilərdə iqtisadi inkişaf prosesləri gücləndirilir, ixrac təyinatlı istehsallar təşkil edilir, yoxsulluq, işsizliyin səviyyəsi azaldılır, digər sosial-iqtisadi problemlərin həllinə səy göstərilir. Bu inteqrasiya formasından ABŞ, Çin, Türkiyə, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələr effektivli istifadə edilməsində yüksək nəticələr əldə etmişlər;
gömrük birliyi - bu tip inteqrasiya formasında əsasən tarif və malların - xidmətlərin məhdudlaşdırılması metodları aradan qaldırılır, vahid bazar prinsipi həyata keçirilir və ümumi inteqrasiya məkanı reallaşdırılır (məsələn, Avropa İqtisadi Birliyi və s.);
 «Ümumi bazar»inteqrasiya forması - beynəlxalq əmək bölgüsü obyektlərinin (işçi güvvəsi, mal və xidmətlər, kapital, sahibkarlıq subyektləri və s.) sərbəst hərəkətinin təmin edilməsinə xidmət edir və bu tip inteqrasiya məkanı «ümümi bazar» kimi formalaşır;
İqtisadi birlik - inteqrasiya proseslərində ən təkmilləşdirilmiş müasir formalardan biri olmaqla, bu proseslər sərbəst ticarət amilləri, kapitalın və işçi qüvvəsinin maneəsiz hərəkəti ilə bərabər, ölkələrarası iqtisadi, pul, valyuta, sosial problemlərin həlli, siyasəti və sairlər nəzərə alınmaqla həyata keçirilir.
Dünyada öz məhsuldar fəaliyyəti və iqtisadi siyasəti ilə seçilən iqtisadi birliklərə bunlar daxildir: AİB, Avropa Azad ticarət Assosiyasiyası (EFTA), Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT), Latın Amerikası Sərbəst Ticarət Assosiyasiyası (LAFTA), And paktı ölkələri qrupu, Mərkəzi Amerika ümumi bazarı (CACM), Karib ölkələri Birliyi (CARJKOM), ABŞ-Kanada azad ticarət Asossiyasiyası, Cənub-Şərqi Asiya ölkələri Assosiyasiyası (ASEAN), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Qərbi Afrika İqtisadi Birliyi, Razılaşma Şurası (Afrika), Qərbi Afrika iqtisadi əməkdaşlığı, Afrika Birliyi ölkələri, Afrika İnkişaf Bankı, Müstəqil Dövlətlər Birliyi (MDB), GUAM, İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı (OESD), Ərəb birliyi Təşkilatı (Arab League), Neft ixrac edən ölkələr təşkilatı (OPEC), İslam konfransı təşkilatı və s.
Qeyd etmək lazımdır ki, dünya təsərrüfat sistemində və iqtisadi inteqrasiya hüdudlarında qloballaşma elementlərinin və innovasiya funksiyalarının sürətlə genişlənməsi, rəqabət mühitinin artması yaxın 20-30 il ərzində yeni qlobal inteqrasiya formalarının işlənib hazırlanmasını şərtləndirir və bu istiqamətdə təkmilləşdirmələr proqnozlaşdırılır.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin