Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Mövzu 3. İqtisadi integrasiya prosesləri və beynəlxalq əmək bölgüsünün dərinləşməsi meylləri



Yüklə 0,68 Mb.
səhifə20/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

Mövzu 3. İqtisadi integrasiya prosesləri və beynəlxalq əmək bölgüsünün dərinləşməsi meylləri.


3.1. Dünya təsərrüfat sistemində iqtisali inteqrasiya prosesləri.
3.2. İqtisadi inteqrasiya proseslərində Avropa modelləri.
3.3. Beynəlxalq iqtisadi əlaqələrin dərinləşməsində Beynəlxalq əmək bölgüsünün mahiyyəti və nəzəri əsasları.
3.4. Azərbaycan-Beynəlxalq əmək bölgüsü və iqtisadi inteqrasiya proseslərində.
3.5. Azərbaycan Respublikasının ticarət siyasəti.


3.1. Dünya təsərrüfat sistemində iqtisadi inteqrasiya prosesləri.

Dünya təsərrüfat sistemində iqtisadi inteqrasiya proseslərinin əhəmiyyəti danılmazdır. XX əsrin II yarısından başlayaraq bu iqtisadi vasitə dünya ölkələrinin milli iqtisadiyyatlarının sürətli inkişafına, regional və beynəlxalq iqtisadi proseslərin genişlənməsinə əsaslı stimullar vermişdir.


«İnteqrasiya» - sözü latınca («integro»)- «bərpa olunma», «tamamlanma» və yaxud [«intager»] «bütöv», «bütünləşmə» mənalarının verir.
Beynəlxalq iqtisadi integrasiya - mal və xidmətlərin, istehsal və kooperasiya əlaqələrinin genişlənməsi yolu ilə ölkələrarası ticarət-iqtisadi əlaqələrin, bazar münasibətlərinin gücləndirilməsi, dünya ölkələrinin milli iqtisadiyyatlarının beynəlmilləşməsi prosesləridir.
Qeyd etmək lazımdır ki, dünya iqtisadi inteqrasiya proseslərinin klassik nəzəri mahiyyəti və müasir nəzəri əsasları A.Smit, D.Rikardo (klassik nəzəriyyələr), V.Repke, M.Alle, B.Balassa (neoliberalizm), S.Ralf, U.Rostou (korporasionalizm), Q.Myurdal (strukturalizm), R.Kuper (neokeynsianistlər), Y.Tinberqen, R.Sanvald, İ.Ştoler (diricizm) və digərlərinin əsərlərində öz əksini tapmışdır.
Son 30-50 ilin ardıcıl araşdırmaları və dünya inteqrasiya proseslərinin istiqamətlərinin təsnifatlaşdırılması cəhdləri iki proiritet istiqamətin əsas götürülməsi ilə nəticələnmişdir:
 beynəlmilləşmə prosesləri, beynəlxalq yaxınlaşma və ümumi bazar meylləri;
 regional inkişaf amilləri, regional maraqların qorunması və bu məqsədlərlə regional yaxınlaşma meylləri.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin