Alternativ xarici tisarət nəzəriyyələri. Məlumdur ki, son 50 ildə dünya ticarət sistemində və onun strukturunda mühüm irəliləyişlər, dəyişiklər baş vermişdir. Qeyd etmək lazımdır ki, sivilizasiya və ictimai həyat tərzi dəyişdikcə, dünya təsərrüfat sistemi təkmilləşdirildikcə və qloballaşma mühiti genişləndikcə, klassik xarici-ticarət nazəriyyələrinin bir sıra müddəaları müasir xarici-ticarət və beynəlxalq ticarət proseslərində transformasiyalara məruz qalır. Bu həmin nəzəriyyələrinin yenidən inkişafına və alternativ ticarət nəzəriyyələrin yaranmasına əlavə stimullar verir. Bu prosesləri sürətləndirən amillər sırasına ilk növbədə dünya iqtisadiyyatında elm və texnikanın sürətli inkişafı, dünya ticarət dövriyəsinin sürətli artımı, eyni məsrəflərlə eyni xarakterli sənaye mallarının qarşılıqlı ölkələrarası mübadiləsi və s. daxildir.
Alternativ xarici-ticarət nəzəriyyələrinin əsaslarınaaşağıdakıları aid etmək olar:
Malın hərəkət dövriyyəsi (tsikli) nəzəriyyəsi ;
Həcmin effektivliyi nəzəriyyəsi;
Rəqabət üstünlüyü nəzəriyyəsi
Malın həyat dövriyyəsi nəzəriyyəsi (Product Life Circle Theory). XX əsrin 60-cı illərində amerika iqtisadçısı R.Vernon «malın həyat dövriyysi»ni irəli sürmüşdür. Bu nəzəriyyənin mahiyəti hazır malın dünya ticarət proseslərində inkişaf mərhələlərindən bu müddət ərzində həmin malın istehsalından əvvəl satıcının qarşıya qoyulmuş məqsədlərə çatması üçün malın bazarda rəqabətqabiliyyətindən və davamlığından ibarətdir. Malın həyat dövriyyəsi dörd mərhələdən ibarətdir: tətbiq edilmə;
inkişaf;
yüksəlmə;
düşmə (eniş).
Birinci mərhələdə - tətbiq prosesində ölkədaxili tələbata uyğun ueni məhsulun hazırlanması (kəşfi) həyata keçirilir. Bu mərhələdə yüksək ixtisaslı əmək resursları tələb edilir və ilk mərəhələdə iməhsulun cuzi bir hissəsi xarici bazara çıxır.
İnkişaf (tələbin yüksək olması) - mərhələsində həmin mala tələbat artır, istehsal genişlənir, mal başqa inkişaf etmiş ölkələrə yayılır, istehsalçılar arasında rəqabət artır, standart göstəriciləri təkmilləşdirilir və bu amillərdən ixrac genişlənir.