Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Xarici ticarət - beynəlxalq iqtisadi əlaqələrin mühüm forması kimi



Yüklə 0,68 Mb.
səhifə13/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

2.2. Xarici ticarət - beynəlxalq iqtisadi əlaqələrin mühüm forması kimi.

Xarici ticarət - beynəlxalq iqtisadi əlaqələr (münasibətlər) sistemində mal və xidmətlərin hərəkəti, alqı-satqısı vasitəsilə mühüm əhəmiyyət kəsb edir. Dünya sivilizasiyası inkişaf etdikcə, xarici ticarət dünya hüdudlarında inkişaf etməyə, təkmilləşməyə müvəffəq olmuşdur. Xüsusilə, xarici ticarət formaları və onun prioritet istiqamətləri mühüm iqtisadi vasitə kimi beynəlxalq iqtisadi əlaqələrdə yerini möhkəmlətdikcə, onun rolu daha da artmaqdadır.


Xarici ticarətin beynəlxalq iqtisadi əlaqələrdə rolunu şərtləndirən mühüm amillər aşağıdakılardır:
 ölkənin beynəlxalq əmək bölgüsündə və dünya təsərrüfat sisteminə inteqrasiya etməsində milli maraqlarının reallaşdırılması istəyi;
 ölkələrarası ticarət-iqtisadi əlaqələrdən yararlanmaq, daxili istehlak bazarının tənzimlənməsi, idxal tələbatının ödənilməsi və beynəlxalq əmək bölgüsü proseslərində ölkənin milli maraqlarına uyğun iştirak etmək zərurəti;
 ölkənin istehsal səviyyəsinin yüksəldilməsi, rəqabətqabiliyyətli ixrac təyinatlı malların istehsalı, xidmətlərin göstərilməsi;
 ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, iqtisadi sektorların davamlı inkişafının təmin edilməsi, sahibkarlığın inkişafı və ixracın stimullaşdırılması;
 iqtisadi sahələrin inkişafında şəffaflığın təmin edilməsi, bu sahələrin liberallaşdırılmasının sürətləndirilməsi, büdcə gəlirlərinin artırılması, istehsal məsrəflərinin azaldılması;
 regional və beynəlxalq kontleksdə ölkənin beynəlxalq imicinin artırılması, iqtisadi gücünün sabitliyinin təmin edilməsi, qloballaşma mühitinin rəqabətinə tab gətirmək üçün balanslaşdırıdmış iqtisadi inkişaf modelinin yaradılmasının vacibliyi;
 nəhayət, ölkənin sosial-iqtisadi problemlərinin həlllinin sürətləndirilməsi, tezləşdirilməsi, yeni iqtisadi vasitələrin və innovasiya funksiyalarının tətbiq edilməsinin təşkili, əhalinin yaşayış səviyyəsinin artırılması, yoxsulluğun və işsizliyin səviyyəsinin azaldılması və s.
Son 20-30 il ərzində dünya iqtisadiyyatının əsas göstəricisi olan ÜDM-da xarici ticarətin xüsusi çəkisinin sürətlə artması, onun əhəmiyyətinin əsaslı şəkildə yüksəlməsindən xəbər verir. 2008-2009-cu illərdə dünya maliyyə böhranı baş verməsinə baxmayaraq, son 10 il ərzində dünya iqtisadiyyatı, xüsusilə Asiya ölkələrində (ilk növbədə Çində) güclü iqtisadi artım baş vermişdir. Məlumdur ki, ABŞ dünyada ÜDM-in həcminə görə birinci yerdədir və bu superdövlət öz xarici ticarət siyasəti ilə bütün dünya iqtisadiyyatına ciddi təsir göstərir. Qloballaşma elementləri gücləndikcə və rəqabət mühiti artdıqca güclü inkişaf dövrünü yaşayan ölkələr bu təsirdən öz asılılıqlarını azaltmaqa çalışırlar. Məsələn, Çinin ABŞ-a ixracın çəkisi 2001-2007-ci illərdə 20% azalmışdır və bu azalmanın əvəzində Avropa və inkişaf etməkdə olan ölkələrə ixracın həcmi əsaslı şəkildə artmışdır. Bu tendensiyalar bir çox ölkələrin xarici ticarət siyasətində öz əksini tapmaqdadır. Belə ki, bu tip ölkələr xarici ticarətin çeşidinin və strukturunun diversifikasiya edilməsində xüsusilə maraqlıdırlar. Azərbaycanın idxalında ən yüksək xüsusi çəkiyə malik olan Rusiyanın xarici ticarət dövriyyəsində ABŞ-ın payı cəmisi 5% yaxındır. Xarici ticarətdə əsas xammal maddələrində olan neftin qiymətinin bir neçə il ərzində sürətlə artması da bir çox neft ölkələrinin iqtisadiyyatına əsaslı təsir göstərmiş və onların sürətli inkişafına stimul vermişdir.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin