Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti



Yüklə 0,68 Mb.
səhifə9/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

1.7. Xarici valyuta siyasəti.

Valyuta siyasəti hər bir ölkənin mühüm atributlarından biridir və bu siyasətin formalaşmasında milli maraqların qorunması, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi və dünya ölkələri ilə xarici-iqtisadi əlaqələrin tənzimlənməsində balanslaşdırılmış siyasət amilləri ciddi nəzərə alınmalıdır.


Valyuta siyasəti - dövlətin öz milli iqtisadi və xarici-iqtisadi maraqlarına uyğun həyata keçirdiyi valyuta əməliyyatları və valyuta münasibətləri tədbirlərindən ibarətdir.
Valyuta münasibətlərinə və tədbirlərinə əsasən maliyyə mexanizminin işlənib hazırlanması, iqtisadiyyatın kreditləşdirilməsi, ödəniş əməliyyatlarının təşkili, valyuta tənzimlənməsi, milli valyutanın möhkəmləndirilməsi, əlverişli investisiya mühitinin yaradılması, valyuta nəzarətinin effektiv təşkili və sairlər daxildir.
Xarici valyuta siyasətinin əsasında - ölkənin xarici-iqtisadi əlaqələrinin genişləndirilməsi, ticarət əlaqələrinin səmərəliliyinin artırılması, ölkələrarası ödəniş öhdəliklərinin və beynəlxalq qurumlarla maliyyə-ödəmə əməliyyatlarının milli maraqlar çərçivəsində təşkili, xarici kapitalın hərəkətinin güclənməsi və investisiyaların ölkəyə axınının sürətləndirilməsi (stimullaşdırılması) və sairlər dayanır.
Xarici valyuta siyasətinin reallaşdırılması üzrə keçirilən xarici iqtisadi fəaliyyətlə bağlı valyuta əməliyyatlarına - idxal və ixrac üzrə hesablaşmalar, maliyyə kreditlərinin alınması və verilməsi, investisiyalar və kapitala bağlı əməliyyatlar, qiymətli kağızlar üzrə əməliyyatlar və xarici borclar (öhdəliklər) üzrə hesablaşmalar və s. aiddir.
Azərbaycan Respublikasında xarici valyuta siyasəti üzrə tədbirləri və tənzimləmə proseslərini Mərkəzi Bank həyata keçirir. Bunlara rezidentlərə məxsus xarici valyutanın və xarici valyutada qiymətli kağızların, ölkəyə köçürülməsi və ölkədən göndərilməsi, investisiyaların və kapitalın hərəkəti ilə bağlı ödəmələr, hüquqi və fiziki şəxslərin valyuta əməliyyatları, ölkənin beynəlxalq təşkilatlarda üzvülük haqlarının ödənilməsi, ölkə rezidentlərinin nizamnamə kapitalında iştirakı əməliyyatları, kreditlər, depozitlər, sponsorluq, yardım, ianə üzrə ödənişlər, manatın digər valyutalarla konvertasiyası və məzənnəsi əməliyyatları və s. daxildir.
Azərbaycan Respublikasında valyuta siyasəti və valyuta tənzimlənməsi «Valyuta tənzimi haqqında» 21 oktyabr 1994-cü il tarixli 910 saylı Qanunla nizamlanır. Bundan əlavə «Gömrük tarifi haqqında», «Gömrük məcəlləsi», «Vergi məcəlləsi», «İnzibati xətalar məcəlləsi», «Normativ hüquqi aktlar haqqında» və sair buk imi qanunlar vasitəsi ilə də valyuta tənzimlənməsi bu və ya digər formada həyata keçirilir.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin