Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti



Yüklə 0,68 Mb.
səhifə6/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

1.4. Xarici ticarət siyasəti.


Xarici ticarət siyasəti - xarici iqtisadi əlaqələrin tənzimlənməsi üzrə siyasi, təşkilati və iqtisadi xarakter daşıyan tədbirlər sistemidir.
Bu proseslər dövlət səviyyəsində aparılır və ölkələrarası beynəlxalq mal bölgüsü və əmtəə mübadiləsi formasında genişləndirilir. Bu tip ticarət proseslərində dövlət idxal və ixracın strukturunu, çeşidlərini, coğrafi ərazisini müəyyənləşdirir, ölkə iqtisadiyyatının uzun müddətli inkişafı nəzərə alınmaqla strateji prioritet istiqamətlər formalaşdırılır. Bundan əlavə, dövlət tərəfindən ödəniş balansının qorunması, milli valyuta kursunun dəstəklənməsi və sair funksiyaları həyata keçirir. Ölkənin xarici ticarət əməliyyatları iştirakçıları xarici iqtisadi və beynəlxalq iqtisadi siyasət konsepsiyalarını mal və əmtəələr üzrə formalaşdırdıqları marketinq konsepsiyası əsasında aparılır.
Xarici ticarət siyasəti hər bir ölkənin iqtisadi siyasətinin bir hissəsidir və bu siyasətin əsas məqsədi ölkənin iqtisadi inkişafına təkan verməkdir. Bir çox hallarda xarici ticarətdə vasitəçi qurumlardan, ixtisaslaşdırılmış firma və kompaniyalardan istifadə edilir və bütövlükdə dövlət strukturlarının digər təsərrüfat subyektləri, xarici iqtisadi iştirakçıları ilə əlaqəli münasibətləri bu sahə üzrə konsepsiyasının zənginləşməsinə əlavə töhfələr verir.


1.5. Ödəniş balansı siyasəti.

Müstəqil dövlətin idarə edilməsində bir sıra atributlar və mühüm funksiyalar mövcuddur ki, bunlarsız ölkənin daxili və xarici siyasəti, iqtisadi konsepsiyası, beynəlxalq iqtisadi siyasət istiqamətləri və bu kimi digər iqtisadi fəaliyyətin tənzimlənməsi mümkün olmaz. Belə funksiyalardan biri də - ödəniş balansı siyasətidir.


Ödəniş balansı - bir ölkənin müəyyən zaman kəsiyi dövründə beynəlxalq iqtisadi əməliyyatları barədə hesabatdır. Bu hesabatda xarici ticarət əməliyyatlarının nəticələri, ölkələrarası investisiyalar, xaricdə alınan əmlaklar, gəlirlərin hərəkəti barədə məlumatlar öz əksini tapır.
Beynəlxalq Valyuta Fondunun təsnifatına və təbirincə - ödəniş balansı - bir ölkənin digər ölkələrlə müəyyən dövr ərzində xarici-iqtisadi əməliyyatları üzrə sistemləşdirilmiş statistik hesabatdır və adətən bu dövr təqvim ilini əhatə edir. (Rukovodstvo po platecnomu balansu. 5-oe izd. Per. s anql. Vaşinqton MVF, 1993, s.21).
Ödəniş balansı üzrə siyasətin formalaşması və bu balansın vasitələri haqqında diskussiyalar XX əsrin ikinci yarısında daha qabarıq özünü göstərmişdir. Xüsusilə amerika iqtisadçısı F,Maxlupun xarici iqtisadi əməliyyatların uçotu üzrə ödəniş balansı konsepsiyası bu diskussiyaların əsasını qoydu (Machlup F. Three Concepts of the Balance of Payments and the So-Called Dollar Shortage Collected Essays of Fritz Machlup. N.Y. Charles Scribner, 1964.p.69-92). Bununla belə, bu diskussiyalar F.Maxlupun opponentlərinin qələbəsi ilə nəticələndi. Ödəniş balansının tərtib edilməsi Maxlupa görə faktiki ödənilmiş pul əməliyyatlarının balansına görə yox, hər bir ölkənin xarici aktivlərinin və öhdəliklərinin balansı üzrə aparılması məqsədəuyğun hesab edildi.
Müasir dövrdə ödəniş balansı qeyri-rezidentlər üzrə əməliyyatlara görə hesablanmış tələbnamələr və öhdəliklər prinsipi ilə tərtib edilir. Digər alternativ metod kimi - xarici iqtisadi əməliyyatlar üzrə ödənilmiş tələbnamələr və öhdəliklərə görə aparılmış əməliyyatların faktiki kassa prinsipi götürülür.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin