2.3. Xarici ticarət nəzəriyyələri
Xarici ticarət dünya ölkələrinin iqtisadi inkihafına, onların dünya bazarlarına surətli inteqrasiyasına stimul verir, ölkənin beynəlxalq əmək bölgüsündəki milli maraqlarını təmin edir. Bununla bərabər, xarici ticarətin əsas funksiyalarının əksəriyyəti beynəlxalq ticarət vasitəsilə həyata keçirilir. Ekspertlərin hesablamalarına görə beynəlxalq iqtisadi münasibətlərin və xarici ticarət əməliyyatlarının 80%-nə qədəri beynəlxalq ticarət xarakterli əməliyyatlar, ticarət-iqtisadi əlaqələrdir. Bir çox dünya alimləri bu terminlərin ayrı-ayrılıqda baxılmasını məqsədə uyğun hesab edirlər. Bununla belə nəzərə almaq lazımdır ki, beynəlxalq ticarət və xarici iqtisadi əlaqələrin tarixi xüsusiyətləri, formalaşma mərhələləri, onların klassik nəzəriyyələrinin yaranması,inkişaf prosesləri və son 50-70 il ərzində təkmilləşdirilməsi prosesləri, müasir nəzəriyyələrin və konsepsiyaların yaradılması, yeni münasibətlərin əsaslandırılması üzvi surətdə bir-biri ilə sıx vəhdət təşkil edirlər. Digər tərəfdən, xarici ticarət nəzəriyyələrinin əsasında beynəlxalq ticarət funksiyaları və iqtisadi ticarət siyasəti demək olar ki, yaranma tarixi mərhələsi və inkişaf prosesi nəzələ alınmaqla bu anlayışların qarşılıqlı fəaliyyəti, onların bir birini tamamlaması, reallaşdırılması durmuşdur.
Xarici ticarət nəzəriyyələri adətən 3 qrupa bölünür:
«müqayisəli üstünlük» nəzəriyyəsi;
Hekşer-Olin Beynəlxalq ticarət nəzəriyyəsi;
Beynəlxalq ticarətin alternativ nəzəriyyələri.
«Müqaisəli üstünlük» nəzəriyyəsi. Bu nəzəriyyənin əsası XVIII əsrin axırları - XIX əsrin əvvələrində ingilis iqtisadçıları Adam Smit və David Rikardo tərəfindən qoyulmuşdur. A. Smit 1776-ci ildə nəşr etdirdiyi «Xalqların varlılığının səbəbləri və təbiət haqqında tətqiqat» kitabında merkantilistlərlə polemika apararaq, «mütləq üstünlük» nəzəriyyəsini formalaşdırır və müxtəlif ölkələri ixracatçı və ya idxalatçı olmalarından asılı olmayaraq beynəlxalq sərbəst ticarətin inkişafında maraqlı olduqlarını göstərmişdir. D.Rikardo isə 1817-ci ildə nəşr etdirdiyi «Vergi yükünün və siyasi iqtisadiyyatın başlanğıcı» əsərində mütləq üstünlük prinsipini ümumi qaydaların adi hallarından birinin olduğunu sübut edərək, «müqayisəli üstünlük» nəzəriyyəsini əsaslandırdı.
Xarici ticarətin tətqiqi və analizi zamanı 2 mühüm amilin nəzərə alınması da vacibdir:
İqtisadi resursların (təbii, əmək və s.) dünya ölkələri arasında bərabər bölünməməsi;
Effektivli və səmərəli itehsal sahələri üçün yüksək məhsuldarlıqlı texnologiyaların və resursların mövcudluğu, onların kombinasiyalaşdırılması və s.
Keçmiş postsovet ölkələri üzrə bu cür «müqayisəli üstünlük» nəzəriyyəsi prinsiplərini tutuşdursaq, görərik ki, Rusiya maşın və avadanlıqlar, enerjidaşıyıcılar, Ukrayna şəkər və metal, Belarus yük maşınları və kənd təssərüfatı texnikası, Pribaltika ölkələri balıq məhsulları, dəqiq cihazqayırma, Moldova şərab məhsulları. Özbəkistan nambıq, Qazaxıstan taxıl, Azərbaycan kənd təsərrüfatı və neft (neft məhsulları), Gürcüstan şərab və çay məhsulları və s. sahələrdə ixtisaslaşmalar getmiş, bu sahələr prioritetləşmiş və hər bir ölkənin iqtisadi göstəricilərində mühüm rol oynamışdır. Qeyd etmək lazımdır ki, dünyanın bir çox ölkələrində bu cür ixtisaslaşmalar uzun bir dövr ərzində formalaşmış və hər bir ölkənin brendinə çevrilmişdir. Məsələn, ABŞ və Yaponiyada yüksək texnologiyalar, Qərbi Avropa ölkələrində məhsuldarlığı ilə seçilən sənaye və maşınqayırma sahələri (avtomobil, avadanlıqlar, istehsal prosesləri və s.), Holandiya, Belçika və s. kimi ölkələrdə ərzaq, gül məhsulları, Argentinada taxılçılıq, Kuba və Braziliyada şəkər və kofe istehsalı, Çin və Türkiyədə tekstil məmulatları, Cənubi Koreyada, Sinqapur kimi ölkələrdə komputer avadanlıqları və s. ölkələrdə müxtəlif sahələrdə «müqayisəli üstünlük» nəzəriyyəsi prinsiplərinin bu və ya digər formada elementlərinə rast gəlmək mümkündür.
Dostları ilə paylaş: |