Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti



Yüklə 0,68 Mb.
səhifə15/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

Xekşer-Olin nəzəriyyəsi. Beynəlxalq ticarət və xarici ticarət prinsipləri inkişaf etdikcə, onların təkmilləşdirilməsi qaçılmaz idi. Bu sahələrdə müasir baxışlar və nəzəriyyələr son 50-70 ildə formalaşmaqda daha da sürətlənmişdir. İsveç iqtisadçıları Eli Xekşer və Bertil Olin müqayisəli üstünlük prinsiplərini və onu yaradan səbəblərin müasir tendensiyararını geniş tədqiq edərək hər hansı bir tərəfin (ölkənin) üstün amillərinin olması, «istehsal amillərinə qiymətlərin balanlaşdırılması» prinsipi ilə yanaşmasını müəyyənləşdirmişlər. Bu nəzəriyyənin əsasında hər hansı bir ölkənin milli istesalının fərqliliyi, istehsalın müxtəlif amilləri- əmək, torpaq, kapital, bu və ya digər mallar və onların qiymətləri özrə ölkənin daxili tələbatının müxtəlifliyi dayanır. Xekşer-Olin nəzəriyyəsinə görə, ölkələr öz ölkələri daxilində tələbatdan çox olan istehsal amilləri əsasında fəaliyyət göstərən istehsal sahələrini genişləndirərək, ixracı artırmağa çalışacaqlar və idxal sahəsində bunun əksinə siyasət aparacaqlar. Başqa sözlə, idxal o mallara üstünlük veriləcək ki, o malların istehsal faktorları ölkədə kifayət qədər olmasın və ya sərfəli olmasın.
Leontyev paradoksu - rus əsilli məşhur amerika iqtisadçı Vasiliy Leontyev XX əsrin 50-ci illərində Xekşer-Olin nəzəriyyəsinin əsas nəticələrini empirik araşdırmalar nəticəsində paradoksal nəticələr əldə edə bilmişdir. O, ABŞ iqtisadiyyatının 1947-ci ildəki məlumatlarına əsaslanaraq, sahələrarası «xərclər-buraxılış» modelində istifadə etmişdir. V.Leontyev bu metodla amerika ixracında əməktutumlu, idxalında isə kapitaltutumlu malların üstünlük təşkil etməsini sübuta yetirmişdir. Nəzərə alsaq ki, II Dünya müharibəsindən sonra ABŞ digər ticarət partnorlarına nisbətən çox kapitala malik idi və əmək haqqı yüksək idi və bu prinsiplər açıq-aşkar. Xekşer-Olin nəzəriyyəsinin prinsiplərinə ziddiyət təşkil edirdi və bu səbəbdən Leontyevin tədqiqatları «Leontyev paradoksu» adını almışdır. Sonralar, bu paradoks əlamətləri təkcə ABŞ-la kifayətlənməyərək, Yaponiya, Hindistan və digər ölkərdə də özünü göstərmişdir. Bu paradoksun çoxsaylı izahları və açıqlamaları sayəsində Xekşer-Olin nəzəriyyəsi inkişaf etdirilərək, beynəlxalq ixtisaslaşma kimi əlavə amillərlə zənginləşdirilmişdir:
 İstehsal amillərinin müxtəlifliyi, əsasən işçi güvvəsindəki fəqliliyin və bu sahədə peşəkarlığın xeyli fərqlənməsi. Bu baxımdan inkişaf etmiş ölkələrdə yüksək ixtisaslı işçi güvvəsi üstünlük təşkil etdiyindən, inkişaf etməkdə olan ölkələr peşakarlığı aşağı olan işçi güvvəsi tələb edən məhsulların ixracına üstünlük verir;
 Təbii ehtiyatların mühüm rolu və hasilat sahəsinin inkişafı proseslərində iri kapitalın cəlb edilməsi. Bu onunla izah olunur ki, bir çox inkişaf etməkdə olan ölkələr təbii ehtiyatlarla zəngin və kapitaltutumlu hasilat sahələrinə malik olsalar da, bu ölkələrdə kapital resursları o gədər çox deildir və yaxud çatmır;
 Dövlətin beynəlxalq ixtisaslaşmaya xarici-ticarət siyasətinin təsiri, bunun nəticəsində idxalın məhdudlaşdırılması, bunun nəticəsində idxalı məhdudlaşdıran malların ölkə daxilində istehsalının stimullaşdırılması və xüsusilə ixrac təyinatlı, rəqabətqabiliyyətli məhsulların istehsalına münbit şəraitin yaradılması və s..

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin