5.2. Beynəlxalq ticarət nəzəriyyələri və onların ziddiyyətli xüsusiyyətləri.
Beynəlxalq ticarət nəzəriyyələrin klassik formaları, həmçinin onların son 50-70 ildəki inkişafı mahiyyətlərinə görə 3 qrupa - «müqayisəli üstünlük», Xekşer-Olin Beynəlxalq ticarət nəzəriyyəsi və Beynəlxalq ticarətin aliernativ nəzəriyyələrinə bölürlər.
Bu tip ticarət nəzəriyyələrinin hər biri haqqında biz 1-ci mövzuda geniş danışmışıq, onların təkrarına ehtiyac olmadığından, bu nəzəriyyələrdəki ziddiyyətli aspektləri diqqəti yönəltmək məsələsi qarşımızda durur.
Məlumdur ki, Leontyev paradoksu adlandırılan nəzəriyyə XX əsrin 50-ci illərində Xekşer-Olin nəzəriyyəsinin nəticələrinin empirik araşdırılması prosesində paradoksal nəticələr vermişdir. Belə ki, Xekşer-Olin nəzəriyyəsində müqayisəli üstünlük prinsipləri tədqiq edilərək, «istehsal amillərinə qiymətlərin balanslaşdırılması», prinsipi üstün götürüldüyü halda, Leontyev paradoksu nəzəriyyəsində Amerika ixracında əməktutumlu, idxalında isə kapital tutumlu malların üstünlük təşkil etməsi sübuta yetirilmişdir.
Digər tərəfdən, son 50 ildə dünya ticarəti sistemində sürətli proseslər baş verdiyindən, bu proseslər qloballaşma elementlərinə məruz qaldığından, transformasiyaların gücləndiyindən klassik ticarət nəzəriyyəsinin bir sıra müddəalarının yeni paradoksları formalaşmaqdadır və mülahizələrə görə yaxın 30-50 il ərzində bu tendensiyaların artacağı proqnozlaşdırılır.
Qeyd etmək lazımdır ki, artıq son 30-50 il ərzində bir sıra mühüm alternativ xarici-ticarət nəzəriyyələri - malın hərəkət dövriyyəsi, həcmin effektivliyi və rəqabət üstünlüyü nəzəriyyələri klassik nəzəriyyələri nisbətən tamamlamağa, təkmilləşdirməyə müvəffəq ola bilmişdir.
5.3. Xarici-iqtisadi fəaliyyətin təşkilində dövlət siyasəti.
Xarici-iqtisadi fəaliyyətin effektivli təşkili hər bir ölkənin mühüm vəzifələrindən biri kimi diqqəti cəlb edir. Bu istiqamətdə dövlət siyasətinin əsasına aşağıdakılar daxildir:
xarici-iqtisadi fəaliyyətin hüquqi-normativ bazasının yaradılması və bu fəaliyyətin beynəlxalq müqavilələr, konvensiyalara uyğun təşkil edilməsi;
xarici-iqtisadi fəaliyyətin təşkili və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi üzrə beynəlxalq qurumlar və təşkilatlarla əməkdaşlığın yaradılması;
ölkənin iqtisadi maraqlarına cavab verən xarici-iqtisadi siyasətin təkmilləşdirilməsi və bu istiqamətdə səmərəli xarici ticarət müqavilələri və sazişlərinin hazırlanması və bağlanması;
ölkənin pul, maliyyə, kredit, qiymət, tarif, qeyri-tarif, ödəniş balansı, investisiya siyasətlərinin daimi olaraq təkmilləşdirilməsi, milli maraqlar qorumaqla, dünya və beynəlxalq təcrübədə olan tendesiyalarının və inkişaf prosesini nəzərə alınması;
ölkənin beynəlxalq iqtisadi əlaqələrinin və xarici-iqtisadi fəaliyyətin tənzimlənməsi üzrə iqtisadi vasitələrdən səmərəli istifadə etməklə, bu istiqamətdə beynəlxalq Müqavilələr və sazişlər kontekstində fəaliyyətin təkmilləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi və s.
Dostları ilə paylaş: |