Fərdi kvotalar - idxal əməliyyatları iştirakçıları arasında idxalı nəzərdə tutulan müəyyən miqdarda malın proporsional bölünməsi, ikitərəfli razılaşmalar və qarşılıqlı mal mübadiləsi üzrə anlaşmalardan ibarətdir;
Tarif kvotaları - adi rejimdə müəyyən miqdarda malların göndərilməsindən əlavə miqdar üçün əlavə tarifin müəyyənləhdirilməsi deməkdir. Məsələn, Yaponiya spirt xammalına, pendir, qarğıdalı, mal ətinə əlavə tariflər təyin etmişdir.
Qlobal kvotalar -müəyyən müddət ərzində idxal ediləcək malın ümumi həcminin onun alıcıları olan ölkələr arasında bölüşdürülmədən həyata keçirilməsidir. Bu isə bu tip idxal əməliyyatlarına iştirakçı ölkələrin öz milli maraqlarından və tələblərinə uyğün yanaşmasına imkan verir.
İxrac və idxal siyasəti -müasir dövrdə dünya ölkələrinin ticarət siyasətində mühüm əhəmiyyət kəsb edir. İxrac yönümlü iqtisadiyata malik ölkələr bu tip təyinatlı malların çeşidinin artırılması üçün əlavə tədbirlər görür, ixrac təyinatlı mal istehsalçılarını mükafatlandırır, kapital və elmtutmlu, müasir texnologiyalar əsasında yaradılmış istehsal sahələrinin fəaliyyətini ciddi dəstəkləyir, bir çox hallarda bəzi dövlətlər özləri bu sahələrə xarici investisiyalardcan əladə daxili investisiyalar və resurslar cəlb edir və s.
Dempinq -malın istehsalına çəkilən xərclərdən ucuz qiymətə satılması deməkdir. Beynəlxalq təşkilatlar dünya bazarı və ölkədaxili qiymətləri ucuz satılan mallar üzrə əməliyyatları dempinq kimi qiymətləndirir. Dempinq hallarına qarşı adətən anti-dempinq rüsumları müəyyənləşdirilir. Bu rüsumlar adi rejimdə tətbiq edilən rüsumlardan bir neçə dəfə artıq olur.
Lisenziyalaşdırma (ingiliscə licensing) - idxal və ixrac əməliyyatlarının beynəlxalq ticarətdə məhdudlaşdırılmasıdır. Bu halda müəyyən mal və xidmətlərin idxalı və ixracı üzrə icazə sənədləri - lisenziya almaq lazımdır. Lisenziyalar adətən idxal və ixracı məhdudlaşdırılmış, başqa sözlə, kvota tətbiq edilmiş mallara görə alınır.
Lisenziyalar müəyyən müddətə verilir və onun icrasına nəzarət monitorinqinqlərlə həyata keçirilir.