Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Xarici-ticarətin nizamlanmasında ümumdünya ticarət Təşkilatının (ÜTT) rolu



Yüklə 0,68 Mb.
səhifə34/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

5.5. Xarici-ticarətin nizamlanmasında ümumdünya ticarət Təşkilatının (ÜTT) rolu.
5.6. Azərbaycanın beynəlxalq ticarət siyasəti və ÜTT-yə qəbul edilməsi məsələləri.


5.1. Beynəlxalq iqtisadi proseslərin prioritet istiqamətləri.

Beynəlxalq iqtisadi münasibətlərin əsasında beynəlxalq əmək bölgüsü prinsipləri dayanır. Başqa sözlə, beynəlxalq iqtisadi münasibətlər müxtəlif ölkələrin təsərrüfat subyektlərinin, iqtisadi birlik, kompaniya, şirkət və agentliklərinin təsərrüfat-kooperasiya, birgə (müştərək) fəaliyyəti ilə bağlı proseslərdən ibarətdir. Bu münasibətlərdə malların (məhsullar və xidmətlərin) dünya ticarəti, beynəlxalq kapital axını (yerdəyişməsi) və beynəlxalq işçi güvvəsinin miqrasiyası mühüm rol oynayır. Bu və ya digər istehsal strukturunun istehsal sahəsinin xərclərinin optimallaşdırılması və rentabelliyin yüksəldilməsi məqsədilə, transmilli statusda olan kompaniya və şirkətlərin ixtisaslaşmasına gətirib çıxarır və bu səbəbdən beynəlxalq mal və xidmət mübadiləsini sürətləndirir (genişləndirir), başqa sözlə dünya ticarəti proseslərinin artmasına stimul verir. Dünya ticarəti isə öz növbəsində mal və xidmətlərin beynəlxalq hərəkətini sürətləndirməklə yanaşı, həm də ölkələrarası iqtisadi resursların mübadiləsini təmin edir.


Son 20-30 ildə dünya iqtisadiyyatında sürətli transformasiyalardan keçmiş Beynəlxalq iqtisadi münasibətlərin əsas proritet istiqamətləri və iqtisadi diplomatiya ilə bilavasitə güclü bağlılığı olan amiillər aşağıdakilardır:
 dünya iqtisadi sisteminin beynəlxalq milliləşdirilməsinin və qarşılıqlı asılılığının gücləndirilməsi, bu proseslərin əsas etibarı ilə iki istiqamətdə: qloballaşma və regional inteqrasiya istiqamətində inkişaf etməsi;
 dünya ticarətinin, investisiya axınının sürətlənməsi nəticəsində milli iqtisadiyyatların liberallaşması, dünya bazar iqtisadiyyatı məkanının intensiv olaraq genişlənməsi və bu səbəblərdən transmilli kompaniyaların, maliyyə (bank) və investisiya qruplarının dünya siyasətinə, beynəlxalq iqtisadi münasibətlərin formalaşmasına əsaslı təsir göstərməsi;
 dünya iqtisadi sisteminin qloballaşması, istehsal güclərinin beynəlxalq milliləşdirilməsi proseslərinin dərinləşməsi, transmilli kompaniyaların bu proseslərdə dominant rol oynaması amilləri, beynəlxalq iqtisadi münasibətlərdə zəruri amil olaraq, iqtisadi diplomatiyanın rolunu artırır;
 müasir texnologiyaların, yeni enerji mənbələrinin yaradılması, mütərəqqi və effektivli idarəetmə metodlarının tətbiq edilməsi, xarici investisiyaların həcminin intensiv artması, dünya ölkələrində «açıq iqtisadiyyat» prinsiplərinin genişlənməsi, ölkələrarası və təşkilatlararası beynəlxalq iqtisadi münasibətləri (əməkdaşlığı) sürətləndirir;
 son 10-15 il ərzində ayrı-ayrı dünya ölkələrində innovasiya iqtisadiyyatına keçidin sürətlənməsi, bu ölkələrin nüfuzunun artmasına, iqtisadi inkişafın sabitliyinə və xarici investisiyaların davamlı cəlb edilməsinə münbit şərait yaratmışdır;
 dünya ölkələri arasında rəqabətqabiliyyətliliyinin artırılması və iqtisadi inkişafın davamlı olmasının intensivləşdirilməsi və s..
Şübhəsiz, bütün bu proseslərin gedişində hər bir ölkənin milli maraqlarını qoruya biləcək iqtisadi diplomatiyası olmalıdır və onun köməyi ilə bu mühüm strateji məsələlərin həllində optimal tədbirlərin görülməsi reallaşdırılır.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin