Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Bazar iqtisadiyyatının müsbət cəhətləri -



Yüklə 0,68 Mb.
səhifə32/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

Bazar iqtisadiyyatının müsbət cəhətləri - əsas etibarı ilə resursların bölünməsinin effektivli olmasında və bu münasibətlərin sərbəstliyindədir. Resursların effektivli bölünməsi cəmiyyətin bu və ya digər mal və xidmətlər, tələb və təklifinə uyğun nizamlanır. Digər tərəfdən bu proseslərin nizamlanması üçün inzibati metodlardan istifadə etmək lazım gəlmir və hər bir prosesi bazar münasibətləri tənzimləyir.
Bazar iqtisadiyyatının mənfi cəhətlərini - açıq izah etmək bir gədər çətin olsa da, bu mühitdə rəqabət qabiliyyətinin elm və texnikanın sürətli inkişafı, kapitalın iriləşməsi və sairlər rəqabətin zəifləməsinə təsir edir və bu proseslərdə bir çox bazar iqtisadi iştirakçıları haqsız rəqabətin qurbanı olurlar, yəni firmalar və kompaniyalar ləğv edilir, birləşdirilir, gizli sövdələşmələr aparılır və sair, nəticədə isə sağlam bazar münasibətləri pozulur. Digər tərəfdən, belə bir mülahizə var ki, bazar iqtisadiyyatı cəmiyyətin bütün tələb və təkliflərini nəzərə almaq iqtidarında deyildir və bu proseslərin təkmilləşdirilməsi zəruridir. Eyni zamanda bazar iqtisadiyyatında məşğulluq və qiymətlərin sabit saxlanmasının təmin edilməsi mexanizmiinin zəyif olması göstərilir. Bunlarla belə, yaxın gələcəkdə bazar iqtisadiyyatı prinsiplərinə alternativ ola biləcək təsərrüfat mexanizmi formalaşacağı real görünmür və hazırkı bazar münasibətlərinin təkmilləşdirilməsi prosesləri daha çox diqqəti cəlb etməkdədir.
Bazar iqtisadiyyatının əsasən aşağıdaki növləri mövcuddur:
 xidmət bazarı;
 yaşayış ərazisi bazarı;
 istehsal vasitəsi bazarı;
 investisiya bazarı;
 pul, valyuta və qiymətli kağız bazarı;
 işçi qüvvəsi bazarı yaxud əmək bazarı.


4.5. Azərbaycanın dünya bazarına iqtisadi inteqrasiyasının prioritet istiqamətləri.

Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya təsərrüfat sisteminə qoşulmaq, dünya bazarı proseslərində fəal iştirak etmək məqsədilə özünün milli konsepsiyasını və bu istiqamətdə prioritet vəzifələrini müəyyənləşdirməli olmuşdur. Ölkənin dünya bazarı proseslərində effektivli iştirakının təmin edilməsi üçün aşağıdaki amilləri və prioritet inteqrasiya istiqamətlərinin nəzərə alınması diqqəti cəlb edir:


 bazar iqtisadiyatı prinsiplərinin formalaşması, sərbəst ticarətin təşkili üçün normativ bazanın, qanunların işlənib hazırlanması, qəbul edilməsi və zərurət yarandıqca təkmilləşdirilməsi,:
 bazar iqtisdi prinsiplərinin beynəlxalq iqtisadi əlaqələr, xarici -iqtisadi fəaliyyət, xarici-ticarət siyasəti üzrə tədbirlərin davamlılığının və sabitliyinin təmin edilməsi;
 kapitalın, əmlakın toxunulmazlığı, investisiyalarının cəlb edilməsinin stimullaşdırılması;
 ölkənin davamlı iqtisadi inkişafının gücləndirilməsi, milli və təbii resurslardan daha səmərəli istifadənin təşkil edilməsi, dünya iqtisadi inteqrasiya proseslərinin ən effektivli formalarının seçilməsində milli iqtisadi diplomatiya rıçaqlarından fəal istifadə edilməsi və sair.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin