Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Azərbaycanın beynəlxalq ticarət siyasəti və ÜTT-yə qəbul edilməsi məsələləri



Yüklə 0,68 Mb.
səhifə40/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

5.6. Azərbaycanın beynəlxalq ticarət siyasəti və ÜTT-yə qəbul edilməsi məsələləri.

Azərbaycan müstəqillik əldə etdikdən sonra, şübhəsiz, milli maraqlara söykənmiş beynəlxalq iqtisadi əlaqələrin prioritet istiqamətlərinin inkişafı, və balanslaşdırılmış xarici-iqtisadi siyasətinin formalaşması zəruri idi. Bu siyasətdə aşağıdaki amillər xüsusilə diqqəti cəlb edir:


 ölkənin təbii və milli ehtiyyatlarından səmərəli istifadə edilməsi;
 iqtisadi müstəqilliyin möhkəmləndirilməsi;
 iqtisadi təhlukəsizliyin gücləndirilməsi ıə bu sahədə beynəlxalq əməkdaşlığın milli maraqlar prinsipində təşkil edilməsi;
 milli iqtisadi inkişafın davamlılığının və dinamikliliyin təmin edilməsi, milli iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi;
 dünya iqtisadiyyatına inteqrasiya proseslərinin gücləndirilməsi və ölkənin rəqabət qabililiyətinin artırılması və sair.
Qeyd etmək lazımdır ki, Azərbaycanda müstəqilliyin ilk dövrlərində xarici-ticarətin liberallaşdırılması, sərbəstləşdirilməsi proseslərində vahid, işlək mexanizm olmadığından, qanunvericilik bazasının zəyifliyindən bu sahədə bir sıra ziddiyyətlər ölkənin imicinə zərbə vururdu və bazar iqtisadiyyatı prinsiplərinə uyğun siyasətin formalaşması əsasən 1990-cı illərin ortalarından başlayaraq sürətləndi. Belə ki, bir sıra mühüm qanunların qəbul edilməsi, valyuta əməliyyatlarının tənzimlənməsində, ticarətin liberallaşdırılmasında beynəlxalq normativlərə uyğun rejimlərin yaradılması istiqamətində tədbirlər gücləndi.
Azərbaycanın Ümumdunya Ticarət Təşkilatına üzv daxil olmasına hazırlıq prosesləri isə 1997-ci ilin iyun ayından hökümətin bu təşkilata üzv olması niyyətinin rəsmi bildirməsi ilə başlanmışdır və həmin dövrdən Azərbaycan ÜTT-nın işində müşahidəçi kimi iştirak edir.
Bundan əlavə, hökümətin qərarı ilə (23.07.1999, №160), ölkədə ticarətin tənzimlənməsi və ÜTT-yə qəbul proseslərinin sürətləndirilməsi üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulmuş, bu məqsədlə əlaqələndirmə qrupu yaradılmışdır.
Qeyd etmək lazımdır ki, son 5 ildə Azərbaycanın ÜTT-yə daxil olması istiqamətində bir sıra hadisələrlə yadda qalmışdır. Belə ki, 2009-cu ilin 24 iyulunda Cenevrədə (İsveçrə) ÜTT-nın işçi qrupunda ÜTT-nın bir çox ölkələri Azərbaycanın bu quruma daxil olmasının sürətləndirilməsini müdafiə etmişlər. Bu ölkələr sırasında Türkiyə, ABŞ, Avropa Birliyi ölkələri, Kanada, Avstraliya, Cənubi Koreya, Afrika ölkələri, Braziliya, Çin, Pakistan və digərləri olmuşdur. Azərbaycan bir çox ölkələrdə ikitərəfli ticarət danışıqlarını başa vurmuş, bir sıra ölkələrlə isə bu danışıqlar intensivləşməkdədir. ÜTT-nın üzvləri olan ölkələrlə ikitərəfli danışıqlar uzun bir proses olduğundan bu məsələlərin intensivləşdirilməsi, Azərbaycanın bu quruma üzvlüyünün tezləşdirilməsinə ümid verir.
Hazırda, Azərbaycanda bu istiqamətdə geniş tədbirlər görülür və Azərbaycanın əsas tələbi ÜTT-yə daxil olduğu halda inkişaf etməkdə olan ölkələrin statusuna bərabər status almaqda və ölkəmizin kənd təsərrüfatı sektorunun inkişafının sürətləndirilməsinin təmin edilməsidir. Qeyd edək ki, bu məsələlər və bütövlükdə Azərbaycanın ÜTT-yə daxil olması üzrə işçi qrupu 2010-cu ilin əvvəllərinədək yenidən toplaşmalıdır.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin