Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Bazar iqtisadiyyatı prinsiplərinin mənfi və müsbət cəhətləri



Yüklə 0,68 Mb.
səhifə31/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

4.4. Bazar iqtisadiyyatı prinsiplərinin mənfi və müsbət cəhətləri.


Daxili bazar - ölkə daxilində yalnız milli istehsalçılar arasında olan ünsiyyət formasıdır. Bu proseslərdə əsas etibarı ilə istehlak tələbinin ödənilməsi və qarşılıqlı mal mübadilləsi tənzimlənir.
Milli bazar - daxili bazar olmaqla, nisbətən xarici alıcıların da tələblərinə uyğunlaşdırılır. Başqa sözlə, bu tip bazar proseslərində istehsalın səviyyəsini qaldırılmaqla, milli istehsal subyektləri və bazar iqtisadiyyatı iştirakçıları regional, dövlətlərarası və dünya səviyyəli bazarlara çıxırlar.
Beynəlxalq bazar - milli bazarların müəyyən hissəsinin ixtisaslaşması ilə tam olaraq xarici bazar təyinatlı olmasıdır.
Dünya bazarı isə - Beynəlxalq əmək bölgüsü prinsiplərinə və istehsalın digər amillərinə görə ölkələr arasında mal və xidmətlərin, pul münasibətlərin baş verdiyi proseslər sistemidir.
Dünya bazarının əsas xüsusiyyətləri bunlardır:
 istehsal olunan mal, satış bazarını tapmaq üçün milli çərçəvədən çıxır;
 daxili və xarici tələb və təkliflərə müvafiq olaraq mal və xidmətlərin dövlətlər arası hərəkəti sürətlənir;
 optimal istehsal amillərini müəyyənləşdirir və istehsalın hansı regionda, ölkədə təşkilini şərtləndirir;
 beynəlxalq standartlara cavab verməyən mal və xidmətlər rəqabət mühitinə tab gətirməyərək bazardan çıxırlar və s.
Bazar iqtisadiyyatı prinsiplərinin 5 əsas fundamental sualları aşağıdakılardır:
 istehsal prosesini neçə təşkil etmək və nə qədər məhsul istehsal etmək?
 cəmiyyətin tələbinə uyğun gələ biləcək mal və xidmətlərdən hansını istehsal etmək?
 istehsalı necə təşkil etmək, hansı texnologiyanı tətbiq etməklə, firma və kompaniyanı seçməklə bu məhsulu necə istehsal etmək?
 cəmiyyt və fərdi istehlakçılar arasında iqtisadiyyatı necə bölüşdürməli və bu məhsulu kimlər almalıdır?
 istehlak sferasındaki dəyişiklərə istehsal prosesi dözə biləcəkmi və bu sistem dəyişikləri baş verdiyi proseslərə uyğunlaşacaqmı?
Bu beş suala cavab verməyən mal və xidmətlər üzrə proseslər adətən bazar iqtisadiyyatı rəqabətinə tab gətirməyərək sıradan çıxırlar.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin