Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Xarici ticarət-iqtisadi əlaqələrin dünya təsərrüfat sistemində inteqrasiya proseslərinin sürətləndirilməsinə təsiri



Yüklə 0,68 Mb.
səhifə52/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

Xarici ticarət-iqtisadi əlaqələrin dünya təsərrüfat sistemində inteqrasiya proseslərinin sürətləndirilməsinə təsiri.
Dünya təsərrüfat sistemində inteqrasiya proseslərinin sürətlənməsinə ən güclü təsir göstərən amillərdən biri xarici-iqtisadi fəaliyyətin dünya ticarəti əməliyyatlarının sürətlənməsi ilə bilavasitə bağlılığıdır. Xarici-ticarət iqtisadi əlaqələrin təsiri altında inteqrasiya prosesləri ölkə iqtisadiyyatlarının sürətlə milli sərhədlərdən kənara çıxmasını, beynəlxalq əməkdaşlığı genişləndirilməsini, dünya bazarlarında fəallığın artırılmasını stimullaşdırır. Xarici ticarət-iqtisadi əlaqələrin liberallaşdırılması, sərbəstləşdirilməsinin sürətləndirilməsi, iqtisadi sahələrin sürətli inkişafına əlavə stimullar verməklə yanaşı, ölkə iqtisadiyyatının sabit inkişafına, milli iqtisadiyyatın davamlı artımına və dünya iqtisadi proseslərində layiqli yer tutmasına şərait yaradır. Belə ki, artıq müasir dövrdə dünya iqtisadiyyatı vahid bir məkanı əks etdirir, bu məkanda iri miqyasda istehsal, investisiya ticarət prosesləri gedir və daha çox ölkələrin milli iqtisadiyyatları getdikcə dünya iqtisadiyyatının bir hissəsinə çevrilməkdədir. Xüsusilə, ixrac təyinatlı məhsulların artımı hər bir milli iqtisadiyyatın dünya ticarətində rolunu yüksəldir və beynəlxalq əmək bölgüsü proseslərində əhəmiyyətini artırır. Bu aşağıdakılarla izah olunur:
 Milli istehsal stimullaşdırılır, istehsalın həcmi artır və maya dəyəri aşağı düşür;
 Məhsulun ixrac təyinatlı olması onun standartlara olan tələbini yüksəldir, rəqabət qabiliyyətini gücləndirir və dünya bazarında bu malın dövretmə tsiklini uzadır;
 Daha çox mal və məhsulların beynəlxalq əmək bölgüsündə iştirak etməsi və dünya bazarlarına çıxarılması ölkənin xarici ticarət dövriyyəsini artır, imicini yüksəldir və beynəlxalq aləmdə, dünya təsərrüfat sistemində rəqabət qabiliyyətini çoxaldır və s.


7.3. Azərbaycan Respublikasında xarici ticarət-iqtisadi əlaqələrin inkişaf mərhələləri.

Keçmiş SSRİ-nin süqutundan sonra Azərbaycanda iqtisadiyyatın sürətli çökümü baş vermişdir. Müstəqillik dövrünün ilk illərində siyasi və iqtisadi sistemlər hələ formalaşmaqda idi. Bu sistemlər cəmiyyətin və iqtisadiyyatın sabit və dinamik inkişhafının təmin edilməsinə hələ hazır deyildirlər. Digər tərəfdən ölkənin xarici ticarət siyasəti və konsepsiyası yox idi. Bu amillər nəzərə alınmaqla müstəqillik dövründə Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələrinin inkişaf mərhələlərini ölkənin iqtisadi inkişaf prosesləri ilə bilavasitə qarşılıqlı əlaqəsini nəzərə alaraq, 3 mərhələyə bölmək daha obyektiv olardı:


I mərhələ - 1991-1995-ci illər - Bu dövrdə əvvəldə qeyd edildiyi kimi ölkədə xaos, qarmaqarışıqlıq, iqtisadi əlaqələrin kəsilməsi, təsərrüfat-kooperasiya sistemlərinin dağılması, xarici ticarət dövriyyəsinin kəskin aşağı düşməsi ilə yadda qalmışdır. Bu dövrdə eyni zamanda milli valyuta devalvasiyaya uğramış, dəyərini itirmiş, manatın dəyəri ABŞ dollarına nisbətən 5 min dəfəyə yaxın ucuzlaşmışdır. Ölkədə inflyasiya və giperinflyasiya baş vermişdir, qiymət indeksləri min dəfələrlə artmışdır və s. İqtisadi islahatlara başlamaq mümkün olmamış, başlanılan iqtisadi islahatlar isə uğursuz olmuşdur. Ölkənin əhalisinin vəziyyəti ağırlaşmış, yoxsulluğun səviyyəsi yüksəlmiş, bu göstərici ölkə əhalisinin yarısını əhatə etmiş, iri müəssisələr bağlanmış, bir çoxları isə istehsal güclərinin minimum səviyyəsində işləmiş, işsizlik artmış, çoxlu sayda yüksək ixtisaslı peşəkar işçi qüvvəsi və mütəxəssislər ixtisara düşmüş, yaxud uzunmüddətli ödənişsiz məzuniyyətlərə çıxmalı olmuşlar və s.
II mərhələ - 1996-2004-cü illər - Bu dövrdə artıq ölkədə milli neft strategiyasının reallaşdırılması prosesləri başlamış, siyasi və iqtisadi sabitlmk əldə edilmişdir. Xüsusilə iqtisadi islahatlara başlanılması, torpaq islahatlarının gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi sektorlarının fəaliyyətlərinin bərpası, yenidənqurulması və canlanması bu istiqamətdə mühüm tədbirlər kimi yadda qalmışdır. Bununla yanaşı, həmin dövrdə iqtisadi inkişaf, iqtisadi islahatlar, xarici ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi proseslərinin effektivli və səmərəli təşkili üçün mühüm qanunvericilik bazası yaradılmış, zəruri qanunlar, normativ aktlar qəbul edilmişdir. Həmin dövrdə ölkə iqtisadiyatının nizamlanması prosesləri təkmilləşdirilmiş, struktur dəyişiklikləri aparılmış, xarici ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi təmin edilmiş, milli valyutanın kursu sabitləşdirilmiş və iqtisadi inkişafın digər mühüm aspektləri təmin olunmuşdur.
III mərhələ - 2004-cü ildən başlayaraq müasir dövrə kimi - Bu dövr artıq Azərbaycanın iqtisadi inkişafında və xarici ticarət-iqtisadi əlaqələrində yüksəliş və sürətli inkişaf dövrü kimi xarakterizə olunur. Bir-birinin ardınca iri sənaye müəssisələri, infrastruktur obyektləri istifadəyə verilmiş, neft strategiyasının uğurlu nəticələri bütövlükdə ölkə iqtisadiyyatının lokomotivinə çevrilmiş, ölkədə iqtitsadi artım təmin olunmuşdur.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin