7.4. Azərbaycanda xarici ticarət-iqtisadi əlaqələrin müasir vəziyyəti.
Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələri ilə biz əvvəldə tanış olmuşduq. Qeyd etmək lazımdır ki, bu mühüm makroiqtisadi sahədə ölkəmizin xarici ticarət-iqtisadi siyasəti ildən-ilə təkmilləşməkdə davam edir və əsas məqsəd xarici ticarət dövriyyəsiin diversifikasiya edilməsi və ixrac yönümlü rəqabət qabiliyyətli məhsulların istehsalının artırılmasıdır.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra iqtisadi inkişaf üzrə milli iqtisadi modeli çərçivəsində bir sıra strateji vəzifələrlə yanaşı, dünya iqğtisadi inteqrasiya proseslərində fəal iştirakından və Beynəlxalq əmək bölgüsü prinsiplərindən yararlanaraq ölkənin milli maraqlarına uyğun təbii və milli resurslardan səmərəli istifadəni təmin etməli idi. Azərbaycan - Beynəlxalq əmək bölgüsündə xarici ticarət, elmi-texniki, kapitalın cəlb edilməsi, ucuz işçi güvvəsindən (əmək ehtiyyatlarından) effektivli istifadə etmə kimi amillərdən istifadə etməklə və dünya ölkələrinin bu sahələrdə təcrübələrindən yararlanmaqla ölkənin iqtisadi inkişafına əlavə stimullar verməklə, rəqabət qabiliyyətli ixrac təyinatlı elm və kapital tutumlu məhsullar istehsal edilməsini, qeyri-neft sektorunun sürətli inkişafını təmin edə bilər. Məsələn, dünya ölkələrinin inkişaf proseslərində Sinqapur, Türkiyə, Cənubi Koreya, Çin, Tayvan, Honkonq, Tailand, Malayziya kimi ölkələr bu amillərdən effektivli istifadə etməklə əsaslı iqtisadi inkişafa nail ola bilmişlər.
Qeyd etmək lazımdır ki, Azərbaycanın bir çox dünya dövlətləri ilə strateji və məhsuldar xarici-iqtisadi əlaqələri, iqtisadi əməkdaşlıq sazişləri və beynəlxalq əməkdaşlıq müqavilələri vardır. Bu tip ölkələrə - ABŞ, Türkiyə, İtaliya, Almaniya, Böyük Britaniya, Rusiya, Çin, Ukrayna, Qazaxıstan, Rumıniya, Polşa, Pribaltika ölkələri, Səudiyyə Ərəbistanı, Niderland, Yaponiya, Cənubi Koreya, İran, Gürcüstan, Moldova və digərləri daxildir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra özünün milli maraqlarını əks etdirən inteqrasiya siyasəti formalaşdırmalı olmuşdur. Azərbaycanın inteqrasiya siyasətində aşağıdaki amillər yer almışdır:
xarici ticarət əməliyyatlarının səmərəliliyinin artırılması;
beynəlxalq ticarət-iqtisadi, investisiya əlaqələrinin genişləndirilməsi və bu siyasətlə məşğul olan beynəlxalq qurum və təşkilatların işində ölkənin milli maraqlarını qorumaq istəyi;
ölkənin təbii ehtiyyatlarından və milli resurslarından istifadə edilməsində beynəlxalq münasibətlərinin təkmilləşdirilməsi;
dünya təsərrüfat sistemində və kooperasiya əlaqələrində Azərbaycanın fəal iştirakının təmin edilməsi və s.
Dostları ilə paylaş: |