Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


İqtisadiyyatın beynəlmilləşməsi və qloballaşması məsələləri



Yüklə 0,68 Mb.
səhifə61/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

9.2. İqtisadiyyatın beynəlmilləşməsi və qloballaşması məsələləri.


İqtisadiyyatın qloballaşması - dedikdə, əsasən mal, investisiya, kredit, informasiya resurslarının insan və ideyalar mübadiləsi, bu amillərin coğrafiyasının genişlənməsi başa düşülür. Bu proseslərin sürətli inkişafı dünya ölkələrinin hüdudların aşdığından milli iqtisadiyyatların bir-biri ilə bağlılığını şərtləndirir. Belə ki, güclü qloballaşma nəticəsində milli iqtisadiyyatın mühüm elementlərindən olan - milli istehsalçılar, istehlakçılar, maliyyə-bank institutları birbaşa ümumi dünya iqtisadi məkanına inteqrasiya edirlər və nəticədə milli istehsal subyektləri xarici-iqtisadi əlaqələrini genişləndirir, kooperasiya proseslərinə qoşulur və sair. Bundan əlavə, dünya iqtisadi sisteminə birbişa inteqrasiya milli iqtisadiyyat sektorlarında rəqabət mühitinə ciddi təsir edir və milli istehsalçıların xarici partnyorları ilə bərabər səviyyədə rəqabət aparması üçün əlavə tədbirlərin görülməsinə stimul verir. Beləliklə, rəqabət və qarşılıqlı tənzimləmə proseslərinin bir ölkənin iqtisadiyyatı hüdudlarından geniş dünya iqtisadiyyatı məkana qovuşduğundan dünya iqtisadiyyatının «beynəlmilləşməsi» və «qloballaşması» prosesləri sürətlənir.
«Beynəlmilləşmə» prosesində - milli dövlət və avtonom milli iqtisadiyyat statusları əsasən qorunmaqla, ayrı-ayrı milli iqtisadiyyatlarının qarşılıqlı asılılığı güclənir.
«Qloballaşma» prosesində isə - milli iqtisadiyyatlar dünya iqtisadi siteminin tərkib hissəsinə çevrilir, başqa sözlə, qloballaşmış iqtisadiyyat formalaşır. Bu halda milli iqtisadiyyatının fəaliyyəti milli-dövlət çərçivəsindən kənara çıxır, ayrı-ayrı dövlətlərin iqtisadi inkişaf problemləri qlobal səviyyəyə qaldırılır, dünya iqtisadi sisteminin sabitliyini qorunması üçün müxtəlif dövlətlərin milli iqtisadi siyasətlərinin ümumdünya kontekstində koordinasiya edilməsi zərurəti aktuallaşır və s.
Qloballaşmanın əsas tendensiyaları:
 transmilli beynəlxalq kompaniyaların qlobal kompaniyalara çevrilməsi;
 yüksək texnoloji proseslərin işlənib hazırlanması, elmi-tətqiqat işlərinin aparılması üçün elmtutumlu qlobal sahələrin inkişafını şərtləndirən amillərin qloballıq xüsusiyyətləri ilə üst-üstə düşməsi;
 qloballaşma elementlərinin və strategiyasının bu mühitin bütün iştirakçıları üçün dəqiq və eyni prizmadan olması anlayışının mütləqliyi;
 informasiya, qeydiyyat, normativ sənədlərin eyniləşdirilməsi və uyğunlaşdırılması;
 mühüm strateji vəzifələrin öhdəsindən birlikdə gəlmək üçün geniş aspektdə informasiya mübadiləsi;
 qanunvericilik aktlarının uyğynlaşdırılması və eynilləşdirilməsi;
 yeni müasir texnologiyaların işlənib hazırlanması, kapital, elm, investisiya tutumlu qlobal layihələri gerçəkləşdirilməsi;
 investsiya və kapital axınının sürətləndirilməsi, dünya bazarı yeniliklərinin yaradılması və s.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin