Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Azərbaycanın iqtisadi təhlükəsizlik diplomatiyası



Yüklə 0,68 Mb.
səhifə58/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

8.4. Azərbaycanın iqtisadi təhlükəsizlik diplomatiyası

Hər bir ölkənin milli iqtisadi maraqların qorunması onun iqtisadi diplomatiyasının xüsusiyyətlərində öz əksini tapır. Ölkənin iqtisadi təhlükəsizliyin qorunması ölkə vətəndaşlarının həyatı və inkişafı, cəmiyyətin sosial-iqtisadi və hərbi-siyasi sabitliyi, daxili və xarici təhlükələrin qarşısının alınması, dövlət və cəmiyyət arasında möhkəm inamın formalaşması ilə xarakterizə olunur. Bu baxımdan ölkənin milli iqtisadi təhlükəsizlik diplomatiyası siyasəti formalaşdırılarkən bu amillər mütləq nəzərə alınmalıdır.


Milli iqtisadi təhlükəsizliyin prioritet sahələrinə iqtisadi inkişaf proseslərinin gücləndirilməsi, dünya iqtisadi proseslərində ölkənin layiqincə təmsil olunması, milli adət-ənənələrə, sahibkarlık xüsusiyyətlərinə hörmətlə yanaşmaqla bərabər, beynəlxalq səviyyədə beynəlxalq iqtisadi əlaqələrin xarici-ticarət fəaliyyətinin genişləndirilməsi, sərbəst ticarətin inkişafı, daxili və xarici investisiyalardan ölkənin iqtisadi inkişaf modelinin dünya iqtisadiyyatının effektivli tərkib hissəsinə çevrilməsinin təmin edilməsi və sairlər aiddir.
İqtisadi təhlükəsizlik diplomatiyasında - milli, beynəlxalq və dünya iqtisadi inkişaf proseslərində ölkənin milli maraqlarının qorunması, onun davamlı və sürətli inkişafı, milli maraqlara cavab verən xarici ticarət və beynəlxalq iqtisadi əməkdaşlıq siyasətinin formalaşdırılması, bazar münasibətlərinin genişləndirilməsi, onyn cəmiyyətə və əhali qruplarına göstərdiyi mənfi təsirlərin aradan qaldırılması üçün prioritet vəzifələrin, Dövlət Proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi, birbaşa xarici investisiyaların ölkəyə gətirilməsinin intensivləşdirilməsi, xarici-iqtisadi əlaqələr iştirakçılarının effektivli fəaliyyətinə kömək göstərilməsi, milli iqtisadiyytın modernləşdirilməsi və innovasiya tipli iqtisadiyyata keçilməsi tədbirlərinin sürətləndirilməsi və sair mühüm strateji vəzifələr reallaşdırılır.
Digər tərəfdən, ölkənin müxtəlif mühüm iqtisadi strukturları vasitəsilə bir sıra strateji iqtisadi təhlükəsizlik tədbirləri həyata keçirilir. Məsələn, Azərbaycanda iqtisadi təhlükəsizliyin təmin edilməsi üçün bir sıra sistemli iqtisadi diplomatiya tədbirləri ilə yanaşı gömrük orqanları vasitəsi ilə ölkənin siyasi, müdafiə qabiliyyətinin və inkişafının artırılması, xarici və daxili təhlükələrdən qorunması, iqtisadi maraqlarının təmin edilməsi üçün balanslaşdırılmış gömrük siyasəti həyata keçirilir:
 proteksionizm;
yumşaq proteksionizm;
 yumşaq sərbəst ticarət;
 sərbəst ticarət və s.
Bu siyasi və iqtisadi proseslərin effektivli təşkili ölkənin iqtisadi inkişafının sürətlənməsinə, milli valyutanın sabitliyinə, pul-kredit sisteminin inkişafına istehsalın artımına, ixrac yönümlü məhsulların istehsalının genişləndirilməsinə müsbət təsir göstərir.
Qeyd etmək lazımdır ki, ölkənin iqtisadi təhlükəsizliyi və effektivli iqtisadi diplomatiyası bütövlükdə ölkənin təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir və cəmiyyətin bütün sahələrinin, o cümlədən vətəndaş birliklərinin, siyasi və ictimai qruplarının, ölkənin sürətli və dinamik inkişafına əlavə stimullar verir.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin