9.3. Azərbaycanın dünya investisiya sisteminə inteqrasiyası etməsi prosesləri.
9.4. Müasir investisiya siyasəti və xarici investisiyaların yatırılmasının əsas prinsipləri.
9.5. Xarici investisiyaların quruluşunda beynəlxalq sazişlər və razılaşmalar.
9.6. Dünya iqtisadi sistemində regional inteqrasiya proseslərinin əsas istiqamətləri.
9.7. Müasir dünya iqtisadiyyatında iri regional qurumlar və onların iqtisadi diplomatiyası.
9.8. Postsovet ölkələrinin bazar iqtisadiyyatı şəraitində regional iqtisadi əməkdaşlıq diplomatiyası.
9.9. Azərbaycanın regional iqtisadi diplomatiyası.
9.1. Milli maraqların formalaşması prosesləri dünya sivilzasiyası kontekstində
Milli maraqların formalaşması prosesləri və onun mühüm standartları bazar iqtisadiyyatı prinsiplərinin inkişafı ilə bilavasitə bağlıdır. Bazar iqtisadiyyatı - inkişafın iki mühüm amilini - dağıtmaq və yaratmaq - standartlarını özündə birləşdirmişdir. Məlumdur ki, bazar iqtisadiyyatı prinsiplərinin təsiri altında milli iqtisadiyyatların və dünya iqtisadi proseslərinin formalaşmasında, onların inkişaf etməsində, effektivsiz iqtisadi sahələrin dağıdılmasında, səmərəli iqtisadi sektorların yaradılmasında mühüm proseslər baş verir. Bu prosesləri milli maraqlarına üyğün tənzimləyə bilməyən ölkələrdə ağır fəsadlar əmələ gəlir, ölkə iqtisadiyyatı dağılır, yerli istehsal sıradın çıxır, əhalinin həyat səviyyəsi pisləşir, yoxsulluq artır və s. Bununla bağlı hər bir ölkənin siyasətində bu məsələlər kompleks baxılmalı, iqtisadi maraqlar nəzərə almaqla iqtisadi siyasət formalaşmalıdır. Mili maraqların formalaşması proseslərini və mühüm standartlarını aşağıdaki kimi xarakterizə etmək olar:
ölkənin balanslaşdırılmış iqtisadi siyasətinin müəyyənləşdirilməsi və iqtisadi diplomatiyasının formalaşdırılması;
ölkənin təbii ehtiyyatlarından, milli sərvətlərindən, istehsal potensialından effektivli istifadənin təmin edilməsi, davamlı iqtisadi inkişafın stimullaşdırılması;
sosial-iqtisadi problemlərin, xüsusilə əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, yoxsulluğun azadılması, işsizliyin həll edilməsi və s. mühüm məsələlər üzrə dövlət Proqramlarının qəbul edilməsinin icrası və onların uzun müddətli strateji Proqramlara çevrilməsi;
milli istehsal sahələrinin inkişaf etdirilməsi, kiçik, orta biznesin (sahibkarlığın) stimullaşdırılması, milli iqtisadi sektorların dayanıqlı inkişafının təminatı üçün diversifikasiyalaşdırılması, ölkədə mövcud infrastruktur, sənaye, istehsal, emal komplekslərinin modernizasiya edilməsi və yeniləşdirilməsi;
ölkənin milli iqtisadi inkişaf modelinin proritet istiqamətlərinin müəyyənləşdirilməsi, beynəlxalq əmək bölgüsü prosesləri nəzərə alınmaqla, qeyri-səmərəsiz istehsal sahələrində və iqtisadi sektorlardan imtina ediləməsi, milli maraqlara cavab verən prioritet iqtisadi sektorların yaradılması;
ölkədə biznes mühitinin yaxşılaşdırılması, beynəlxalq biznesinə və investorların ölkəyə gəlməsinin sürətləndirilməsi;
müasir texnologiyaların, innovasiya elementlərinin iqtisadi sferaya və cəmiyyətin digər sahələrinə tətbiginin təşkili və s.
Dostları ilə paylaş: |