9.9. Azərbaycanın regional iqtisadi diplomatiyası
İqtisadiyyatı, ərazisi və əhalisinə görə Azərbaycan Cənubi Qafqazın ən iri ölkəsidir. Ölkənin Xəzər dənizinə geniş çıxışı vardır və bu dənizin 780 km sahili Azərbaycan ərazisinə düşür. Azərbaycanın qonşu ölkələri Rusiya, İran, Gürcüstan, Ermənistan və Türkiyədir. Ölkənin ərazisi 86,6 min km2, əhalisi 9 mln. nəfərə yaxındır. Ölkə prezident respublikasıdır, ölkədə Nazirlər Kabineti və Milli Məclis fəaliyyət gbstərir.
Azərbaycanda zəngin təbii ehtiyatlar vardır. Ölkədə neft, təbii qaz, dəmir filizi, əlvan metallar, alüminium ehtiyyatları vardır. Ölkənin əsas sənaye sahələri neft-qaz çıxarılması və neft emalı, kimya istehsalı, maşınqayırma, metallurgiya və sairdir. Kənd təsərrüfatında əsas sahələr kənd təsərrüfat məhsullarının yetişdirilməsi və emalıdır (pambıqçılıq, tərəvəz, meyvələr, tütün, maldarlıq, çay və s.).
Son illərdə Azərbaycan bir sıra beynəlxaln neft-qaz kəmərlərinin inşasının əsas iştirakçısı və təşəbbüskarı olmuşdur. Bunlara Bakı - Tbilisi - Ceyhan, Bakı - Tbilisi - Ərzurum göstərmək olar. Ölkədə hasilat sənayesi ilə yanaşı emal sənayesi xüsusilə, özəl sektor, sahibkarlıq subyektlərinin inkişafı son illərdə xeyli sürətlənmişdir. Hazırda ÜDM-da özəl sektorunun payı 80%-dən çoxdur.
Ölkənin sosial-iqtisadi inkişafı, geri qalmış ərazilərin, regionların dirçəldilməsi, ayrı-ayrı iqtisadiyyat sahələrinin sürətləndirilməsi, sosial və ictimai sahələrin inkişafı ilə bağlı onlarla uzunmüddətli Dövlət proqramları qəbul edilmiş və icra olunmaqdadır. 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramı məhsuldarlıqda icra edilmiş və hazırda 2009-2013-cü illəri əhatə edən II Dövlət Proqramı icra edilməkdədir.
Hazırda Azərbaycan bir çox beynəlxalq qurumlarda və regional təşkilatlarda uğurlu iqtisadi diplomatiya aparır. Belə ki, Azərbaycan Avropada enerji təhlükəsizliyinin təmin edilməsində gedən proseslərin əsas iştirakçılarından birinə çevrilə bilmişdir. Son vaxtlarda artıq bir neçə Avropa ölkələrinə (Bolqarıstan, Yunanıstan, Rumıniya) yaxın illərdə Azərbaycan qazının çatacağı perspektivləri müzakirə edilmişdir. Belə ki, yaxın illərdə Azərbaycanda illik qaz hasilatı 30-35 mlrd. km3-ə çatacağı gözlənilir və neft-qaz sahəsinə 20 mrld. dollar həcmində investisiya qoyulacağı proqnozlaşdırılır. Digər tərəfdən, Azərbaycan regtonal inteqrasitya qurumlarının iştirakından ölkənin imicinin artırılmasına, rəqabət qabiliyyətinin gücləndirilməsinə, iqtisadi inkişafın yüksəlməsinə yönəldilmiş tədbirlərdə beynəlxalq aləmdə ölkənin üçün iqtisadi diplomatiya səylərini artırmaqdadır.
Dostları ilə paylaş: |