9.6. Dünya iqtisadi sistemində regional inteqrasiya proseslərinin əsas istiqamətləri
XX əsrin sonuncu onilliyi inteqrasiya proseslərinin sürətlənməsi və dərinləşməsi ilə diqqəti cəlb edir. Bu dövrdə bir çox regional inteqrasiya qurumları yaranmışdır (APEK, MERKOSUR, NAFTA, MDB və s.). Bu beynəlxalq inteqrasiya qurumlarının çoxu siyasi motivlərlə yaradılsa da, bu qurumların fəaliyyətində çoxlu sayda iqtisadi fəaliyyət vardır. Qeyd etmək lazımdır ki, inteqrasiya prosesləri qısa müddət ərzində beynəlxalq ticarət və investisiya proseslərinin sürətlənməsinə təkan verir. Perspektivdə isə geniş bazarların yaranmasına, resursların effektivli bölünməsinə, rəqabətin artmasına və sürətli inteqrasiyaya qoşulan ölkələrin iqtisadi artımlarının yüksəlməsinə səbəb olur. İqtisadi inteqrasiya və regional inteqrasiya proseslərində aşağıdaki amillər xüsusi əhəmiyyət kəsb edir:
İqtisadi inteqrasiya birbaşa xarici investisiyalarının cəlb edilməsinə müsbət təsir göstərir;
Müəyyən regionda qarşılıqlı investisiya fəaliyyətinin genişlənməsinə imkan verir;
Əsaslı kapital qoyuluşunun artmasını, təsərrüfat - kooperasiya əlaqələrinin genişlənməsini sürətləndirir;
Region ölkələri arasında ticarət baryerlərini azaldır, idxal-ixrac əməliyyatlarının həcmini artırır;
Elmi-texniki yeniliklərin və müasir texnologiyaların tətbiqini sürətləndirir, bütövlükdə regional qrupa daxil olan ölkənin iqtisadi inkişafını artırır.
Bundan əlavə regional inteqrasiya qurumu daxilində xarici investorlar üçün milli iqtisadi rejim yaxşılaşır və milli investorlarla yanaşı xarici investorların fəaliyyəti stimullaşdırılır. Beləliklə, bu amillər nəticəsində regionda iqtisadi inkişaf prosesləri davamlı olur, milli iqtisadiyyatlar beynəlmilləşir və dünya təsərrüfat sistemində bu ölkələrin rəqabət qabiliyyəti güclənir.
9.7. Müasir dünya iqtisadiyyatında iri regional qurumlar və onların iqtisadi diplomatiyası.
Regional inteqrasiya qurumları bir qrup ölkənin üzv olduğu beynəlxalq təşktlatdır.
XX əsrin 90-cı illərin ortalarına dünyada 150-dən çox rəsmi və qeyri-rəsmi regional inteqrasiya təşkilatları olmuşdur. Onlardan ən böyügü ASEAN-dır.
ASEAN - Cənub-Şərqi Asiyanın 9 ölkəsini özündə birləşdirən subregional təşkilatdır. Bu təşkilatın əsas məqsədi həmin ölkələrin sərbəst ticarət zonalarının yaradılması və genişləndirilməsidir. ASEANa İndoneziya, Malayziya, Tayland, Sinqapur, Filippin təsisçi kimi daxil olmuşdur. 1984-cü ildə bu qrupa Bruney, 1995-ci ildə Vyetnam, 1997-ci ildə Laos və Myanma, 1999-cu ildə Kamboca daxil olmuşlar. Papua Yeni Qvineya 1989-cu ildən bu təşkilatda müşahidəçi statusu alıb.
ASEAN-da hər il yüksək səviyyədə xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilir və vaxtaşırı ölkə başçılarının sammitləri baş tutur. 1979-cu ildən başlayaraq bu qurumda illik konfraslar keçirilir. Bu qurumun işində ASEAN ölkələri ilə yanaşı ABŞ, Yaponiya, Avstraliya, Yeni Zelancdiya, Kanada, Cənubi Koreya, Rusiya və Çin də iştirak edirlər.
Növbəti iri regional inteqrasiya qurumu APEKdir.
APEK - dövlətlərarası ümumi regional iqtisadi təşkilatdır. Asiya Sakit Okean İqtisadi Şurası adlandırılan bu qurum 2010-cu ilə kimi regionda açıq və sərbəst ticarət, investisiya zonalarının yaradılması, bu zonalara sənaye cəhətdən inkişaf etmiş ölkələrin cəlb edilməsi, analoji zonaların inkişaf etməkdə olan ölkələrdə isə 2020-ci ildə yaradılması nəzərdə tutulmuşdur. Bu qurumun tərkibinə Myanma və Laosdan başqa bütün ASEAN ölkələri, ABŞ, Yaponiya, Kanada, Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya, Honkonq və Çin daxildir. Sonradan bu quruma Rusiya, Meksika, Çili, Papua Yeni Qvineya daxil olmuşdur. Hazırda bu quruma qəbul dayandırılıb.
Digər dövlətlərarası iqtisadi regional qruplara aşağıdakılar daxildir:
Şərgi Asiya İqtisadi Şurası - bu quruma ASEAN ölkələri, Yaponiya, Yeni Zelandiya, Cənubi Koreya, Honkonq və Tayvan daxildir;
Ticarət və İqtisadi İnkişaf üzrə Sakit Okean Konfransı;
Sakit Okean Hövzəsi İqtisadi Şurası;
Sakit Okean İqtisadi Əməkdaşlıq Şurası .
Dünyanın ən böyük sahə və regional inteqrasiya qurumlarından biri Avropa İttifaqıdır.
Dostları ilə paylaş: |