Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


XI FƏSİL MÜASİR DÖVRDƏ AZƏRBAYCANDA



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə167/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   163   164   165   166   167   168   169   170   ...   175
1 Multikulturalizmə giriş 2019

XI FƏSİL
MÜASİR DÖVRDƏ AZƏRBAYCANDA 
MULTİKULTURALİZM
11.1. Azərbaycanda multikulturalizm siyasəti modelinin 
formalaşmasını şərtləndirən obyektiv və subyektiv səbəblər
Əvvəlki fəsildə müxtəlif Qərb ölkələrində etnik–mədəni müxtəlifliyin 
tənzimlənməsi təcrübəsini təhlil edərək biz gördük ki, qeyd olunan müxtəlifliyin 
tənzimlənməsi səmərəlilik baxımından ölkədən-ölkəyə fərqlənir. Bu fərq etnik-
mədəni müxtəlifliyi hətta multikulturalizm siyasəti vasitəsilə tənzimləyən 
ölkələrdə də özünü büruzə verir. Multikulturalizm siyasəti vasitəsilə etnik-
mədəni müxtəlifliyin tənzimlənməsi sahəsində böyük nailliyyətlər əldə edən 
Kanada, Avstraliya və Hollandiya kimi ölkələrin adı ilə bağlı multikulturalizmin 
konkret modelləri formalaşmışdır.
Kanada, Avstraliya, Hollandiya və bir sıra digər ölkələr kimi Azərbaycan 
da cəmiyyətdəki etnik–mədəni müxtəliflikləri multikulturalizm siyasəti 
vasitəsilə səmərəli şəkildə tənzimləyir. Uğurla apardığı bu siyasət nəticəsində 
Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən birinə çevrilmişdir. 
“Azərbaycan multikulturalizmi”, “multikulturalizmin Azərbaycan modeli” 
terminləri siyasi leksikonda geniş istifadə olunmaqdadır. 
Azərbaycanda multikulturalizm siyasətinin əsasını Ümummilli lider 
Heydər Əliyev qoymuşdur. Yeni tarixi şəraitdə bu siyasət ölkə Prezidenti İlham 
Əliyev tərəfindən uğurla aparılır. Bunun əsas göstəricisi kimi cəmiyyət daxilində 
müxtəlif etnik qrupların və dini icmaların inteqrasiya olmalarıdır. Bu, etnik və 
dini zəmində baş verəcək münaqişələrin qarşısını alır.
Azərbaycan multikulturalizminin meydana gəlməsini şərtləndirən 
səbəblər 2 qrupa bölünür: obyektiv və subyektiv səbəblər. Obyektiv səbəblərə 
ilk növbədə 
tarixi və coğrafi faktorlar
daxildir.
Tarixi faktor Azərbaycan multikulturalizminin formalaşmasında mühüm 
rol oynamışdır. Tarixin bütün mərhələrində Azərbaycan çoxmədəniyyətli bir 


MULTİKULTURALİZMƏ GİRİŞ
412
dövlət olmuşdur. Onun ərazisində müxtəlif xalqların nümayəndələri birgə əmin-
amanlıq şəraitində yaşamışlar. Burada məskunlaşmış milli azlıqlar etnik, dini, 
irqi mənsubiyyətlərinə, etnik-mədəni dəyərlərinə görə əhalinin çoxluğunu təşkil 
edən və titul xalq olan Azərbaycan türkləri tərəfindən təqib olunmamış və ayrı-
seçkiliyə məruz qalmamışdır. 
Azərbaycanda multikulturalizmin meydana gəlməsində coğrafi faktorun 
roluna gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan olduqca əlverişli bir coğrafi 
məkanda yerləşir. Bura müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu 
ərazidir. Müxtəlif xalqların tarixi təcrübəsinə əsasən, belə ərazilərdə yerləşən 
ölkələrin xalqları müxtəlif etnik, irqi, dini və mədəni qrupların nümayəndələri 
ilə qarşılaşaraq onlarla iqtisadi-ticarət və mədəni əlaqələrini inkişaf etdirmişlər. 
Bu isə öz növbəsində belə ərazilərdə zəngin multikultural mühitin formalaşması 
üçün əlverişli şərait yaratmışdır. Məlum olduğu kimi, Azərbaycanın ərazisi 
müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. 
Buradan qədim İpək Yolu keçmiş, Azərbaycanın bu əlverişli coğrafi məkanda 
yerləşməsi onun etnik-mədəni müxtəlifliyə malik olan bir cəmiyyət kimi 
formalaşmasında və inkişafında əhəmiyyətli rol oynamışdır.
Beləliklə, mahiyyətcə obyektiv xarakter daşıyan tarixi və coğrafi faktorlar 
Azərbaycan multikulturalizminin meydana gəlməsi və formalaşması prosesində 
həlledici rol oynamışdır. 
Azərbaycan 
multikulturalizminin 
meydana 
gəlməsində 
və 
formalaşmasında qeyd olunan 
obyektiv səbəblərlə
bərabər 
subyektiv səbəblər
də 
mühüm rol oynamışdır. Azərbaycan multikulturalizminin meydana gəlməsinin 
və formalaşmasının subyektiv səbəbləri dedikdə ölkəni idarə edən dövlət 
xadimləri və Azərbaycan xalqı nəzərdə tutulur.
Azərbaycanın tarixinin müxtəlif mərhələrində ölkə başçıları cəmiyyətdəki 
etnik, irqi, dini və mədəni müxtəliflikləri elə tənzimləmişdilər ki, burada etnik 
və dini zəmində ciddi münaqişələr baş verməmişdir. Azərbaycanda multikultural 
mühit ölkənin müstəqil olduğu zamanda daha da güclənmişdir. Məsələn, 
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı dünyanın ən çoxmədəniyyətli 
şəhərlərindən biri olmaqla bərabər burada etnik, dini və mədəni zəmində əhali 
arasında qarşıdurma, münaqişə müşahidə olunmamışdır. Parlamentdə ölkədə 
yaşayan bir neçə xalqın nümayəndələri deputat kimi fəaliyyət göstərirdilər. 
Burada bəzi milli azlıqların siyasi təşkilatları da təmsil olunmuşdur. Bundan 


413
MÜASİR DÖVRDƏ AZƏRBAYCANDA MULTİKULTURALİZM 
başqa, milli azlıqların nümayəndələri hökumətin tərkibində yüksək vəzifələr 
tuturdular. Onlardan bəziləri hətta nazir vəzifəsinə təyin olunmuşdular.
Azərbaycanda əlverişli multikultural mühitin olması tarixin müxtəlif 
mərhələrində təqib olunan xalqların nümayəndələrinin kütləvi şəkildə bura 
köçməsinə səbəb olmuşdur. Hələ təxminən 2600 il bundan əvvəl yəhudilər 
İudeyadan (indiki İsrail) Azərbaycana pənah gətirmişdilər. E.ə. 586-cı ildə 
yeni Babil hökmdarı II Navuhudanosor iudey üsyanını qan içində boğaraq, 
Qüdsü dağıdır və onların baş məbədini yerlə-yeksən edir. Bütün bu hadisələrin 
nəticəsində yəhudilərin böyük əksəriyyəti ölkədən çıxarılır. Onların böyük bir 
hissəsi İsraili tərk edərək Azərbaycana pənah gətirdi. Tarixin sonrakı mərhələrində 
yəhudilərin Azərbaycana köçmələri ilə bağlı Moisey Bekker öz əsərində qeyd 
edir ki, XIX əsrin əvvəllərində Rusiya İmperiyasının qərb quberniyalarından ilk 
aşkenazi yəhudiləri (Avropa yəhudiləri) 1810-cu ildə bura köçməyə başladılar. 
Daha sonra 1864-cü ildə qonşu Gürcüstandan da Azərbaycana yəhudilər gəldilər. 
Şübhəsiz, təqib olunan xalqların Azərbaycanda sığınacaq tapmaları o vaxt burada 
münasib tolerant mühitin olmasından xəbər verirdi. Moisey Bekkerin fikrincə, 
Azərbaycana köçmüş xristian xalqlarının bəzilərində müşahidə olunan antisemit 
stereotiplər Azərbaycanda yerli xalqın yəhudilərə bəslədikləri xoş münasibətin 
təsiri altında yox olurdu. Nəticədə əvvəllər yaşadıqları ölkələrdə antisemit ruhda 
tərbiyə olunan xristian xalqlarının bəzi nümayəndələri ölkəmizə köçəndən bir 
müddət sonra antisemit stereotiplərdən azad olaraq azərbaycanlılar kimi tolerant 
olurdular.
Azərbaycandakı multikultural mühit ölkənin müstəqillik illərində daha 
da yaxşılaşdı. 18 oktyabr 1991-ci ildə Azərbaycanda dövlət müstəqilliyinin 
bərpa olunması, xüsusilə, Ümummilli lider Heydər Əliyevin Azərbaycan 
xalqının istəyi ilə hakimiyyətə gəlişi ölkədə multikultural mühiti əsaslı şəkildə 
yaxşılaşdırdı. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının 
nəticəsində ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı 
üçün real şərait yaradıldı, etnik-mədəni müxtəlifliyin qorunması istiqamətində 
mühüm işlər görüldü. Müasir dövrdə də Azərbaycan Respublikasının Prezidenti 
İlham Əliyev multikulturalizm siyasətini uğurla həyata keçirir.
Azərbaycan multikulturalizminin meydana gəlməsi prosesinin subyektiv 
səbəblərindən, bu prosesdə subyektiv faktorun rolundan danışarkən Azərbaycan 
xalqının rolunu da qeyd etmək vacibdir. Məlum olduğu kimi, Azərbaycan 


MULTİKULTURALİZMƏ GİRİŞ
414
xalqının qonaqpərvərliyi, başqa xalqların, etnik qrupların, dini icmaların 
nümayəndələrinə tolerant münasibəti onun milli xüsusiyyətlərindəndir. 
Yuxarıda qeyd olunduğu kimi, tarixin bütün mərhələlərində Azərbaycan 
ərazisində məskunlaşmış milli azlıqlar etnik, dini, irqi mənsubiyyətlərinə, 
etnik-mədəni dəyərlərinə görə ölkənin avtoxton əhalisi olan Azərbaycan 
türkləri tərəfindən təqib olunmamış və ayrı-seçkiliyə məruz qalmamışdır. Bu, 
multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olmasından xəbər verir. 
Multikulturalizmin xalqın həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək 
mərhələsini təşkil edir.
Azərbaycanda digər ölkələrdə olduğu kimi bir sosial hadisə kimi meydana 
gələn multikulturalizm özünün sonrakı inkişaf mərhələrində dövlət siyasəti 
müstəvisinə yerləşdirilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası 
multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Bu 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin