Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə163/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   159   160   161   162   163   164   165   166   ...   175
1 Multikulturalizmə giriş 2019

“İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 
Beynəlxalq Konvensiya”
irqi ayrı-seçkiliyin bütün mümkün formalarının, 
o cümlədən etnik və dini ayrı-seçkiliyin, cəmiyyətin sosial-iqtisadi, mədəni 
inkişafını ciddi şəkildə məhdudlaşdıran amillər olaraq aradan qaldırılmasının 
zəruriliyini göstərir.
BMT-nın Baş Assambleyası tərəfindən 25 noyabr 1981-ci ildə qəbul 
olunmuş 
“Dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkiliyin bütün 
formalarının ləğv edilməsi
haqqında Bəyannamə”
din və əqidə azadlığının 
təmin olunması və qorunub saxlanılmasına, dözümlülüyün və qarşılıqlı hörmətin 
bərqərar olmasına, eləcə də ayrı-seçkiliyin ləğv olunmasına yönəlmiş beynəlxalq 
sənəddir. Bu sənədi BMT-nın Baş Assambleyası tərəfindən 20 dekabr 1993-cü 
ildə qəbul olunmuş 
“Dini dözümsüzlüyün bütün formalarının ləğv edilməsi 
haqqında Qətnamədən
” fərqləndirmək lazımdır. 1993-cü il Qətnaməsi 1981-ci 
il Bəyannaməsini bir daha təsdiq olunması baxımından əhəmiyyət daşıyır və hər 
bir şəxsin fikir, vicdan, ifadə və din azadlığına malik olduğunu tanıyır, əqidəyə 


MULTİKULTURALİZMƏ GİRİŞ
396
görə dözümsüzlük və zorakılıq hallarının, habelə qadınlara qarşı diskriminasiya 
hallarının qarşısının alınmasına yönəlmişdir.
Multikulturalizm siyasəti ilə bağlı digər mühüm bir sənəd BMT-nın Baş 
Assambleyası tərəfindən 18 dekabr 1992-ci ildə qəbul olunmuş 
“Milli yaxud 
etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında Bəyannamə”ni
xüsusilə ilə qeyd etmək lazımdır. Bəyannamə yuxarıda adı çəkilən qruplara 
mənsub insanların etnik-mədəni dəyərlərinin qorunmasının vacibliyini göstərir.
Multikulturalizm və tolerantlıqla bağlı Avropa Şurası tərəfindən də bir sıra 
mühüm sənədlər qəbul edilmişdir. 4 noyabr 1950-ci ildə qəbul olunmuş 
“İnsan 
hüquqları və əsas azadlıqların müdafiəsi Konvensiyası”
birbaşa bu siyasətlə 
bağlı olan sənəd olmasa da, onun bir çox müddəaları multikultural cəmiyyətin 
mövcud ola bilməsi üçün fundamental hüquqları özündə əks etdirir. Misal 
üçün Konvensiyanın 9-cu maddəsini (“
Fikir, vicdan və din azadlığı”
), 14-cü 
maddəsini (“
Ayrı-seçkiliyin qadağan olunması”
) göstərmək olar.
Avropa Şurası tərəfindən 1 fevral 1995-ci ildə qəbul olunmuş 
“Milli 
azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası”
da bu qəbildən olan 
mühüm sənədlər sırasındadır. Çərçivə Konvensiyası milli azlıqların hüquqlarının 
müdafiəsinə yönəlmiş ilk beynəlxalq müqavilədir və özündə sırf milli azlıqlara 
şamil olunan qarant hüquqları müəyyən edir. Misal üçün öz dilində danışmaq 
hüququ, eyni etnik-mədəni, dil və din identikliyinə aid şəxslərlə sərbəst ünsiyyət 
qurmaq hüququ və s..
“Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası”
nın qəbul 
edilməsində əsas məqsəd milli azlıqlar ilə titul xalq arasında həqiqi bərabərliyə 
nail olmaq, ərazi bütövlüyü və milli suverenlik prinsiplərini rəhbər tutmaqla, 
milli fərdiliyi qorumaq və inkişaf etdirməyə imkan verən şərait yaratmaqdır. 
Bu qədər həssas bir sahədə mürəkkəb hüquqi və siyasi maneələr olduğundan 
Çərçivə Konvensiyası milli azlıq konsepsiyasına dəqiq anlayış verməmiş, ancaq 
aşağıdakı kriteriyaları irəli sürmüşdür. Belə kriteriyalardan din, dil, ənənələr və 
mədəni irsi göstərmək olar. 
Çərçivə Konvensiyası dövlətlərin üzərinə milli azlıqlar siyasəti ilə bağlı 
bir çox öhdəliklər göymasına baxmayaraq, onun hər hansısa bir müddəası 
dövlətin ərazi bütövlüyü və siyasi müstəqillik prinsiplərinə zidd şəkildə şərh 
oluna bilməz.
Avropa Şurasının Nazirlər Komitəsinin 5 noyabr 1992-ci il tarixində 478-


MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ 
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
397
ci iclasında konvensiya qismində qəbul olunmuş 
“Regional və ya Azlıqların 
Dilləri üzrə Avropa Xartiyası” 
milli azlıqların dil hüquqlarının qorunmasına 
yönəlmiş bir sənəddir. Lakin VIII fəslin əvvəlində qeyd olunduğu kimi, Avropa 
Şurasının bir neçə ölkəsi bu sənəddə olan müəyyən müddəaların onların milli 
maraqlarına uyğun gəlmədiyinə görə haqlı olaraq indiyədək onu ratifikasiya 
etməmişdir. 
Multikultural cəmiyyətin formalaşması və onun qorunub saxlanması 
istiqamətində UNESKO tərəfindən qəbul olunmuş üç mühüm sənədi də qeyd 
etmək lazımdır: 16 noyabr 1995-ci ildə qəbul olunmuş 
“Tolerantlıq prinsipləri 
haqqında Bəyannamə”
, 2 noyabr 2001-ci ildə qəbul olunmuş 
“Mədəni müxtəliflik 
haqqında ümumdünya Bəyannaməsi” 
və 20 oktyabr 2005-ci ildə qəbul olunmuş 
“Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya”
.
“Tolerantlıq prinsipləri haqqında Bəyannamənin
” 1-ci maddəsində 
tolerantlığa belə bir tərifi verilmişdir. 
“Tolerantlıq dünyamızın mədəniyyətlərinin 
zəngin müxtəlifliyinə hörmət, bu müxtəlifliyin qəbul olunması və 
dəyərləndirilməsidir. Tolerantlıq- müxtəliflikdə harmoniyadır”.
Tolerantlıq yalnız mənəvi öhdəlik deyil, eyni zamanda hüquqi bir 
məcburiyyətdir. Bu Bəyannaməyə əsasən, hər il 16 noyabr tarixi bütün dünyada 
“Dünya Tolerantlıq Günü” kimi qeyd olunur.
“Mədəni müxtəliflik haqqında ümumdünya Bəyannaməsi” 
mədəni 
müxtəliflik və qarşılıqlı dialoq haqqında yeni anlayışları özündə birləşdirən 20 
maddədən ibarət mühüm və ümumbəşəri bir sənəd hesab olunur. Bəyannamənin 
“Mədəni müxtəliflik, bəşəriyyətin ümumi irsi” adlı 1-ci maddəsində mədəni 
müxtəlifliyin əhəmiyyətinə dair deyilir: 
“Mübadilənin, innovasiyanın və 
yaradıcılığın mənbəyi olan mədəni müxtəliflik təbiət üçün biomüxtəlifliyin 
zəruri olduğu kimi bəşəriyyət üçün zəruridir. Buna görə də mədəni müxtəliflik 
bəşəriyyətin ümumi irsidir və o, indiki və gələcək nəsillərin rifahı naminə 
tanınmalı və təsdiq olunmalıdır”

Bəyannamənin 3-cü bəndində isə qeyd olunur: 

Mədəni müxtəlifliyin qorunması - insanın şərəf və ləyaqətinə hörmət olunması 
baxımından bir məcburiyyətdir”
. Bu Bəyannamədən irəli gələrək hər il BMT 
Baş Assambleyasının 2002-ci il 20 dekabr 57/249 saylı Qətnaməsinə əsasən 21 
may “Beynəlxalq Mədəni Müxtəliflik Günü” kimi qeyd olunur.
“Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 
Konvensiya”
ya əsasən, mədəni özünüifadə dedikdə, ayrı-ayrı fərdlərin, 


MULTİKULTURALİZMƏ GİRİŞ
398
qrupların və cəmiyyətlərin yaradıcılığının nəticəsi olan və mədəni məzmun 
daşıyan özünüifadə nəzərdə tutulur. Bu Konvensiyanın qəbul edilməsində əsas 
məqsəd mədəniyyətlərarası dialoqu təşviq etməklə müxtəlif mədəniyyətlərin 
inkişaf etməsi və qarşılıqlı şəkildə bir-birinə səmərəli təsir imkanı yaratmaqdır.
Beləliklə, yuxarıda qeyd olunan sənədlər multikulturalizm və tolerant-
lığı təşviq və təbliğ etməklə dünyada dözümsüzlüyün və ayrı-seçkiliyin 
aradan qaldırılmasının zəruriliyini göstərir, etnik-mədəni müxtəlifliyin 
tənzimlənməsində multikulturalizmin səmərəli siyasət olduğunu vurğulayır.


MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ 
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
399

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin