MULTİKULTURALİZMƏ GİRİŞ
422
barışdıran və sakitləşdirən qüvvələrə dəstək göstərməklə mədəniyyətlər arasında
hörmət və qarşılıqlı anlaşmanın qurulması;
4. Mədəniyyətin, mədəni irsin və incəsənətin imkanlarını müəyyən
etməklə, onların potensialının mədəniyyətlərarası dialoqun və əməkdaşlığın
həyata keçirilməsində
daha səmərəli istifadəsi;
5. Mədəni və bədii fəaliyyətlərin dəstəkləməsi; qarşılıqlı anlaşma və
dialoqun qurulması prosesində yaradıcılıq və incəsənət adamların təkan verici
qüvvə kimi tanınması;
6. Üzv ölkələr və vətəndaş cəmiyyətinin cəlb olunması ilə, səlahiyyətli
beynəlxalq və regional təşkilatlar arasında dialoqun inkişaf etdirilməsi.
“Bakı prosesi” əvvəlcə regional təşəbbüs kimi yaranmışdır. 2010-cu ildə
BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edərkən Azərbaycan Respublikası
Prezidenti İlham Əliyev növbəti il Bakıda Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun keçirilməsini elan etdi. Bu hadisə “Bakı prosesi”nin
regional
təşəbbüsdən qlobal hərəkata çevrilməsinə
səbəb oldu.
Azərbaycan Respublikası tərəfindən irəli sürülən “Bakı prosesi”
təşəbbüsünü BMT-nin Baş Katibi Antonio Quterreş yüksək qiymətləndirərək
onu 2008-ci ildən bəri bütün dünyada mədəniyyətlər arasında dialoqun
təşviq olunmasındə mühüm rol oynadığını qeyd etmişdir.
Bundan başqa
Avropa Şurası Baş Katibinin müavini xanım Qabriella Battaini Draqoni “Bakı
prosesi”nin əhəmiyyəti haqqında aşağıdakıları söyləmişdir:
“Bəli, 2008-ci ildə
bu, bir xəyal idisə, indi “Bakı prosesi” bir reallığa çevrilib. “Bakı prosesi” və
mədəniyyətlərarası dialoq forumları bizlərə çox mükəmməl bir fürsət yaratmışdır
ki, bir yerə toplaşıb dünyamızı narahat edən məsələləri müzakirə edək... Cənab
Prezident, Sizə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya üz tutaraq
xahiş edirəm ki, “Bakı prosesi”nin mə
şə
lini heç zaman sönməyə qoymayaq.
Çünki indi dünyanın sülhə, harmoniyaya, birgəyaşayışa daha çox ehtiyacı var”.
Beləliklə, multikulturalizm siyasətinin meydana gəldiyi bir sıra Avropa
dövlətlərinin başçıları bu siyasətin ölkələrində iflasa uğradığını
bəyan etdikləri
bir dövrdə Azərbaycanda multikulturalizm siyasəti cəmiyyətdəki etnik-mədəni
müxtəlifliyin tənzimlənməsində ən mütərəqqi və optimal siyasət modeli kimi
çıxış edir.
423
MÜASİR DÖVRDƏ AZƏRBAYCANDA MULTİKULTURALİZM
Dostları ilə paylaş: