Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


Multikulturalizm siyasətinin həyata keçirilməsində



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə172/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   167   168   169   170   171   172   173   174   175
1 Multikulturalizmə giriş 2019

11.3. Multikulturalizm siyasətinin həyata keçirilməsində 
Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarla 
əməkdaşlığı 
Azərbaycan Respublikası öz müstəqilliyini qazandığı dövrdən bu günədək 
həyata keçirdiyi daxili və xarici siyasəti ilə özünü əhalinin dinc yaşadığı, 
sabitliyin hökm sürdüyü multikultural-çoxmədəniyyətli bir cəmiyyət kimi, eyni 
zamanda regional inkişafa, yüksək səviyyəli əməkdaşlığa və təhlükəsizliyə 
töhfə verən əhəmiyyətli beynəlxalq tərəfdaş kimi təqdim etməyə müvəffəq 
olmuşdur. 
Bu fəslin əvvəlində qeyd olunduğu kimi, Azərbaycan cəmiyyətdəki etnik–
mədəni müxtəlifliyi multikulturalizm siyasəti vasitəsilə tənzimləyərək dünyanın 
əsas multikulturalizm mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda dövlət 
siyasəti səviyyəsində multikulturalizm və tolerantlığın inkişafı qədim dövlətçilik 
tarixinə və milli dəyərlərin, ənənələrin inkişafına əsaslanmaqla, bütün ölkə 
ərazisində yaşayan xalqların qarşılıqlı hörmət və əməkdaşlıq çərçivəsində, öz 
milli-mənəvi dəyərlərinin qorunmasına şərait yaratmaqla təmin olunur. 
Azərbaycan Respublikasının mədəniyyətlərarası dialoqun mərkəzinə 
çevrilməsi təsadüfi xarakter daşımır. Bu gün dünyaya istər multikulturalizm və 
tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni bir Azərbaycan modeli 
formalaşmışdır.
Azərbaycan müsəlman və xristian dünyası arasında körpü rolunu 
oynamaqla tolerantlıq və multikulturalizm sahəsində öz təcrübəsini yaymaq və 
təbliğ etmək, eləcə də bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə 
nüfuzlu beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edir.
Azərbaycanın multikulturalizm siyasətinin həyata keçirilməsi sahəsində 
əməkdaşlıq etdiyi əsas beynəlxalq təşkilatlardan biri BMT-dir. Bu təşkilatla 
ölkəmizin əməkdaşlığı müstəqilliyimizin ilk illərindən başlamışdır. 2 mart 1992-
ci il tarixində Azərbaycan Respublikası BMT-nin üzvlüyünə qəbul edilmiş və 
6 may 1992-ci il tarixində BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır. 
2011-ci ildə isə Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının 2 il 
müddətinə qeyri-daimi üzvü seçilmişdir. BMT ilə əməkdaşlıq çərçivəsində 
Azərbaycan multikulturalizm, dini və mədəni müxtəliflik sahəsində bir sıra 


MULTİKULTURALİZMƏ GİRİŞ
424
mühüm beynəlxalq sənədləri ratifikasiya etmiş və öz daxili qanunvericiliyində 
bu normaları əks etdirmişdir.
BMT-nın Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə qəbul 
olunmuş “İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə”nin əsas prinsipləri 
Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il konstitusiyasında öz əksini 
tapmışdır. Bundan başqa ölkəmiz BMT-nın Baş Assambleyası tərəfindən 21 
dekabr 1965-ci ildə qəbul olunmuş “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv 
edilməsi haqqında Beynəlxalq Konvensiya”sı 31 may 1996-cı ildə qoşulmuş 
və bu beynəlxalq sənədin də mühüm prinsipləri sahəvi qanunvericiliyimizdə 
tam şəkildə öz əksini tapa bilmişdir. Bu mühüm sənədlər arasında eyni 
zamanda BMT-nın Baş Assambleyası tərəfindən 25 noyabr 1981-ci ildə 
qəbul olunmuş “Dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkiliyin 
bütün formalarınin ləğv edilməsi haqqında Bəyannamə»ni də xüsusi olaraq 
qeyd etmək lazımdır lazımdır. “Dini dözümsüzlüyün bütün formalarının ləğv 
edilməsi haqqında” 20 dekabr 1993-cü il Qətnaməsi və “Milli yaxud etnik, dini 
və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında” 18 dekabr 1992-ci il 
Bəyannaməsi Azərbaycan Respublikasının BMT ilə əməkdaşlıq çərçivəsində 
multikulturalizm və tolerantlıq ənənələrinin, dini və mədəni müxtəlifliyin 
qorunması istiqamətində qoşulduğu beynəlxalq sənədlər arasında yer alır.
2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında 
Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi 
barədə qərarına əsasən, 2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər 
Təşkilatının Sivilizasiyalar Alyansının VII qlobal forumu keçirilmişdir. Forumda 
dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq 
təşkilatların, dini konfesiyaların, QHT-lərin nümayəndələri iştirak etmişdir. 
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycanda 
keçirilməsi ölkədə multikulturalizm və tolerantlıq mühitinin yüksək səviyyədə 
olmasının göstəricisidir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq 
olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir.
Azərbaycan Respublikasının sıx əmədaşlıq etdiyi beynəlxalq təşkilatlar 
arasında Avropa Şurasını xüsusi ilə qeyd etmək lazımdır. Ölkəmiz bu quruma 
2001-ci il yanvar ayının 17-də tam hüquqlu üzv kimi qəbul edilmişdir. Bu 
əməkdaşlıq çərçivəsində Azərbaycan multikulturalizm siyasəti ilə bağlı bir 
mühüm sənədə qoşularaq onu ratifikasiya etmiş, həmçinin bir çox mühüm 


425
MÜASİR DÖVRDƏ AZƏRBAYCANDA MULTİKULTURALİZM 
tədbirlərə ev sahibliyi etmişdir. Bu sənəd 1995-ci ilin 1 fevral tarixində 
Avropa Şurasının qəbul etdiyi “Milli azlıqların müdafiəsi haqqında Çərçivə 
Konvensiyası”dır. Azərbaycan bu sənədi 2000-ci il iyun ayının 13-də ratifikasiya 
etmişdir. Göründüyü kimi, ölkəmiz Avropa Şurasına üzv seçilməmişdən əvvəl 
Çərçivə Konvensiyasına qoşulmuşdur.
Azərbaycan Avropa İttifaqının həyata keçirdiyi “Şərq tərəfdaşlığı” 
layihəsi çərçivəsində Avropaya inteqrasiya prosesini uğurla davam etdirir. 
Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün 
burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa 
həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. 
2010-cu ilin aprelində dünyanın 32 ölkəsini təmsil edən 200-dən çox 
nümayəndəsinin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusuna 
həsr olunmuş sammit Bakıda keçirilmişdir. 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin