Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə173/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   167   168   169   170   171   172   173   174   175
1 Multikulturalizmə giriş 2019

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti 
xanım Mehriban Əliyeva Bakıda keçirilən IV Ümumdünya 
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların 
birinci yüksək səviyyəli görüşdə çıxış edərkən.
5 may 2017-ci il.


MULTİKULTURALİZMƏ GİRİŞ
426
Əvvəlki yarımfəsildə qeyd olunduğu kimi, 2011-ci ildən bəri Azərbaycan 
“Bakı prosesi” çərçivəsində bir sıra beynəlxalq forum və konfranslara ev 
sahibliyi etmişdir. Bu tədbirlərin əsas məqsədlərindən biri multikulturalizmin, 
tolerantlığın, eləcə də dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğ və təşviq 
olunması idi. 
İslam dünyasının da ayrılmaz hissəsi olan Azərbaycanın sıx əməkdaşlıq 
etdiyi və müstəqillik əldə etdikdən sonra ilk üzv olduğu beynəlxalq təşkilat İslam 
Əməkdaşlıq Təşkilatıdır (İƏT). Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən 
sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə (o zaman İslam Konfransı 
Təşkilatı adlanırdı.- Red) üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrın 
8-də dövlət və hökumət başçılarının İƏT-in Dakarda keçirilən V konfransında 
tamhüquqlu üzv kimi təşkilata qəbul olunmuşdur. Eyni zamanda Azərbaycan 
İƏT-in müxtəlif strukturları ilə də sıx əməkdalıq edir. Azərbaycan Respublikası 
1991-ci ildən İSESKO-nun üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 
24 noyabr 2006-cı il tarixində İSESKO-nun ilk xanım xoşməramlı səfiri adına 
layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoymuşdur. 
Bu əməkdaşlıq çərçivəsində Azərbaycan həm İslam dünyasının, həm də 
Avropa mədəniyyətinin bir üzvü kimi bir çox mühüm beynəlxalq tədbirlərə ev 
sahibliyi etmiş, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa öz töhfəsini 
vermişdir. 
Azərbaycanda çoxmədəniyyətlilik mühitinin qorunub saxlanılması 
istiqamətində ölkəmizin əməkdaşlıq etdiyi daha bir mühüm beynəlxalq təşkilat 
UNESKO-dur. Azərbaycan 3 iyun 1992-ci il tarixində UNESKO-ya üzv qəbul 
edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 29 sentyabr 2004-cü il 
Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının UNESKO yanında 
Daimi Nümayəndəliyi təsis edilmiş, Azərbaycan Respublikasının Birinci vitse-
prezidenti Mehriban xanım Əliyeva 2004-cü ildən UNESKO-nun xoşməramlı 
səfiri seçilmiş və bununla da Azərbaycanla UNESKO arasında qarşılıqlı əlaqələr ən 
yüksək şəkildə inkişaf etmişdir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan mədəni 
müxtəliflik və tolerantlıqla bağlı üç mühüm sənədə qoşulmuşdur. Bu sənədlər 
“Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Beynəlxalq 
Konvensiya” (20 oktyabr 2005-ci ildə UNESKO-nun 33-cü sessiyasında qəbul 
olunmuş və 18 mart 2007-ci ildə qüvvəyə minmişdir. Azərbaycan Respublikası 


427
MÜASİR DÖVRDƏ AZƏRBAYCANDA MULTİKULTURALİZM 
bu konvensiyaya 26 noyabr 2009-cu ildən qoşulmuşdur), “Dözümlülük Prinsipi 
haqqında Bəyannamə”(16 noyabr 1995-ci ildə qəbul olunmuşdur) və “Mədəni 
müxtəliflik haqqında ümumdünya Bəyannaməsi”dir (2 noyabr 2001-ci ildə 
qəbul olunmuşdur). 
Azərbaycan Respublikasının sıx əmədaşlıq etdiyi daha bir təşkilat ATƏT-
dir. 1992-ci ildə Azərbaycan ATƏT-ə üzv olub ( o zaman ATƏM adlanırdı). 
Milli azlıqlar mövzusunda bu təşkilatla ən mühüm əməkdaşlıq sənədi “Helsinki 
Yekun Aktı”dır. Doğrudur bu sənəd məcburi hüquqi qüvvəyə malik olmasa da, 
ən ali siyasi iradə bəyanatı kimi qəbul edilir. Bu Akta “azlıqların qorunması” 
anlayışı dəqiqliklə qeyd edilib və ölkəmiz “Helsinki Yekun Aktı” ilə öz üzərinə 
götürdüyü bütün öhdəlikləri tam şəkildə icra edir.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, multikulturalizm siyasəti 
çərçivəsində Azərbaycan Respublikası beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq 
edir. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İƏT kimi mötəbər 
təşkilatların tamhüquqlu üzvüdür. Bundan başqa Azərbaycan tolerantlıq və 
multikulturalizm sahəsində təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu 
dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə nüfuzlu təşkilatlarla
o cümlədən UNESKO, İSESKO və digər qurumlarla yaxından əməkdaşlıq 
edir. Beynəlxalq humanitar və mədəni əməkdaşlığın inkişaf etdirilməsi
multikulturalizm siyasətinin həyata keçirilməsi, Azərbaycanın bütün dövlətlərlə 
və beynəlxalq təşkilatlarla qarşılıqlı mədəni əlaqələrinin genişləndirilməsi 
hazırda Azərbaycan dövlətinin əsas prioritetlərindən biri hesab edilir.


MULTİKULTURALİZMƏ GİRİŞ
428

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin