Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə161/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   157   158   159   160   161   162   163   164   ...   175
1 Multikulturalizmə giriş 2019

Bütün dini icmalar qanun qarşısında bərabərdir. Katolisizmdən fərqlənən bütün 


MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ 
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
391
dinlər İtaliya hüququna zidd olmadığı təqdirdə öz nizamnamələri əsasında təşkilat 
qurmaq hüququna malikdir. Onların dövlətlə münasibətləri müvafiq təşkilatlarla 
olan qanunla müəyyən edilmiş müqavilələr əsasında tənzimlənir”
.
Bütün Avropa ölkələrinin dünyəviliyə keçməsinə baxmayaraq, bu təsir 
ölkədən ölkəyə dəyişir. Bu mənada İtaliya istisnadır, çünki silahsız modernləşmə 
ilə üzləşən digər ölkələrdən fərqli olaraq, bu vəziyyət kilsə modernləşdirmə 
strategiyasıdır.
İtaliyada milli dövlətinin yaranmasının və katolikliyin (əhalinin 
əksəriyyətinin dinidir. – Red.) birləşməsindən sonra «ölkəni birləşdirmək 
üçün mümkün olan sement» məhz bu idi. Yeni ölkənin dini etiqadı İtaliyanın 
tarixində və milli kimliyin formalaşmasında həlledici «sözsüz bir qayda» faktı 
rolunu oynadı.
Katolik kilsəsinin imtiyazlı mövqeyi yalnız Konstitusiya və laiqlik 
(dünyəvilik) prinsipi ilə deyil, eyni zamanda katoliklik yalnız bir din deyil
mədəni və milli irsin təməli olan vətəndaşların zehnində də mövcudiyyətini 
qoruyub saxlayır. Bu da İtaliyadakı dini və mədəni dəyərləri Konstitusiyaya 
görə, yəni dünyəvi baxımdan deyil, milli-dini və mədəni-katolik ənənələrinə 
görə qəbul edilir.
Konstitusiyadakı kilsə-dövlət münasibətlərinə əlavə olaraq, konvensiyalar 
xüsusi bir din və dövlət orqanları tərəfindən irəli sürülən və müəyyən bir 
cəmiyyətdə ən böyük dəyəri təmsil edən, başqa bir sözlə, «hökumət üstünlüyü», 
«ictimai bir yaxşılıq» kimi əks olunur.
Hakim kilsənin (katoliklik) çox güclü mövqeyini nəzərə alsaq, bütün 
qeyri-katolik olmayan din və dini qurumların sayı azdır. Katolik kilsəsi demək 
olar ki, bütün əhalini (80% - 90%) əhatə edir. Müxtəlif mənbələrə görə əhalinin 
2% -dən 5%-ə qədər olan hissəsi dini azlıqlara mənsubdur. Yalnız 1980-ci illərin 
ortalarında İtaliya hökumətinin imzaladığı sazişlər az sayda dini azlıqlarla 
imzalanmışdır. Daha iki dini təşkilatla qərarlar qəbul edilsə də, bu öz təsdiqini 
tapmamışdır (Buddistlər və Yəhova şahidləri).
İtaliyadakı immiqrantların ümumi sayı 7.5% təşkil edirdi. Bunların 2.5%-
i qeyri-katolik dini azlıqlara aiddir (2005-2012-ci illər üçün). Son illərdə ölkəyə 
gələn miqrantların böyük əksəriyyətini müsəlmanlar və pravoslavlar təşkil edir. 
Hazırda onların sayı İtaliyada təxminən bir milyon yarımdır. 
Son bir neçə il ərzində qeyri-katolik dindarlıq ideyası gözlənilməz dərəcədə 


MULTİKULTURALİZMƏ GİRİŞ
392
dəyişdi. Bu vəziyyət əslində bəzi dinlərin dinamikası ilə də izah edilə bilər. Belə 
ki, bəzi dinlər öz ardıcıllarını səfərbər etmək qabiliyyətinə malikdirlər ki, bu 
da onlara müvəffəqiyyət qazandırır. Bunlara İslam, Pravoslavlıq və nisbətən 
az dərəcədə Buddizm daxildir. Digər dinlərin dinamikası zəifdir. Onların 
genişlənməyə meylləri güclü deyil. Onlar (yəhudilər, yevangelist kilsələr, 
Yəhova şahidləri və s.) sadəcə öz səviyyələrini qoruyub saxlayırlar. 
İtaliyada kiçik yəhudi icmaları mövcuddur. Onların ən böyüyü əsas 
sinaqoqun olduğu Roma şəhərində yerləşir. Ölkədəki yəhudilərin ümumi sayı 
36 min nəfərə çatır. Onlar arasında bir zamanlar Siciliyadan çıxarılmışların 
qədim əcdadları da vardır. Ən böyük icmalar Roma (15000 nəfər) və Milandadır 
(10000 nəfər). Turin, Florensiya, Leggorn (Livorno), Bolonya, Genoa, Trieste 
və Venesiyada da icmalar vardır. Müasir italyan yəhudilərinin əksəriyyəti sefard 
yəhudiləridir. Onların əcdadları 1492-ci ildə sürgündən sonra İspaniyadan gələn 
yəhudilərdir. İtaliyanın yəhudi əhalisi Şərqi Avropadan olan yəhudi qaçqınların 
sayəsində artıb çoxalmışdır. 1960-cı illərin sonları, 1970-ci illərin əvvəllərində 
təxminən 30 min liviyalı yəhudinin İtaliyaya köçürülməsi və ölkələrindəki 
mövcud şəraitə görə italyan koloniyası yaradıldı. Onların həyat şəraitləri daha 
da pisləşdi.
Rəsmi yəhudi icmasının təşkilatı olan Union delle Communita Ebraiche 
Italiane Roma şəhərində yerləşir. Bu təşkilat bir çox yəhudi cəmiyyətini və 
təşkilatlarını özündə birləşdirir. İtaliyanın demək olar ki, bütün şəhərlərində 
və şəhər ətrafında sinaqoqlar vardır. Lakin onların bəziləri yalnız festival və 
ya böyük bayram günlərində işləyirlər. Yaxın tarixlərdə Habad hərəkatı İtaliya 
yəhudilərinin dini həyatında mühüm bir qüvvəyə çevrilmişdir. 1904-cü ildə 
tikilmiş Roma mərkəzi sinaqoqu İtaliyadakı əsas yəhudi dini icmasının dini 
məkanıdır. Bu, 1986-cı ildə Papanın səfəri sayəsində tarixə düşmüş sinaqoqdur.
İtaliyanın cənubunda dini dəyərlərini qoruyan bəzi etnik icmalar da vardır. 
Yunanlar və rus mühacirləri ilə birlikdə pravoslavlıq son iki əsrdir ki, İtaliyada 
qorunub saxlanılır. Müqəddəs taxtın burada yerləşməsinə baxmayaraq katolik 
ölkəsinin ictimai həyatında kiçik bir yer tutur.
İtaliyada buddistlərin sayı 60000 nəfərdir. İtaliyadakı buddizm «İtalyan 
Buddist Birliyi» və «İtalyan Budizm İnstitutu - Soko Gakkai» dərnəkləriylə 
təmsil olunur.
İtalyan Buddist Birliyi Assosiasiyası Teravada, Mahayana və Vajrayana 


MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ 
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
393
buddist ənənələrinin italiyalı tərəfdaşlarını təmsil edir və 1985-ci ildə Milanda 
qurulan UBI Buddistlər Birliyinin üzvüdür. 1991-ci ildən İtaliya Respublikasının 
Prezidenti tərəfindən tanınır. 2014-cü ildə Avropanın ən böyük buddist mərkəzi 
Milanın cənubundakı Korsiko şəhərində açılmışdır.
İtalyan Buddizm İnstitutu Soka Gakkai, Nitiran Buddizm ənənəsini 
davam etdirənləri təmsil edir. 1998-ci ildə təsis edilmişdir. 2000-ci ildə İtaliya 
Respublikasının Prezidenti və İtaliya Baş naziri tərəfindən tanınmışdır.
İtaliyaya İslam ölkələrindən immiqrantların sayının çox olması orada 
müsəlman cəmiyyətin formalaşmasına səbəb oldu. İtaliyadakı müsəlmanların 
böyük əksəriyyəti Asiya və Afrikadan olan immiqrantlardır. Müxtəlif mənbələrə 
görə, İtaliyada 1.2-1.6 milyona qədər müsəlman yaşayır ki, bu da ölkə əhalisinin 
təxminən 2.5 %-ni təşkil edir. İtaliyadakı müsəlmanların böyük əksəriyyəti 
sünni məzhəbə mənsubdur. Buradakı şiələrin sayı isə təxminən 15 min nəfərdir.
Katolik dünyasının tam mərkəzində müsəlman icmalarının 
formalaşdırılması prosesi heç də asan məsələ olmamışdır. İtalyan müsəlmanlarının 
ikinci nəsli artıq italyan dilində sərbəst danışan, orta və hətta ali təhsil alan 
insanlardır. 1971-ci ildə ölkənin ilk müsəlman təşkilatı Perugia Universitetində 
təhsil alan ərəb tələbələri tərəfindən yaradılmışdı. 1970-ci illərdə isə İtaliyanın 
İslam Mədəniyyət Mərkəzi açılmışdı. Mərkəzin təşəbbüsü ilə yerli İtaliyada 
hakimiyyət orqanları və Vatikanla ilk məscidin inşası ilə bağlı danışıqlar başladı. 
Roma bələdiyyəsi tərəfindən məscidin tikintisi üçün ərazinin ayırılması burada 
İslam dininin rəsmi şəkildə tanınması kimi qəbul edildi. Səudiyyə və Mərakeş 
təsirləri olan Romadaki İslam Mədəniyyət Mərkəzi əsasən 1974-cü ildən bəri 
İslam təşkilatına çevrilmişdi. Bu təşkilat 5 min nəfərlik yerlə Avropanın ən böyük 
məscidlərindən birinə sahibdir. O, özündə 25 islam cəmiyyətini birləşdirir. İtaliya 
İslam Şurası 1999-cu ildə təsis edilərək İtaliyanın İslam Mədəniyyət Mərkəzi və 
İtaliya İslam Birliyi və Təşkilatları İttifaqı tərəfindən yaradılmışdır. İtaliya İslam 
Şurasının yaradılmasının əsas məqsədi özünü buradakı müsəlmanların vahid 
birliyi kimi təqdim etməkdir.
İtaliyanın İslam Birliyi və Təşkilatları İttifaqı 1990-cı ildə yaradılmışdır. 
Bu mərkəz ölkədə müsəlmanların maraqlarını qoruyan birləşmiş təşkilat kimi 
çıxış etmək üçün müsəlman icması ilə hökumət arasında müqavilə imzaladı. 
Mərkəz 200-300 müsəlman birliyini və təxminən 70-120 ibadətgahı bir araya 
gətirdi.


MULTİKULTURALİZMƏ GİRİŞ
394
İtaliyanın Daxili İşlər Naziri Cuzeppe Pişanın təşəbbüsü ilə 2005-ci ildə 
İtalyan İslam Məsləhət Şurası yaradıldı. Bu Şura müxtəlif müsəlman mənəvi və 
dünyəvi təşkilatının 16 nümayəndəsindən ibarətdir. Onların yarısı italiyalıdır.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin