Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


İtaliyada etnik-mədəni müxtəlifliyin



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə160/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   156   157   158   159   160   161   162   163   ...   175
1 Multikulturalizmə giriş 2019

10.4.9.İtaliyada etnik-mədəni müxtəlifliyin 
tənzimlənməsi
Müasir dünya məkanında universal qloballaşma və inteqrasiya çərçivəsində, 
etnik-mədəni müxtəliflik problemi artıq yeni bir məna qazanmışdır. Hal-hazırda 
bütün dünya ölkələri bu problemin həllini tapmağa calışır. Bu məsələdə böyük 
dünya dövlətlərindən olan İtaliyanın təcrübəsi heç də birmənalı deyildir.
İtaliya Cənubi Avropanın ən böyük dövlətidir. İtaliya doğum səviyyəsi, 
əhalisinin təbii artımı ilə digər Avropa ölkələrindən nisbətən fəqlənir. 
Qədim dövrdən başlayaraq İtaliya sonradan ölkənin qədim xalqlarına 
aid edilən müxtəlif xalqların məskunlaşdığı məkan olmuşdur. Onların arasında 
üstünlük təşkil edənlər italiklər idi. Bu müxtəlif xalqların heç də hamısı bir- birinə 
linqvistik və etnik baxımdan bağlı deyildi. Onlardan bəziləri italyan dilində 
danışır, digərləri yunan müstəmləkəçilərinin gəlməsi nəticəsində yunan dilində 
danışırdı. Digər xalqlar isə başqa Hind-Avropa qrupuna aid olan (liqur, venet, 
lepont, messap) və ya Hind-Avropa dillərinə aid olmayan xalqlar idi (etrussklar, 


MULTİKULTURALİZMƏ GİRİŞ
390
retsklar). İşğallar, fəal müstəmləkələşmə və yerli əhalinin assimilyasiya 
siyasəti nəticəsində romalılar Roma imperiyasının Avropa hissəsinin əsas 
əhalisinə çevrildilər. İtaliya əyalətinin romalı əhalisi müasir italyan millətinin 
formalaşmasında əsas təməl oldu. 
Bu gün İtaliyada etnik qrup – köklü italyanlardır. İtaliyadakı milli 
azlıqlar uzun əsrlərdən bəri müəyyən ərazidə kompakt yaşayan qruplardır. 
Məsələn, Friuli-Venesiya-Culiya bölgəsində friullar, Trentino-Alto-Adice 
bölgəsində onlara dil baxımından qohum olan, elə həmin ərazidə yuxarı alman 
dialektlərindən birində danışan iki yüz mindən çox ladin yaşayır. Ölkənin şimal-
qərbində, Pyemontda franko-provonsalların (4,5 min) məskunlaşdığı qruplar, 
keçmiş Yuqoslaviya ölkələri ilə sərhəddə sloveniyalılar və xorvatların yaşadığı 
kiçik rayonlar var. İtaliyanın cənub-şərqində, Moliza bölgəsində başqa bir 
kiçik xorvat qrupu (4, 5 min) da mövcuddur. Cənubi İtaliya və Sicilya adasında 
albanların koloniyaları yerləşir (təxminən 80 min). Cənubi İtaliyada həmçinin 
yunanlar (30 min), Sardiniyanın şimal-qərbində (Alqyero şəhərində) katalonlar 
(15 min) yaşayırlar. San –Marinonun da əhalisini italyanlar təşkil edir (15 min). 
Milli azlıqlara gəldikdə, mədəniyyətlərinin, dillərinin və adət-ənənələrinin 
qorunması və inkişafı üçün onlara əlavə hüquqlar da verilmişdir. Konstitusiyanın 
əsas prinsipi belədir: 
«Bütün vətəndaşlar eyni hüquqlara malikdirlər. Gender, 
irq, dil, din, siyasi inanclar, şəxsi və ya sosial status fərqi qoyulmadan onlar 
qanun qarşısında bərabərdirlər». 
Məsələn, İtaliya Respublikası Konstitusiyası 
dil azlıqlarının hüquqlarını qoruyan az sayda Avropa dövlətlərindən biridir. 
Konstitusiyanın 6-cı maddəsi (
«Müvafiq normalar vasitəsilə Respublika dil 
azlıqlarını hüquqlarını qoruyur”
) xüsusi statuslu italyan bölgələrində tətbiq 
edilir. Qanun həmçinin digər dil azlıqlarının (albanlar, katalonlar, yunanlar
almanlar, slovenlər, xorvatlar, fransız dilindən istifadə edən franko-provonsallar, 
friullar, ladinlər, oksitanlar, sardlar) da mövcudluğunu qəbul edir.
Qanunda bu azlıqların dillərinin tədrisi üçün məktəblərdə xüsusi 
proqramlar da nəzərdə tutulmuşdur. Məsələn, Bolzano əyalətində alman dilinin 
tədrisini anadilli müəllimlər həyata keçirirlər. Ladi dilində də məktəblər vardır.
Konstitusiyada həmçinin etnokonfessial xarakterli məsələlər də öz əksini 
tapmışdır:
 
“Dövlət və Katolik kilsəsi özlərinə aid olan sahələrdə müstəqil və 
suverendirlər. Onların münasibətləri Lateran müqaviləsinə əsasən tənzimlənir. 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin