MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
379
Almanyada rəsmi dil alman dilidir. Bununla yanaşı azlıqların danışdıqları
dillər də məskunlaşdıqları ərazilərdə rəsmi şəkildə tanınır. Məktəblərdə xarici
dil kimi daha çox ingilis dili tədris olunur. Qeyd edildiyi kimi, Almaniya həm
etnik tərkib, həm din, həm də dil baxımından çoxmədəniyyətli ölkədir. Buraya
miqrantların, eləcə də yerli milli azlıqların mədəniyyətləri daxil olsa da, Al
-
maniyada multikulturalizm siyasətinin əsasında miqrant əhali dayanır. Ch. Cob
-
ke “Liberal dövlətlərdə multikulturalizmin geriləməsi” adlı məqaləsində qeyd
edir ki, əgər Kanada və ya Avstraliyada multikulturalizm bütün cəmiyyət üçün
kimlik seçimidirsə, Avropada multikulturalizm yalnız immiqrantlara yönəlib.
Bu yanaşmanı daha çox Almaniya nümunəsinə aid etmək mümkündür.
Milli
azlıqlarla bağlı federal hökumət tərəfindən aparılan siyasət həm ittifaq səvi
-
yyəsində, həm də ştat səviyyəsində dəstəklənir. Daha dəqiq desək, Almaniya Av
-
ropa İttifaqına üzv dövlət kimi milli azlıqların hüquqlarının qorunması, onların
müdafiə və tanınması üçün multikultural ölkə kimi öz üzərinə öhdəlik götürür.
Bu baxımdan, 1 fevral 1995-ci il tarixli Avropa Şuransının Milli Azlıqların Qo
-
runması ilə bağlı Çərçivə Konvensiyası, həmçinin, 5 noyabr 1992-ci il tarixində
Avropa Şurası tərəfindən qəbul edilən Regional və ya Milli Azlıqların Dilləri
ilə bağlı Avropa Xartiyası milli azlıqların hüquqlarının tanınması ilə bağlı əsas
hüquqi çərçivə hesab olunur. Miqrantlarla müqayisədə milli azlıqlarla bağlı Al
-
maniyada birmənalı münasibətin formalaşmasında onların yerli mədəniyyətlə
qaynayıb qarışması mühüm rol oynayır. Daxili İşlər, İnşaat və İcma üzrə Federal
Nazirlik milli azlıqların aşağıdakı xüsusiyyətlərini qeyd edir:
•
Onlar almandır;
•
Özlərinə məxsus dil, mədəniyyət, tarix
və fərdi milli kimlikləri var;
•
Milli kimliklərini qorumaq arzusundadırlar;
•
Əsrlər boyu Almaniyada məskunlaşmışlar;
•
Ənənəvi olaraq məşkunlaşdıqları ərazilərdə yaşayırlar.
Qeyd edilən təsnifləndirməyə nəzər saldıqda milli azlıqların həm alman
cəmiyyəti, həm də hökuməti tərəfindən almaniyalı kimi qəbul olunduğunu
görürük. Çünki onlar ölkəni quran icmalar hesab olunurlar.
Azlıqlarla müqayisədə immiqrantlar İkinci Dünya müharibəsindən sonra
kütləvi şəkildə Almaniyada məskunlaşmağa başlayıb, yerli mədəniyyətlə paralel
yaşamağa üstünlük vermişlər. İmmiqrantların multikulturalizm siyasətinin
mərkəzində dayanmasının əsas səbəbi onların yerli mədəniyyətlə paralel (yəni
MULTİKULTURALİZMƏ GİRİŞ
380
onların yerli mədəniyyətə inteqrasiya etməmələri) mövcudluğu oldu. Buna görə
də Almanyanın kansleri Angela Merkel 2010-cu ilin 17 oktaybrında Xristian
Demokratlar İttifaqı partiyasının gəncləri ilə görüşü zamanı bildirdi ki,
“Müxtəlif
mədəniyyətlərdən gələn insanların bir-biri ilə xoşbəxt yanaşı yaşaması ideyası
uğurlu olmadı. Almaniyada multikulturalizm tamamilə uğursuz oldu”.
Beləliklə, ictimai rəydə müzakirə olunan fikirlər
diskursiv səviyyədə
dövlət siyasətinə transformasiya edildi. A.Merkel multikulturalizmin iflası ilə
bağlı bəyanatında müsəlmanların cəmiyyətə inteqrasiyasının uğursuzluğunu
nəzərdə tuturdu. Çünki ictimai rəydə immiqrant deyəndə əsasən müsəlmanlar
nəzərdə tutulurdu. Keçirilmiş rəy sorğuları anti-müsəlman əhval ruhiyyəsinin
yüksək olduğunu təsdiq edir. 2016-cı ildə “Pyu Tədqiqat Mərkəzi” tərəfindən
aparılan “Almaniyada Müsəlman Əhalinin Artması” adlı sorğuda iştirak edən
hər 10 nəfərdən 7-si bildirir ki,
“Suriya və İraqdan gələn qaçqınlar cəmiyyət
üçün əsas təhlükədir”.
Əlbəttə, faktlar həmin ölkədə gedən siyasi prosesləri
göstərir. Federativ Respublikada etnik-mədəni müxtəlifliklə bağlı siyasətin
əsasını immiqrantların formalaşdırdığı mədəni mühit təşkil edir. Bu səbəbdən
immiqrantlarla bağlı məsələlərin tənzimlənməsində həm hüquqi baza, həm də
institusional çərçivənin burada qeyd edilməsi vacibdir.
İkinci Dünya müharibəsindən sonra immiqrantlara
ucuz işçi qüvvəsi
kimi baxılırdı, eyni zamanda onların özləri ilə gətirdikləri mədəniyyətin yerli
mədəniyyətə təsirinə, gəlmələrlə yerli əhali arasındakı münasibətlərə önəm
verilmirdi. Müharibədə məğlub olmuş,
infrastrukturu, iqdisadiyyatı dağılmış
Almaniya üçün qeyd olunan mədəniyyətlərarası münasibətlər arxa planda idi.
Lakin bir müddət keçdikdən sonra almanların immiqrantlara münasibəti dəyişdi.
İndi almanlar immiqrantlara “işlərini əlindən alan”, “cinayətkarlığın artmasına
səbəb olan”, “maaşlarını azaldan” və “sosial rifahdan” sui-istifadə edən
təbəqə kimi baxır. Cəmiyyətdə hökm sürən anti-miqrant əhval-ruhiyyəsinin
azaldılması məqsədilə 2000-ci ildən sonra Almaniya federal hökuməti tərəfindən
immiqrantların vəziyyətinin yaxşılaşdırılması və onların inteqrasiya prosesinin
sürətləndirilməsi məqsədilə miqrasiya siyasəti haqqında islahatlar paketi
hazırlandı. Misal kimi, 2005-ci ildə İmmiqrasiya, Məskunlaşma və Sığınacaq
haqqında Qanunları, eləcə də məşğulluq və inteqrasiya haqqında qəbul edilmiş
müvafiq sərəncamları göstərmək olar. Aparılan islahatlar nəticəsində gəlmələrin
cəmiyyətə inteqrasiya edilməsinə, onlara dil kurslarının keçirilməsinin federal
MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
381
hökumət tərəfindən
təşkilinə və maliyyələşməsinə, immiqrantlar, xüsusilə
xarici tələbələr üçün viza sisteminin təkmilləşdirilməsinə start verildi. Əlbəttə
ki, bunların arxasında gəlmələrin yeni sistemə inteqrasiyasını sürətləndirmək,
Almaniyanın yerli hüquqi və sosial sistemini tez bir zamanda mənimsənilməsinə
nail olmaq idi. Qəbul edilən qanun və qərarların icrasına nəzarəti Daxili İşlər,
İnşaat və İcma üzrə Federal Nazirlik həyata keçirir. Eyni zamanda aidiyyəti üzrə
işlərin yerinə yetirilməsi üçün həmin nazirliyin müvafiq agentlikləri və idarələri
mövcuddur.
Almaniyada etnik-mədəni müxtəlifliyin tənzimlənməsi siyasətinin
əsasında gəlmələrin assimilyasiyası dayanır. Məhz bu səbəbdən son zamanlar
irqçi və millətçi şüarlar həm siyasi alman diskursunda, həm də ictimai rəyində
aktuallaşmağa başlamışdır.
Dostları ilə paylaş: