Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


İspaniyada etnik-mədəni müxtəlifliyin



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə159/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   155   156   157   158   159   160   161   162   ...   175
1 Multikulturalizmə giriş 2019

10.4.8.İspaniyada etnik-mədəni müxtəlifliyin 
tənzimlənməsi
Ispaniya əhalisinin etnik tərkibi müxtəlifdir. Tarixən bu məkanda müxtəlif 
dillərə və dinlərə mənsub xalqlar yaşamışdır. İspaniya romalıların, seltlərin, 
iberlərin, baskların, ərəblərin, qaraçıların və bir sıra başqa xalqların yaşadığı bir 
ölkə olmuşdur. Müasir dövrümüzdə müxtəlif mədəni qatlara malik olan İspaniya 
əhalisinin tərkibinə 40-a yaxın etnik qrup daxildir. Bu etnoslardan bəzilərinin öz 
dili, mədəniyyəti, ənənələri, hətta muxtariyyəti vardır. 
Ölkədə belə bir durumun yaranmasının tarixi kökləri vardır. Belə ki, 
orta əsrlərdə quruluşca zəif və pərakəndə fəaliyyət göstərən xırda krallıqlar 
rekonkista zamanı ərəblərə qarşı mübarizədə birləşsələr də, özlərinin etnik 
özünəməxsusluğunu saxlamış, etnik birləşmə prosesini yaşamamışlar
10
. Məhz 
bu səbəbdən katalonlar, qalisiyalılar və basklar özlərini müstəqil xalqlar kimi 
qorumuş və tarixin müxtəlif dövrlərində siyasi müstəqilliyi əldə etməyə can 
atmışlar.
Rekonkista dövrü bitdikdən sonra bu krallıqlarda mövcud olan 
mərkəzdənqaçma meyllərinin qarşısını almaq üçün onları vahid ideya ətrafında 
birləşdirmək zərurəti yaranmışdı. Bu məsələnin həllində ən çətini isə etnik 
mənsubiyyətinə görə seçilən krallıqlar idi. Bunların sırasına Navarra və XII 
əsrdə Araqona birləşdirilmiş katalonların yaşadığı Barselona kondadı (kondad-
“konde” statusu olan zadəganın idarəetdiyi ərazi, konde-kral tərəfindən xüsusi 
xidmətlərə görə verilən addır.- Red.) aid idi. Vahid millət ideyasını yaratmaq 
üçün onu təşkil edən əsas elementləri qurmaq lazım gəlirdi. Bunun üçün isə 
İspaniyada Rekonkistadan sonra müqəddəm şərtlər yaranmışdı. İspaniyanın 
birləşməsi katolik kralları Fernando de Araqonun və İsabella de Kastilyanın 
1469-cu ildə baş tutan izdivacı ilə başlayır. 
XV əsrin ortalarında İber yarımadasında yalnız 4 krallıq mövcud idi: 
Portuqaliya, Kastilya, Araqon və Navarra. Hər bir krallıq özünü orijinal hesab 
etsə də, bir-birlərinə yaxınlaşmağa üstünlük verirdilər. Aralarındakı fərqlərə 
baxmayaraq, bu krallıqlar vahid bir ittifaqın tərəfdarı idilər. Kastilya və Araqon 
10 Rekonkista termini ispan və portuqal dillərindən tərcümədə “torpaqları müharibə vasitəsilə ələ keçirmək” 
mənasını verir. Rekonkista dövrü 711- 1492-ci illəri əhatə edir. Rekonkista dövrü Pireney yarımadasındakı 
torpaqları ispanlar, portuqallar və digər xristian xalqları müsəlmanlardan, eləcə də yəhudilərdən alaraq onları bu 
torpaqlardan qovdular. 


MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ 
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
387
ittifaqından sonra Kastilyanın İspaniyanı təşkil edən digər krallıqlar üzərindəki 
üstünlüyü tənqid olunmağa başlanır. Kataloniyalı tarixçilər Kastilyanı “ispan 
şəxsiyyəti”ni özününküləşdirməkdə ittiham etməyə başlayırlar. Belə ki, 
xanədanların ittifaqı zamanı ölkənin 80% əhalisini kastilyalılar və ərazinin 75% 
Kastilya təşkil edirdi.
İspaniyanı daim vahid şəkildə saxlamaq istəyən istər orta əsr xristian 
kralları, istərsə də müasir idarəçilər “vahid ispan milləti” ideyasından məharətlə 
istifadə etmişlər. Bu millətin əsas qoruyucu elementləri ispan dili, yəni 
Kastilyanın dili hesab olunan kastelyano və kilsə hesab edilirdi. X Alfonso 
tərəfindən kastelyano Kastilya krallığının rəsmi dili elan olunur. 1492-ci ildə 
katolik krallarının hökmranlığı dövründə Antonio de Nebrixanın “Kastelyan 
Dilinin Qrammatikası” adlı kitabının ilk nəşri işıq üzü görür.
 
Artıq 1600-cü 
ildən başlayaraq bu dildən Zaraqoza, şərqi Araqon və şərqi Leonda geniş şəkildə 
istifadə olunur. Lakin Qalisiya, Asturias, Bask ölkəsi, Kataloniya, Baleares və 
Valensiyada kastelyano yalnız iki-üç əsr sonra önəmli rol oynamağa başlayır. 
Məlum olduğu kimi, millət - tarixən müəyyən bir ərazidə yaşayan, iqtisadi 
münasibətlərə malik, bir çox hallarda eyni bir dinə tapınan, zaman-zaman soyca, 
dilcə, psixika ümumiliyi əsasında təşəkkül tapan və milli xarakterin, mədəniyyətin 
milli özünəməxsusluğunda təzahür edən sabit insan qrupu birliyidir. Bu tarixi 
kateqoriya İspaniyada etnogenez prosesini yaşayaraq yaransa da, ölkə özünün 
etnik-mədəni müxtəlifliyini də qorumuşdur. Navarra universitetinin professoru 
Fransisko Qonzalez İspaniyanın etnik müxtəlifliyinin modelini obrazlı şəkildə 
təsvir edərək göstərir ki, “İspaniya üç elementdən ibarətdir: Kastilya İspaniyası, 
Kastilyalaşmış İspaniya və Kastilyalaşmamış İspaniya”. Onun fikrincə, köhnə 
və yeni Kastilya birlikdə müasir İspaniyanı təşkil edir. Araqon, Ekstremadura, 
Valensiya və Mursiya kastilyalaşmış İspaniyanı, Əndəlis, Baleares, Kataloniya, 
Qalisiya və Navarra kastilyalaşmamış İspaniyanı tərənnüm edir. 
Müasir dövrümüzdə multikulturalizm dəyərlərini yaşada bilən İspaniyada
Şərqi Avropa, MDB ölkələri, Cənubi Amerika və Şimali Afrikadan gəlmiş 
minlərlə miqrant yaşayır və bu reallıq onu etnik müxtəlifliyi ilə seçilən ölkələr 
sırasında saxlayır. 
İspaniyanın etnik müxtəlifliyi onun multikultural dəyərlərini 
zənginləşdirsə də, eyni zamanda separatçı qüvvələri qidalandıran mənbə olaraq 
qalır. Məhz buna görə müasir dövrdə İspaniya Krallığında dövlətin vahidliyi 


MULTİKULTURALİZMƏ GİRİŞ
388
və ərazi bütövlüyü hələ də təhlükə altında qalmaqdadır. Mərkəzdənqaçma 
meylləri xüsusən Bask ölkəsində (Navarra), Kataloniyada geniş yayılmışdır və 
bu bölgələrdə millətçilik ideyaları güclüdür. Belə meyllərin qarşısının alınması 
və tənzimlənməsi ölkə Konstitusiyası vasitəsilə tənzimlənir. İlk növbədə 
Konstitusiya vahid millət məfhumunu əsas götürmüş və “İspan milləti” ifadəsi 
öz əksini 1978-ci il Konstitusyasının II maddəsində tapmışdır: 
“Konstitusiya 
ispan millətinin qırılmaz birliyinə əsaslanır, bütün ispanların tək və bölünməz 
vətəni olub region və millətlərin muxtariyyət hüququnu təmin edir.” 
Dövlətin Ali qanununda İspaniyada mövcud dillərin statusları göstərilmiş 
və Konstitusiyanın III maddəsində kastelyano dilinin dövlət dili olması ilə 
yanaşı digər yerli dillərə muxtar vilayət statusuna uyğun rəsmi dil kimi istifadə 
olunması hüququnun verilməsi da qeyd olunmuşdur. Beləliklə, dil məsələsi 
demokratik prinsiplər əsasında tənzimlənməklə separatçı qüvvələrin qarşısının 
alınması mexanizmini oynayır. Bu sırada 1978-ci il Konstitusiyasının 155-ci 
maddəsini xüsusilə qeyd etmək lazımdır. Bu maddə dövlətin əsas dayaqları 
təhlükə altında olduqda icra olunur. İlk dəfə bu maddə 2017-ci ildə Kataloniyanın 
özünün müstəqilliyini elan etməsindən sonra icra olunmuşdur. Belə ki, 2017-ci 
il oktyabrın 1-də separatçı qüvvələrin səyi nəticəsində İspaniyanın Katoloniya 
bölgəsində müstəqillik haqqında referendum keçirilmişdir. Seçkinin nəticələrinə 
görə, 90,09% seçici müstəqilliyə “hə” cavabı vermişdir. Jurnalist və siyasətçi 
olan Karles Puçdemont isə Katoloniyanın prezidenti seçilmişdir. Lakin bu 
referendumu haqlı olaraq qanunsuz sayan İspaniya hökuməti 2017-ci il oktyabrın 
21-də 1978-ci ilin Konstitusiyasının 155-ci maddəsinin icrasına başlayır. 
Bu maddəyə görə, mərkəzi hökumət muxtariyyatın maliyyə işlərini 
idarə edə, parlamenti buraxa və vəzifəli şəxsləri işdən azad edə bilər. 2017-ci 
il oktyabrın 27-də Kataloniya parlamenti birtərəfli qaydada öz müstəqilliyini 
elan edir. Bir neçə saat sonra isə İspaniya Krallığının Senatı 214 səslə 155-ci 
maddənin icrasının lehinə səs verir. Yalnız 47 nəfər əleyinə səs verir. Baş nazir 
Mariano Raxoyun bu məsələ ilə bağlı ilk tədbirləri Kataloniyanın prezidenti 
Karles Puçdemontu işdən azad etmək, parlementi buraxmaq və növbəti 
Kataloniya seçkilərini 21 dekabr tarixinə təyin etmək olur. 
Dövlətin Ali qanununa daxil edilmiş 155-ci maddə separatist meyllərin 
qarşısını almaq mexanizmini tənzimləyir və İspaniya Krallığının dövlətçiliyi 
üçün yaranmış təhlükənin qarşısını alır. Kataloniya məsələsinin həlli İspaniyada 


MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ 
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
389
etnik-mədəni müxtəlifliyin tənzimlənməsi mexanizminin dövlətin sabitliyinin 
qarantı olduğunu göstərir. Bu mexanizm belə bir reallığı göstərir ki, çoxsaylı 
etnik qruplara muxtariyyət verən İspaniya Krallığı eyni zamanda özünün ərazi 
bütövlüyünü qoruyaraq,“dövlət içində dövlətin” yaranmasına imkan vermir və 
separatist qüvvələrin mərkəzdənqaçma meyllərinin qarşısını alaraq, yaranmış 
qeyri-sabit sosial-siyasi vəziyyəti qanunla tənzimləyir. Eyni zamanda etnik-
mədəni müxtəlifliyin tənzimlənməsi proseində dövlət ideoloji vasitələrdən də 
istifadə edərək, cəmiyyətdə “vahid millət”, “birlik” ideyalarını təbliğ edir və 
dövlətin ərazi bütövlüyünü qoruyur. 
Beləliklə, İspaniyada etnik-mədəni müxtəlifliyin tənzimlənməsi dövlətin 
Ali qanununun qəbul etdiyi qaydalara əsasən aparılır. İspaniya Krallığında 
kastelyan olmayan xalqlar dövlətin qəbul etdiyi etnik-mədəni müxtəlifliyin 
tənzimlənməsi mexanizminə uyğun olaraq idarə olunur, bu ölkədə fərqli 
etnik və mədəni qrupların hüquq və azadlıqları qanun tərəfindən qorunur, 
mərkəzdənqaçma meyllərinin qarşısı qanunla alınır və bununla da cəmiyyətdə 
qanunun aliliyinin vacibliyi təmin edilir. 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin