Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


”Multikulturalizmə giriş” fənninin əhəmiyyəti



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə22/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   18   19   20   21   22   23   24   25   ...   175
1 Multikulturalizmə giriş 2019

1.4. ”Multikulturalizmə giriş” fənninin əhəmiyyəti
Yeni tədris fənnini öyrənməyə başlayarkən qarşıya çıxan əsas 
məsələlərdən biri fənnin əhəmiyyətinin müəyyən edilməsidir. İnformasiya 
bolluğu şəraitində çoxlu sayda təklif olunan fənlər arasında düzgün seçimin 
edilməsi, daha vacib olan fənlərin öyrənilməsi praktiki cəhətdən önəmlidir. 
Fənnin əhəmiyyətini müəyyən etməklə onun öyrənilməsinin nə dərəcədə vacib 
olduğunu göstərmək olar.
Hər bir fənnin, elmin əhəmiyyəti onun funksiyalarından irəli gəlir. 
Bunu nəzərə alaraq ”Multikulturalizmə giriş” fənninin əhəmiyyətini onun 
funksiyalarını göstərməklə müəyyən edək.
”Multikulturalizmə giriş” fənninin beş əsas funksiyası vardır: nəzəri-
idraki, praktiki, siyasi-ideoloji, proqnozlaşdırıcı və mənəvi-tərbiyəvi. 
Nəzəri-idraki funksiya
Yuxarıda ”Multikulturalizmə giriş” fənninin fəlsəfə, tarix, sosiologiya, 
kulturologiya, hüquq, politologiya ilə münasibəti təhlil olunarkən onun qeyd 
olunan ictimai fənlərin müddəalarına əsaslandığını göstərmişdik. Lakin bu, o 
demək deyil ki, ”Multikulturalizmə giriş” fənni tədqiq etdiyi obyekt haqqında 
heç bir yeni bilik, müddəa irəli sürmür. Qeyd olunduğu kimi, ”Multikulturalizmə 
giriş” fənninin öz predmeti vardır. O, predmetinin öyrənilməsi çərçivəsində 
nəzəri-idraki funksiyanı yerinə yetirir. Başqa sözlə desək, ”Multikulturalizmə 
giriş” fənni öyrəndiyi obyekt haqqında, yəni çoxmədəniyyətlilik, etnik, irqi, dini 
və mədəni müxtəlifliklər, bu müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və 
mədəni dəyərlər haqqında, onların qorunması yollarına dair yeni biliklərin əldə 
edilməsinə kömək edir.
Praktiki funksiya
”Multikulturalizmə giriş” fənninin nəzəri-idraki funksiyasının nəticəsində 
əldə olunan yeni biliklər, nəzəri müddəalar cəmiyyətdəki etnik, irqi, dini və 
mədəni müxtəlifliklərin düzgün idarə olunması, tənzimlənməsi işində istifadə 
olunur. Daha konkret desək, ”Multikulturalizmə giriş” fənni cəmiyyətdəki etnik, 


37
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
irqi, dini və mədəni müxtəlifliklərin, bu müxtəlifliklərin əsasını təşkil edən etnik, 
dini və mədəni dəyərlərin qorunmasının yollarına dair praktiki əhəmiyyət kəsb 
edən tövsiyələr verir.
Siyasi-ideoloji funksiya
Birinci yarımfəsildə qeyd olunduğu kimi, sözün dar mənasında multikulturalizm 
termini cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə 
münasibətdə dövlətin apardığı konkret siyasəti xarakterizə edir. Bu siyasətin 
əsasında cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur. 
Cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəliflikləri tənzimləmək məqsədilə 
multikulturalizmi siyasət modeli kimi istifadə edən dövlətlər ona ideologiyanın 
tərkib hissəsi kimi yanaşırlar. Məsələn, Azərbaycan Respublikası multikulturalizmi 
dövlət siyasəti kmi istifadə edən dövlətlərdən biridir.
Proqnozlaşdırıcı funksiya
Müasir qloballaşma şəraitində xalqların etnik-mədəni dəyərlərini, 
mədəniyyətlərini xarakterizə edən, onların dünyagörüşü və fəaliyyətlərinin 
əsasını təşkil edən etnik, dini və mədəni müxtəlifliklərin hər bir xalqın həyatında 
əhəmiyyətli rol oynadığını nəzərə alaraq cəmiyyətin sonrakı inkişafını müəyyən 
dərəcədə bu müxtəlifliklərin vəziyyəti ilə proqnozlaşdırmaq mümkündür. Əgər 
bu və ya digər çoxmədəniyyətli ölkədə etnik-mədəni müxtəliflik dövlət tərəfindən 
düzgün təmzimlənirsə, həmin ölkənin inkişaf üçün potensialı var. Əks halda
sözügüdən ölkədə etnik və/ və ya dini zəmində münaqişə təhlükəsi yarana bilər. 
Mənəvi- tərbiyəvi funksiya
”Multikulturalizmə giriş” fənninin mənəvi-tərbiyəvi funksiyası ilk 
növbədə bu fənnin predmetindən irəli gəlir. İkinci yarımfəsildə qeyd olunduğu 
kimi, ”Multikulturalizmə giriş” fənni cəmiyyətdəki etnik, irqi, dini və mədəni 
müxtəlifliklərin, bu müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni 
dəyərlərin qorunması yollarını öyrədir. Müasir dövrdə bir çox ölkələrdə, hətta 
inkişaf etmiş Qərb ölkələrində islamofobiyanın, antisemitizmin, ksenofobiyanın 


MULTİKULTURALİZMƏ GİRİŞ
38
və ayrıseçkiliyin digər formalarının sürətlə yayıldığını, etnik və dini zəmində 
qanlı toqquşmaların baş verdiyini nəzərə alaraq, cəmiyyətdəki etnik, irqi, dini 
və mədəni müxtəlifliklərin qorunması yollarını öyrədən ”Multikulturalizmə 
giriş” fənninin böyük mənəvi və tərbiyəvi əhəmiyyəti vardır. Bu fənnin tədrisi 
öyrəncilər arasında tolerantlıq və multikulturalizm ideyalarını yayaraq onları 
xalqlar arasında ayrıseçkiliyin bütün formalarına qarşı mübarizə ruhunda 
tərbiyə edir.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin