Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə20/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   16   17   18   19   20   21   22   23   ...   175
1 Multikulturalizmə giriş 2019

Abstraktlaşdırma
Abstraktlaşdırma (
latın dilindən tərcümədə- uzaqlaşdırma, kənar etmə
rədd etmə, təmizləmə
) - tədqiq olunan obyektdən onun bir sıra əlamətlərinin 
xəyalən kənarlaşdırılması metodudur. Adətən, obyektdən xəyalən ayrılan 
və kənarlaşdırılan ikinci dərəcəli, vacib olmayan, mahiyyəti əks etdirməyən 
əlamətlər olur. Dərketmə prosesində bu cür əlamətlərdən azad olan tədqiqatçı 
obyektin mahiyyətinə asanlıqla yaxınlaşır. 
Abstraktlaşdırma analiz metodu ilə sıx bağlıdır. Daha konkret desək
abstraktlaşdırma metodu analiz metodunun məntiqi davamıdır. Belə ki, obyektin 
vacib olan, mahiyyətini əks etdirən əlamətlərini onun vacib olmayan, mahiyyətini 
əks etdirməyən əlamətlərindən ayırmazdan əvvəl sözügedən obyekti analiz 
etmək, yəni tərkib hissələrə bölmək lazımdır. Elmin bütün sahələrində istifadə 
olunan məfhumların (elm, kino, dostluq və s.) yaranması abstraktlaşdırmanın 
nəticəsi kimi özünü göstərir. Məsələn, insan məfhumunun məzmununu, yəni 
insanın mahiyyətini təşkil edən əlaməti müəyyən etmək üçün əvvəlcə analiz 
metodu vasitəsilə insanın müxtəlif əlamətləri (görmək, hərəkət etmək, üzmək, 
fikirləşmək, yatmaq, abstrakt təfəkkürə malik olmaq və s.) aşkar edilir, sonra bu 
əlamətlər arasında yalnız insana xas olan, yəni onu digər canlılardan fərqləndirən 


31
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
əlamət (abstrakt təfəkkürə malik olmaq) götürülür və nəhayət abstraktlaşdırma 
metodu vasitəsilə insanın digər canlılarda da müşahidə olunan əlamətləri kənara 
qoyulur.
Ümumiləşdirmə
Ümumiləşdirmə elə bir metoddur ki, onun vasitəsilə bir neçə obyektin 
ümumi cəhətləri bir məfhumda birləşdirilir. Məsələn, “udi xalqı”, “ingiloy xalqı” 
və “xınalıq xalqı” məfhumları “alban xalqları” məfhumunda ümumiləşdirilir. 
Obyektlərin ümumi cəhətləri onların analiz və müqayisə olunması nəticəsində 
əldə olunur. Ümumiləşdirmə metodu xüsusi məfhumdan ümumi məfhuma 
doğru yönəlmişdir. Məfhumun ümumiləşdirilməsi bir məntiqi əməliyyat 
kimi onun həcminin genişlənməsi, məzmununun isə daralması ilə xarakterizə 
olunur. Bu əməliyyat eyni zamanda məfhumun konkretliyinin azalmasına 
da səbəb olur. Məsələn, “müasir dövrdə Qərb ölkələrində multikulturalizm 
siyasəti vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsi” 
məhfumunun ümumiləşdirməsindən alınan “Qərb ölkələrində multikulturalizm 
siyasəti vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsi”, 

multikulturalizm siyasəti vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin 
tənzimlənməsi” və s. məhfumlar məzmun və konkretlik baxımından verilmiş 
məfhumdan kiçikdir. Lakin buna baxmayaraq yeni alınmış məfhumlar tədqiq 
olunan obyektin mahiyyətinin aşkarlanması istiqamətində atılan mühüm bir 
addımdır. Çünki yeni bir məfhumun mahiyyətini müəyyən edərkən atılan ilk 
addım onun ümumiləşdirməsidir, yəni verilmiş məfhumun həcm baxımından 
daha geniş məfhumun həcminə daxil edilməsidir. Məsələn, “multikultural 
təhlükəsizlik” məfhumunu dərk etmək üçün biz ilk növbədə onu ümumiləşdirmə 
metodu vasitəsilə həcm baxımından daha geniş məfhum olan “təhlükəsizlik” 
məfhumunun həcminə daxil edirik. Bu isə bizdə “multikultural təhlükəsizlik” 
məfhumu haqqında müəyyən fikrin yaranmasına səbəb olur.
Ümumiləşdirmə metoduna əks olan metoda 
məhdudlaşdırma
deyilir. 
Məhdudlaşdırma – ümumi məfhumdan konkret məfhuma keçidə səbəb 
olan məntiqi əməliyyatdır. Bu keçid verilmiş məfhuma müəyyən əlamətləri 
əlavə etməklə reallaşır. Məsələn, “cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin 
tənzimlənməsi”, “Qərb ölkələrində multikulturalizm siyasəti vasitəsilə 


MULTİKULTURALİZMƏ GİRİŞ
32
cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsi”, “Kanadada 
multikulturalizm siyasəti vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin 
tənzimlənməsi”. 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin