MULTİKULTURALİZMƏ GİRİŞ
136
27. IX əsrin 20-ci illərində Bağdad şəhərində “Hikmət evi”nin (“Beyt əl-
Hikmə”) yaradılması hansı sahələrin inkişafına təkan verdi?
28. Kordova xilafəti və Fatimilər dövlətinin İslam dünyasında
elm və
mədəniyyətin inkişafında oynadığı rolları barədə məlumat verin.
29. Bütün müsəlmanların qəbul etdiyi üç əsas etiqadi prinsip hansıdır?
30. İslamın əsas dini mənbələri hansılardır?
31. “Quran” neçə surədən ibarətdir?
32. “Quran”ın ən böyük və ən kiçik surələri hansılardır?
33. Təfsir elminin məqsədi nədir?
34. Hədis termininin tərifini verin.
35. İslamda ibadətlər neçə növə bölünür və hansılardır?
36. Etiqadi məzhəb nədir?
37. Fiqhi məzhəb nədir?
38. Hansı səbəbə görə
islam dini Cənubi Azərbaycanda,
eləcə də Şimali
Azərbaycanın düzənlik bölgələrində daha sürətlə yayılırdı?
39. Azərbaycanda yerli əhalinin islamı qəbul
etməsinə təsir edən amillər
hansılardır?
40. XI-XII əsrlərdə yaşayıb-yaratmış görkəmli azərbaycanlı şəxsiyyətlərdən
kimlərin adlarını çəkə bilərsiniz?
41. Hansı sufi təriqətləri Azərbaycanda meydana gəlmişdir? Onlar haqqında
qısa məlumat verin.
42. Çar Rusiyası dövründə Qafqazda yaşayan müsəlmanların dini həyatını
nəzarətə götürmək məqsədilə hansı dini təsisatlar yaradıldı?
43. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış “Məşyəxət-i islami
-
yyə” adlı dini qurum barədə məlumat verin.
44. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi nə vaxt təsis olunub?
45. Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra ölkənin dini həyatın
-
da hansı müsbət dəyişikliklər baş verdi?
46. Ölkəmizin ilk üzv olduğu beynəlxalq təşkilat hansıdır?
47. İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülmüş ilk qadın kimdir?
48. Azərbaycanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının
nəzdində
hansı yeni qurumlar yaradılmışdır?
49. Azərbaycanda “İslam Həmrəyliyi İli” nə vaxt elan olunmuşdur?
50. IV İslam Həmrəyliyi Oyunları harada və nə vaxt keçirilmişdir?