Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə73/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   69   70   71   72   73   74   75   76   ...   175
1 Multikulturalizmə giriş 2019

4.2. Uzaq Şərq
4.2.1.Konfutsiçilik
Konfutsiçilik Çin sivilizasiyasının mənəvi-mədəni imicini formalaşdıran 
iki əsas ənənəvi təlimdən biridir (digəri daosizmdir. –Red.). Uzun əsrlər boyu bu 
təlim Çin dövlətinin ideoloji əsaslarını təşkil etmişdir. 1911-ci ildə monarxiyanın 
devrilməsinə və Çin Xalq Respublikasının yaranmasına qədər Konfutsiçilik 
“Səma altının” dövlət ideologiyası və rəsmi dini olmuşdur. Çinlə yanaşı, Koreya, 
Yaponiya kimi bir sıra ölkələrin dini inanc sisteminə daxil olmuşdur. 
Mənəvi-mədəni fenomen olaraq Konfutsiçiliyin təbiətinə dair elm 
adamları arasında iki fikir mövcuddur. Bir sıra tədqiqatçılar Konfutsiçiliyi 
din statusunda görmürlər, əsasən etik-siyasi doktrina kimi nəzərdən keçirirlər. 
Ancaq bütün sinoloq-tədqiqatçılar Çin dinini “üç təlim” kimi təqdim edirlər: 
Konfutsiçilik, Daosizm və Buddizm. 
Ənənəvi olaraq, dinşünaslığa aid dərsliklər də bu prinsipə əməl edərək 
Konfutsiçiliyi din sahəsinə daxil edirlər. Belə ki, dünyəvi görünən xarakterinə 
baxmayaraq, Konfutsiçilik dini doktrinanın əsas meyarlarına tam uyğundur. 
Məzmun etibarilə o, insanın mənəvi fəaliyyət sahəsinə aiddir, insan həyatının 
daxili məzmununu harmonikləşdirən mistik təcrübəni nəzərdə tutur, Səma və 
əcdadlar qrupu şəklində mənəvi dünyanın varlığını təsdiqləyir, ritualların həyata 
keçirilməsinin, xüsusilə də, qurban vermənin zəruriliyini tanıyır.
Konfutsiçilik termini Avropa mənşəlidir və təlimi formalaşmasına təsir 
göstərən şəxsin adından yaranmışdır. Çinin özündə isə bu təlim 
“ju tzya”
kimi 
tanınır. Mənası “mütəfəkkirlərin, müdriklərin təlimi”, yaxud “alimlər məktəbi” 
deməkdir. 
Konfutsi Çin mütəfəkkiri və filosofu Kon Fu Dzının latınlaşdırılmış adıdır. 
O, e.ə. 551-479-cu illərdə yaşamışdır. Filosofun yaşadığı dövr böyük sosial 
və siyasi sarsıntılar dövrü idi – Çjou xənadanının hökmdarı Xan öz qüdrətini 
itirmişdi, patriarxal ənənəvi normalar sıradan çıxırdı, ümumiyyətlə, dövlət 
institutu dağılmaqda idi. Belə bir şəraitdə zadəganların bəzi nümayəndələri 
əvvəlki nüfüzunu itirərək ənənəvi Çin mətnlərini öyrətməklə, özəl dərslər 
vasitəsilə dolanmağa çalışırdı. Bu müəllimlərdən biri də Konfutsi olmuşdur. 


MULTİKULTURALİZMƏ GİRİŞ
166
Mənbələrə əsasən, Konfutsi 19 yaşında evlənmiş, ancaq ailə həyatında 
xoşbəxtlik tapmamışdır. Onun xanımının adı bilinmir, ancaq onların bir qızı 
və bir oğlu olmuşdur. Konfutsinin nəslinin nümayəndələri bu gün də Tayvan 
ərazisində yaşayır və böyük ehtiram görürlər. 
Ümumiyyətlə, Konfutsi özü ailə 
ocağını və ev rahatlığını əsl mütəfəkkirə və 
“alicənab ərə” layiq görmürdü. Nəticədə 
o, öz təlimini reallaşdırmaq imkanı 
axtarışında tez-tez yer dəyişərək səyyah 
həyatı yaşamışdır. 
Evlilik həyatına qədər Konfutsi o 
dövrdə hər bir təhsilli adamdan tələb olunan 
“Altı sənət”i, yaxud “Altı qanun”u 
(“lyu-i”)
mükəmməl şəkildə mənimsəmişdi. Bu 
qabiliyyətlər kompleksinə ritualların izahı, 
musiqi savadı, ox atmaq və araba çəkmək 
bacarığı, yazmaq və saymaq daxil idi. 
Tarixçi Sima Qian bildirir ki, 
Konfutsi mahnı, adət-ənənə, ritual və 
musiqi öyrədirdi. Onun təxminən üç min 
şagirdi vardı, onlardan yetmiş ikisi altı 
sənətin hamısını tamamilə mənimsəmişdi, 
onun təlimini öyrənənlərin sayı isə həddən 
çox idi. Öz dərslərini söhbətlər şəklində 
təşkil edən Konfutsi tələbələrindən bunun qarşılığında çox cüzi məbləğ – “üç 
quru ət paketi” alırdı. Ancaq bunu verməyə gücü yetməyənlər də öyrətməkdən 
imtina etmirdi. Buna görə də onun şagirdləri arasında yalnız varlı ailələrin 
nümayəndələri deyil, həm də sadə insanlar olmuşdur. Bununla Konfutsi öz 
ideyasını təsdiqləyirdi: “alicənab ər” adı nəsil vasitəsilə qazanılmamalıdır, bu, 
insanın daxili vəziyyətinin nəticəsidir.
Konfutsi öz təlimində ibtidai inanclara - əcdadlar kultu, torpaq kultu, qədim 
çinlilərin ali tanrısı və əfsanəvi atası sayılan Şan-diyə ehtirama əsaslanmışdır. 
Nəticədə o, yer üzündə bütün canlıların taleyini müəyyənləşdirən ən yüksək 
ilahi güc olaraq Səma ilə əlaqələndirilməyə başlanılmışdır. Bu müdriklik və güc 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin