ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN QORUNMASI VƏ
MULTİKULTURALİZM SİYASƏTİNİN ÖLÇÜLMƏSİ
311
3. Müasir dövdə siyasi, hərbi,
iqtisadi, sosial və digər səbəblərdən ölkəyə
pənah gətirmiş miqrantlar.
Qeyd olunan azlıq qruplarının
cəmiyyətdəki vəziyyəti dedikdə, onların
hər biri üçün ayrıca yaşadıqları cəmiyyətə inteqrasiya olmalarına kömək edəcək
şərtlərin dövlət tərəfindən həll edilməsi nəzərdə tutulur. Azlıq qruplarının
yaşadıqları cəmiyyətə inteqrasiya olmasının şərtlərinin ödənilməsi eyni zamanda
ölkədə etnik-mədəni müxtəlifliyin qorunmasının və multikulturalizm siyasətinin
səmərəliliyinin indikatorlarıdır.
Əlbəttə, hər bir azlıq qrupunun bu və ya digər ölkədə olma və ya ölkəyə
gəlmə tarixləri, onların siyasi, iqtisadi, sosial, mədəni tələbatları bir-birindən
fərqli olduğuna görə onların yaşadıqları cəmiyyətə inteqrasiya olma məsələləri,
şərtləri bir-birindən fərqlənir. Başqa sözlə desək, sözügedən 3 azlıq qrupunun
hər birinin yaşadığı cəmiyyətə inteqrasiya olmasının şərtləri arasında müəyyən
fərqlər vardır. Buna görə də hər bir azlıq qrupuna münasibətdə multikulturalizm
siyasətinin səmərəliliyini göstərən indikatorlar müəyyən edilmişdir. Onları
nəzərdən keçirək.
Dostları ilə paylaş: