9.4. Miqrant inteqrasiya siyasəti indeksi (MİPEX) 2018-ci ilin statistikasına əsasən, Avropada yaşayan 512.4 milyon əhali
-
nin 22.3 milyonu (4.4%) miqrantların payına düşür. Bu məqamda əsas sual
Avropanın miqrasiyanı qəbul edib-etməməsi yox, miqrantların Avropa cəmi
-
yyətlərinə inteqrasiya olmalarını idarə etməkdir. Dövlətlərin multikulturalizm
siyasətinin miqrantlarla bağlı istiqamətini ölçmək üçün Miqrant İnteqrasiya Si
-
yasəti İndeksi əsas alətlərdən biridir.
Miqrant İnteqrasiya Siyasəti İndeksi - MIPEX (The Migrant Integra
-
tion Policy Index) 2004-cü ildə ilk dəfə Avropa Sivil Vətəndaşlıq və İnklüziv
İndeksi kimi dərc edilib. MİPEX vasitəsilə ilk dəfə olaraq Avropa İttifaqının
(Aİ) 15 ölkəsində (Avstriya, Belçika, Danimarka, Finlandiya, Fransa, Almani
-
ya, Yunanıstan, İrlandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, İs
-
paniya, İsveç, Böyük Britaniya) immiqrantlara dair siyasətin qısa, şəffaf və
müqayisə oluna bilən formatda təqdim edilmişdir. 2004-cü il İndeksi hədəf
auditoriya tərəfindən - QHT-lər, hökumətlər, alimlər, mətbuat və Avropa
Komissiyası və Avropa Parlamenti kimi Avropa institutları tərəfindən müsbət
qəbul olundu. Daha sonra 2007, 2011 və 2015-ci illərdə MİPEX nəşr edildi.
Ötən müddət ərzində ölkələrin sayı artaraq 38-ə çatdı. Hal-hazırda MİPEX
Aİ-nın bütün üzv ölkələri, Avstraliya, Kanada, İslandiya, Yaponiya, Şimali
Koreya, Yeni Zelandiya, Norveç, İsveçrə, Türkiyə və ABŞ-da miqrantların
inteqrasiyasına istiqamətlənən siyasətləri ölçən etibarlı vasitədir. Siyasətçilər,
QHT-lər, tədqiqatçılar, Avropa təşkilatları və bir sıra beynəlxalq təşkilatlar
milli inteqrasiyanı anlamaq və müqayisə etmək üçün bu indeksin məlumat
-
larından istifadə edirlər. MİPEX miqrantların cəmiyyətə qatılma imkanlarının
dəyərləndirə bilmək üçün 8 istiqamət üzrə 167 göstəricini əsas götürür. 2004-
cü ildən bəri ölkələrin miqrasiya və inteqrasiya siyasətləri haqqında məlumat
-
ları toplayan bu indeks analiz edilən ölkələrdə miqrantların inteqrasiyasını
təşviq etmək üçün hökumətlərin nə etdiklərini dəyərləndirmək və müqayisə
etmək üçün lazımlı bir vasitədir.
Miqrant İnteqrasiya Siyasəti İndeksi ölkələrdə inteqrasiya siyasətini bu
istiqamətlər üzrə təhlil edir.
1. Əmək bazarının mobilliyi;
2. Ailə birləşməsi;